Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə48/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   44   45   46   47   48   49   50   51   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
262.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə; 
262.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə; 
262.2.3.  içməli  məişət,  texniki  və  tullantı  sularının  kənara  (çöllərə, 
küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına 
görə - 
fiziki  şəxslər  yüz  manatdan  yüz  əlli  manatadək məbləğdə,  vəzifəli  şəxslər  səkkiz 
yüz  manatdan  min  manatadək məbləğdə,  hüquqi  şəxslər iki  min  manatdan  üç  min 
manatadək məbləğdə cərimə edilir.
 
262.3.  Su  təchizatı  şəbəkəsinə  qanunsuz  qoşulmaqla  suyun  talanması 
nəticəsində az miqdarda ziyan vurulmasına görə - 
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min 
manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan 
üç min beş yüz manatadək məbləğdəcərimə edilir.
 
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.
 
  
Maddə  263.  Su  təchizatı  sahəsində  qanunvericiliyin  tələblərinin 
pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi 
  
Su 
təchizatı 
müəssisəsinin 
səlahiyyətli 
şəxsi 
tərəfindən 
su 
qanunvericiliyinin  tələblərinin  pozulmasının  qarşısını  almaq  məqsədi  ilə 
tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə 
yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə- 
fiziki  şəxslər  əlli  manat məbləğində,  vəzifəli  şəxslər  beş  yüz  manat məbləğində, 
hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə 264. Su obyektlərinin mühafizəsi qaydalarının pozulması 
  
264.0. Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: 
264.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli 
təsirinin  qarşısını  alan  qurğuları  və  avadanlıqları  olmayan  müəssisələrin, 
kommunal və digər obyektlərin istismar edilməsinə; 
264.0.2.  su  təsərrüfatı  qurğularının  və  avadanlığının  zədələnməsinə, 
onların istismar qaydalarına riayət edilməməsinə; 
264.0.3.  su  mühafizəsi  zonaları  və  sahil  mühafizə  zolaqları  ilə  bağlı 
Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət 
edilməməsinə; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
264.0.4. xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına; 
264.0.5. su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, 
dövlət su kadastrının aparılması qaydalarına riayət edilməməsinə; 
264.0.6.  sutoplayıcı  sahələrdə  su  obyektlərinin  qorunması  rejimini 
pozmaqla  suların  çirkləndirilməsinə,  torpaqların  su  eroziyasına  və  başqa 
ziyanlı hallara səbəb olmasına; 
264.0.7.  su  çıxarmaq  üçün  quyu  qazılması  qaydalarının  və 
texnologiyasının  pozulmasına  və  ya  lazımi  icazə  olmadan  su  çıxarmaq üçün 
quyu qazılmasına görə- 
fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min 
beş  yüz  manatdan  dörd  min  manatadək  məbləğdə,  hüquqi  şəxslər  yeddi  min  beş  yüz 
manatdan on min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 265.  İçməli  su  mənbələrinin,  sutəmizləyici  qurğuların,  su 
kəmərlərinin  sanitar  mühafizə  zonalarının  tələblərinin  və  içməli  suyun 
keyfiyyətinə dair tələblərin pozulması 
  
265.1. İçməli su mənbələrinin,  sutəmizləyici  qurğuların,  su  kəmərlərinin 
sanitar mühafizə zonalarının tələblərinin pozulmasına görə- 
fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli  şəxslər iki yüz 
manatdan  üç  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  üç  yüz  manatdan  beş  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
265.2.  İçməli  suyun  keyfiyyətinin  sanitariya  tələblərinə  və  dövlət 
standartlarına uyğun gəlməməsinə görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 266. İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin 
pozulması 
  
266.1.  Şəhər  və  digər  yaşayış  məntəqələri,  meşə-park,  kurort,  müalicə-
sağlamlıq,  turizm  və  rekreasiya  zonalarının  ərazisində,  su  mənbələrinin  və 
mineral  bulaqların  sanitar  mühafizə  zonalarında,  çatlı  süxurların  və  sulu 
təbəqələrin  səthə  çıxdığı  yerlərdə,  yaxud  içməli  su  təchizatı  və  təsərrüfat-
məişət  ehtiyacları  üçün  istifadə  olunan  yeraltı  su  obyektlərinin  sututar 
sahələrində və ya faydalı  qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, 
yaxud  yeraltı  işlərin  aparılmasına  təhlükə  yarandığı  hallarda  faydalı  qazıntı 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
laylarının  olduğu  və  yeraltı  işlərin  aparıldığı  yerlərdə  tullantıların 
basdırılmasına görə- 
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min 
manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan 
on min manatadək məbləğdə cərimə edilir.
 
266.2. 
Tullantıların 
emalı 
yerlərinin 
müəyyənləşdirilməsi, 
layihələşdirilməsi,  tikintisi,  istifadəsi  və  ya  ləğv  edilməsi  normalarının  və 
qaydalarının pozulmasına görə- 
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
 
266.3.  Məişət  tullantılarının  tutumlardan  (urnalardan)  kənar  yerlərə 
atılmasına görə- 
əlli manat məbləğində cərimə edilir.
 
266.4.  Şəhərlərdə  və  rayon  inzibati  ərazi  vahidlərinin  inzibati 
mərkəzlərində  tutumların  (urnaların)  yerləşdirilməsi  zamanı “İstehsalat  və 
məişət  tullantıları  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 
iləmüəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə- 
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində 
cərimə edilir.
 
  
Maddə 267.  Zərərli  maddələrlə  və  ya  bu  maddələrin  qarışıqları  ilə 
aparılan  əməliyyatları  gəmi  sənədlərində  qeyd  etmək  vəzifələrinin  yerinə 
yetirilməməsi 
  
İnsanların  sağlamlığı  üçün  və  ya  dənizin  canlı  ehtiyatları  üçün  zərərli 
maddələrlə,  yaxud  tərkibində  müəyyən  edilmiş  normalardan  artıq  bu  cür 
maddələr  olan  qarışıqlarla  aparılan  əməliyyatların  gəmi  sənədlərində  qeyd 
edilməsi  barədə  vəzifənin  gəminin  və  ya  digər  üzən  vasitənin  kapitanı, 
komanda heyətinin başqa şəxsləri tərəfindən yerinə yetirilməməsinə və ya bu 
əməliyyatlar haqqında gəmi sənədlərində göstərilən şəxslər tərəfindən yanlış 
qeydlər  aparılmasına,  yaxud  belə  sənədləri  müvafiq  vəzifəli  şəxslərə  təqdim 
etməkdən qanunsuz olaraq imtina edilməsinə görə- 
iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 268.  Radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  tələblərinin 
yerinə yetirilməməsi və ya pozulması 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə