Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə51/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   47   48   49   50   51   52   53   54   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
278.0.3.  hidrotexniki  qurğunun  mülkiyyətçisi  və  istismarçısı  tərəfindən 
təhlükəsizlik bəyannaməsində düzgün olmayan məlumatların göstərilməsinə 
görə- 
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki 
min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 279. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin 
tələblərinin pozulması 
  
 279.0.  Qaz,  elektrik  və  istilik  enerjisi  sahəsində  qanunvericiliyin 
tələblərinin pozulmasına, yəni: 
 279.0.1. qaz, elektrik və ya istilik qurğularında (elektrik verilişi xətlərində 
və boru kəmərlərində), avadanlıqlarında, qaza və enerjiyə qənaət sistemlərində 
texniki istismar qaydalarının pozulmasına, habelə onların texniki səviyyəsinin 
yüksəldilməsi  və  ya  saxlanılması  üçün  müəyyən  edilmiş  tələblərin  yerinə 
yetirilməməsinə; 
 279.0.2.  qaz,  elektrik  və  ya  istilik  enerjisinin  istehsalı,  nəqli  və  istehlakı 
haqqında  uçot  və  hesabatın  təhrif  olunmasına  və  ya  vaxtında  təqdim 
olunmamasına; 
 279.0.3. qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin 
və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni 
texnologiyaların  yaradılmasında  dövlət  energetika  və  qaz  ekspertizasının 
həyata  keçirilməsi  tələblərinin  pozulmasına,  yaxud  yanlış  ekspert  rəyinin 
verilməsinə; 
279.0.4.  dövlət  energetika  və  qaz  ekspertizasının  rəyi  olmadan,  müvafiq 
standartların tələblərinə cavab verməyən qaz, elektrik və ya istilik qurğularının 
(elektrik verilişi xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının 
və 
bununla 
əlaqədar 
yeni 
texnologiyaların 
yaradılmasının 
maliyyələşdirilməsinə, onların istehsalata buraxılmasına və ya satışına; 
279.0.5.  müəssisələrin,  qaz,  elektrik  və  ya  istilik  təsərrüfatlarının, 
şəbəkələrinin, qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin) və 
başqa 
obyektlərinin 
layihələndirilməsində, 
tikintisində, 
yenidən 
qurulmasında, istismara verilməsində qaza və enerjiyə qənaət üzrə müəyyən 
edilmiş tələblərin pozulmasına; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
279.0.6.  qazın,  elektrik  və  ya  istilik  enerjisinin  istehsalı,  nəqli  və  ya 
paylanması zamanı dövlət və sahə standartlarının tələblərinin pozulmasına; 
279.0.7.  qaz,  elektrik  və  ya  istilik  enerjisi  xətlərinin  qanunsuz  olaraq 
kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi 
tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik 
enerjisinin verilməsinin dayandırılmasına görə- 
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min 
manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan 
üç min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  280.  Qaz  və  elektrik  enerjisi  sahəsində  qanunvericiliyin 
tələblərinin  pozulmasının  qarşısını  almağa  istehlakçı  tərəfindən  maneələr 
törədilməsi 
  
Enerji  təchizatı  müəssisəsinin  və  ya  qaz  paylayıcısının  səlahiyyətli 
şəxsinin müvafiq olaraq qaz və ya elektrik enerjisi sahəsində qanunvericiliyin 
tələblərinin  pozulmasının  qarşısını  almaq  məqsədi  ilə  tədbirlərin  həyata 
keçirilməsinə,  yaxud  həmin  şəxsin  qanuni  tələblərinin  yerinə  yetirilməsinə 
istehlakçı tərəfindən maneələr törədilməsinə görə- 
fiziki  şəxslər  iyirmi  manat  məbləğində,  vəzifəli  şəxslər  əlli  manat  məbləğində, 
hüquqi şəxslər yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə 281.  Gərginliyi  1000  voltadək  olan  elektrik  şəbəkələrinin 
zədələnməsi  və  ya  gərginliyi  1000  voltdan  çox  olan  elektrik  şəbəkələrinin 
mühafizəsi qaydalarının pozulması 
  
281.1. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsinə 
və bunun istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb 
olmasına görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz 
əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
281.2. Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi 
qaydalarının pozulmasına görə- 
fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər 
dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 282. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya 
onlardan istifadə qaydalarının pozulması 
  
282.1. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az 
miqdarda ziyan vurulmasına görə - 
fiziki şəxslər yüz manatdan yüz əlli  manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz 
yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş 
yüz manatadək məbləğdə cərimə edilir.
 
282.2. Təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının 
pozulmasına görə - 
fiziki  şəxslər  otuz  manatdan  qırx  manatadək  məbləğdə,  vəzifəli  şəxslər  yetmiş 
manatdan  doxsan  manatadək  məbləğdə,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  üç  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.
 
  
FƏSİL 27 
  
Damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalar 
  
Maddə 283.  Damazlıq  heyvandarlıq  haqqında  qanunvericiliyin 
pozulması 
  
283.0. Damazlıq  heyvandarlıq haqqında  qanunvericiliyin  pozulmasına, 
yəni: 
283.0.1.  dövlət  standartlarına  uyğun  gəlməyən  və  zootexniki  tələblərə 
cavab verməyən damazlıq ehtiyatlarının satışına; 
283.0.2. 
mənşəyi 
bəlli 
olmayan, 
müvafiq 
tələblərə 
uyğun 
gəlməyən damazlıq törədici heyvanlardan istifadə edilməsinə; 
283.0.3.  damazlıq  ehtiyatlarının  geniş  təkrar  istehsalı  zamanı  onların 
qiymətləndirilməsi 
qaydalarına 
əməl 
edilməməsinə, 
yaxud damazlıq 
ehtiyatlarının sınağı və ekspertizasında bilərəkdən təhrifə yol verilməsinə; 
283.0.4.  uçot-hesabat  sənədlərində  düzgün  olmayan  məlumatların 
göstərilməsinə; 
283.0.5. cinslərin rayonlaşmasına əməl edilməməsinə; 
283.0.6. yerli heyvan genofonduna ziyan vurulmasına görə- 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə