Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə40/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   36   37   38   39   40   41   42   43   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
198.0.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə
198.0.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə 
pulsuz  xüsusi  geyim,  xüsusi  ayaqqabı  və  digər  fərdi  mühafizə  vasitələrinin 
verilməməsinə; 
198.0.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, 
təlimatlandırılmasının,  biliklərinin  yoxlanılmasının  təşkilinin  və  əməyin 
mühafizəsinin təbliğinin təmin edilməməsinə
198.0.8.  kollektiv  müqaviləyə  əməyin  mühafizəsi  üzrə  qaydaların  daxil 
edilməməsinə; 
198.0.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və 
formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara 
uyğunlaşdırılması  üçün  görülən  tədbirlərin  nəticələri  haqqında  statistik 
hesabatın verilməməsinə; 
198.0.10. maşın  və  avadanlıqların  fırlanan  və  ötürücü  hissələrinin 
istehsalçı  tərəfindən  təchiz  edilmiş  mühafizə  qurğuları  olmadan  istismar 
edilməsinə görə- 
min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 199.  Sağlam  və  təhlükəsiz  əməyin  mühafizəsi  şəraitinin  təmin 
edilməməsi 
  
İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin 
mühafizəsi  şəraiti  ilə  təmin  edilməməsinə  və  ya  kollektiv  müqavilələrdə 
nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə- 
yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 200. 
Əməyin 
mühafizəsi 
xidmətinin 
rəhbərinin 
və 
mütəxəssislərinin başqa işlərin yerinə yetirilməsinə cəlb edilməsi 
  
İşəgötürən 
tərəfindən 
əməyin 
mühafizəsi 
xidmətinin rəhbərinin 
və mütəxəssislərinin  öz  vəzifələrinə  aid  olmayan  işlərin  yerinə  yetirilməsinə 
cəlb olunmasına görə- 
min iki yüz manat məbləğində cərimə edilir.
 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 201.  Kollektiv  müqavilənin  (sazişin)  bağlanmasından  əsassız 
olaraq imtina edilməsi 
  
Kollektiv  müqavilənin  (sazişin)  bağlanmasından  əsassız  olaraq  imtina 
edilməsinə görə- 
min beş yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə 202. Kollektiv müqavilənin (sazişin) yerinə yetirilməməsi və ya 
pozulması 
  
Kollektiv  müqavilədən  (sazişdən)  irəli  gələn  öhdəliklərin  işəgötürən 
tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına görə- 
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 203.  Kollektiv  danışıqlar  aparılması  və  kollektiv  müqavilənin 
(sazişin)  yerinə  yetirilməsinə  nəzarəti  həyata  keçirmək  üçün  lazım  olan 
məlumatların təqdim edilməməsi 
  
Kollektiv  danışıqlar  aparılması  və  ya  kollektiv  müqavilənin  (sazişin) 
yerinə yetirilməsinə  nəzarəti  həyata  keçirmək  üçün lazım olan  məlumatların 
təqdim edilməməsinə görə- 
yeddi yüz əlli manat məbləğində cərimə edilir.
 
  
Maddə  204.  Tətillərdə  iştirak  etməyə  və  ya  iştirakdan  imtina  etməyə 
məcbur etmə 
  
Şəxsin  maddi  cəhətdən  asılı  olmasından  istifadə  etməklə  onu  tətillərdə 
iştirak etməyə, yaxud iştirakdan imtina etməyə məcbur etməyə görə- 
altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 205. Seksual qısnamaya məruz qalmış işçiyə təzyiq göstərilməsi 
  
Seksual  qısnamaya  görə  işəgötürəndən  və  ya  rəhbərindən  şikayət  etmiş 
işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə 
edilirlər.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
FƏSİL 22
 
 
 
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 
inzibati xətalar
 
  
Maddə  206. Qanunsuz 
olaraq  narkotik  vasitələrin,  psixotrop 
maddələrin  istehlakı,  satış  məqsədi  olmadan  şəxsi  istehlak  miqdarında 
hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi 
  
Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, 
satış  məqsədi  olmadan  şəxsi  istehlak  miqdarında  hazırlanmasına,  əldə 
edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- 
üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə 
və  xətanı  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  bu  tədbirlərin  tətbiqi  kifayət 
sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.
 
Qeyd: Satış  məqsədi  olmadan  hazırladığı,  əldə  etdiyi,  saxladığı,  daşıdığı  və  ya  göndərdiyi  şəxsi 
istehlak  miqdarında  narkotik  vasitələri,  psixotrop  maddələri  könüllü  surətdə  təhvil  verən  şəxs  bu 
maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.
 
  
Maddə 207. Narkotik vasitələrin, psixotrop maddələrin istehlakı və ya 
daşınması hallarının, həmçinin belə istehlak nəticəsində yaranmış sərxoşluq 
vəziyyətinin  müəyyən  edilməsi  məqsədi  ilə  keçirilən  tibbi  müayinədən 
boyun qaçırmaq 
  
Narkotik  vasitələrin,  psixotrop  maddələrin  istehlakı  və  ya  daşınması 
hallarının, həmçinin belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin 
müəyyən  edilməsi  məqsədi  ilə  keçirilən  tibbi  müayinədən  boyun  qaçırmağa 
görə- 
üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 208. Satış məqsədi olmadan tərkibində narkotik maddələr olan 
bitkilərin şəxsi istehlak miqdarında kultivasiyası 
  
Satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin şəxsi 
istehlak miqdarında əkilməsinə, yetişdirilməsinə və ya toplanılmasına görə- 
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə