Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə52/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   48   49   50   51   52   53   54   55   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz 
manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 284. Atçılıq haqqında qanunvericiliyin pozulması 
  
284.1. Müvafiq icra hakimiyyəti orqanının atçılıq sahəsində göstərişlərinin 
yerinə yetirilməməsinə görə- 
fiziki  şəxslər  iyirmi  manatdan  otuz  manatadək  məbləğdə,  vəzifəli  şəxslər  əlli 
manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.
 
284.2.  Damazlıq  atlara  pasportların  (şəhadətnamələrin)  verilməsi 
qaydalarının pozulmasına görə- 
vəzifəli şəxslər səksən manatdan yüz manatadək məbləğdə cərimə edilirlər.
 
284.3. Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin 
damazlıq özəklərinin məhv edilməsinə görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz 
manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min 
manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 285. 
Seleksiya 
nailiyyətlərindən 
istifadə 
qaydalarının 
pozulması 
  
285.0. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulmasına, yəni: 
285.0.1. istehsal olunan və satılan seleksiya nailiyyətinə qeydiyyatda olan 
addan fərqli ad verilməsinə
285.0.2. istehsal olunan və satılan seleksiya nailiyyətinə bilərəkdən başqa 
qeydiyyatda olan sortun və cinsin adının verilməsinə
285.0.3. lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə 
edilməsinə; 
285.0.4. seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına; 
285.0.5.  dövlət  reyestrində,  ərizədə,  ekspertiza  və  ya  sınaq sənədlərində 
yanlış qeydlər aparılmasına görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz 
manatdan  beş  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  min  manatdan  min  beş  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə  286.  Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və 
səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulması 
  
286.1.  Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və  səmərəli 
istifadəsi haqqında qanunvericiliyin pozulmasına, yəni: 
286.1.1.  Azərbaycan  Respublikasına  məxsus  ənənəvi  mədəni  brend 
bitkilərin  areallarında  başqa  növ  bitki  nümunələrinin  istehsalçılarına  dövlət 
vəsaiti hesabına yardım göstərilməsinə; 
286.1.2.  mədəni  bitkilərin  genetik  ehtiyatlarının  milli  kolleksiyalarının 
mühafizəsi qaydalarının pozulmasına; 
286.1.3.  Azərbaycan  Respublikasının  Milli  Genbankının  davamlılığına 
mane  olan  hərəkətlərə,  yəni  soyuducu  kameraların  motorlarının,  quruducu 
aparatların elektrik təchizatının dayandırılmasına (kəsilməsinə), yanğın törədə 
biləcək  tezalışan  maddələrin  Azərbaycan  Respublikasının  Milli  Genbankının 
ərazisinə gətirilməsinə, toxumların saxlanma rejiminin pozulmasına; 
286.1.4.  Azərbaycan  Respublikasında  aqroekosistemlər  üçün  potensial 
əhəmiyyətə  malik  olan  nadir  və  nəsli  kəsilməkdə  olan  bitki  növlərinin 
(populyasiyalarının)  genetik  ehtiyatlarının  mühafizəsinə  ziyan  vuran 
fəaliyyətə, yəni arealları təyin edilmiş və mühafizəyə cəlb edilən nadir və nəsli 
kəsilməkdə  olan  bitki  növlərinin  qanunsuz  toplanmasına,  onların  yerləşdiyi 
ərazilərdə mal-qaranın otarılmasına, həmin ərazilərin yandırılmasına görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz 
manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min 
manatadək məbləğdə cərimə edilir.
 
286.2.  Elmi  tədqiqat,  sınaq  və  sərgilərdə  nümayiş  məqsədləri  istisna 
olmaqla,  genetik  modifikasiya  olunmuş  bitkilərin  genetik  materiallarının 
rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə- 
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, 
hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.
 
  
Maddə 287. Toxumçuluq haqqında qanunvericiliyin pozulması 
  
287.0. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına, yəni: 
287.0.1.  karantin  obyekti  ilə  yoluxmuş,  dövlət  standartlarına  uyğun 
gəlməyən toxumların əkilməsinə, səpininə, tədarükünə və satılmasına; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
287.0.2.  sortluq  və  səpin  keyfiyyətlərini  təsdiq  edən uyğunluq 
sertifikatı və  fitosanitar  sertifikatı  olmayan  toxumların  idxalına,  ixracına  və 
ticarət dövriyyəsinə daxil edilməsinə
287.0.3. toxum partiyasının keyfiyyətinin qiymətləndirilməsi qaydalarına 
əməl  edilməməsinə,  yaxud  keyfiyyət  göstəricilərinin  bilərəkdən  təhrif 
olunmasına; 
287.0.4. patent sahibi ilə lisenziya müqaviləsi bağlamadan bitki sortlarının 
toxumlarından istifadə edilməsinə
287.0.5.  toxumçuluqda  tətbiq  edilan  uçot-hesabat  sənədlərində  düzgün 
olmayan məlumatların göstərilməsinə görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz 
manatdan  beş  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  min  manatdan  min  beş  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 288. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması 
  
288.0. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasına, yəni: 
288.0.1.  sanitariya-gigiyena  qaydalarına  və  təhlükəsizlik  texnikasının 
tələblərinə  uyğun  olmayan  satış  yerlərində,  anbarlarda  və  digər  istehsalat 
binalarında  bitki  mühafizə  vasitələrinin  saxlanmasına,  satışına  və  tətbiq 
edilməsinə; 
288.0.2. karantin  nəzarətində  olan  materialların  xüsusi  təyin  edilmiş 
yerlərdən kənarda zərərsizləşdirilməsinə; 
288.0.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin 
ərazidə yenidən əkilməsinə, habelə karantin nəzarətində olan bitkilərin və bitki 
mənşəli digər məhsulların karantin zonasından çıxarılmasına; 
288.0.4.  ətraf  mühitin  zərərli  kimyəvi  maddələrlə  çirklənməsinə  yol 
verilməsinə, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatların 
istifadəsinə; 
288.0.5. “Fitosanitar  nəzarəti  haqqında”  Azərbaycan  Respublikasının 
Qanununda nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  dövlət  sınağından 
keçməmiş,  qeydiyyata  alınmamış,  habelə  istifadəsi  qadağan  olunmuş 
pestisidlərin,  bioloji  preparatların,  aqrokimyəvi  maddələrin  və  digər  zəhərli 
kimyəvi  maddələrin  istehsalına,  satışına,  idxalına,  ixracına  və  tətbiqinə  yol 
verilməsinə; 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə