Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə60/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   56   57   58   59   60   61   62   63   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
334.4.  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ 
olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin 
daşımaqla idarə edilməsinə görə - 
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 
334.5.  Bu  Məcəllənin  334.4-cü  maddəsində  nəzərdə  tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında 
qərar  qüvvəyə  mindiyi  gündən  bir  il  ərzində təkrar  törədilməsinə,  yaxud 
həmin  xəta  nəticəsində zərər  çəkmiş  şəxsin  sağlamlığına  yüngül  bədən 
xəsarətinin  yetirilməsinə  və  ya  zərər  çəkmiş  şəxsə  maddi  zərər  vurulmasına 
görə - 
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 
 
 
Maddə 335. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən 
nəqliyyat  vasitəsini  idarə  etmək  üçün  idarəetmə  hüququ  olmayan  şəxsə 
verilməsi 
  
335.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat 
vasitəsini  idarə  etmək  üçün  idarəetmə  hüququ  olmayan  şəxsə  verilməsinə 
görə- 
fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, 
hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
 
335.2.  Bu  Məcəllənin  335.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın 
inzibati  tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh  vermə  haqqında  qərar 
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- 
fiziki  şəxslər  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  üç  yüz  manat  məbləğində, 
hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
 
335.3.  Bu  Məcəllənin  335.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın 
törədilməsi  və  yol  hərəkəti  qaydalarının  pozulması  nəticəsində  zərər 
çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə- 
fiziki  şəxslər  yüz  səksən  manat  məbləğində,  vəzifəli  şəxslər  beş  yüz  manat 
məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
 
335.4.  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsinin  sərnişin  daşınması  üçün  belə 
nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə -
 
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, 
hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
335.5.  Bu  Məcəllənin  335.4-cü  maddəsində  nəzərdə  tutulmuş  xətanın inzibati 
tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh  vermə  haqqında  qərar  qüvvəyə  mindiyi 
gündən bir il ərzində təkrar törədilməsinə görə -
 
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş 
min manat məbləğində cərimə edilir.
 
335.6. Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və 
yol  hərəkəti  qaydalarının  pozulması  nəticəsində zərər  çəkmiş  şəxsin  sağlamlığına 
yüngül  bədən  xəsarətinin  yetirilməsinə  və  ya  zərər  çəkmiş  şəxsə  maddi 
zərər vurulmasına görə -
 
fiziki  şəxslər  dörd  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  səkkiz  yüz  manat 
məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə 
alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 
altı min manat məbləğində cərimə edilir.
 
  
Maddə 336. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən 
nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olan şəxsə verilməsi 
  
336.1. Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik 
hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə 
verilməsinə görə- 
fiziki  şəxslər  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  üç  yüz  manat  məbləğində, 
hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
 
336.2.  Bu  Məcəllənin  336.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın 
inzibati  tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh  vermə  haqqında  qərar 
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- 
fiziki  şəxslər  iki  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  dörd  yüz  manat 
məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.
 
336.3.  Bu  Məcəllənin  336.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın 
törədilməsi  və  yol  hərəkəti  qaydalarının  pozulması  nəticəsində  fiziki  və  ya 
maddi zərər vurulmasına görə- 
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, 
hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.
 
336.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün sərxoş 
vəziyyətdə olan şəxsə verilməsinə görə -
 
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, 
hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
336.5.  Bu  Məcəllənin  336.4-cü  maddəsində  nəzərdə  tutulmuş  xətanın inzibati 
tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh  vermə  haqqında  qərar  qüvvəyə  mindiyi 
gündən bir il ərzində təkrar törədilməsinə görə -
 
fiziki  şəxslər  dörd  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  səkkiz  yüz  manat 
məbləğində, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.
 
336.6. Bu Məcəllənin 336.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və 
yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə  fiziki və ya maddi 
zərər vurulmasına görə -
 
fiziki  şəxslər  beş  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  min  manat  məbləğində, 
hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 337. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən 
nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan və sərxoş 
vəziyyətdə olan şəxsə verilməsi 
  
337.1. Nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını və sərxoş 
vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs 
tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə- 
fiziki  şəxslər  iki  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  dörd  yüz  manat 
məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.
 
337.2.  Bu  Məcəllənin  337.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın 
inzibati  tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh  vermə  haqqında  qərar 
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- 
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, 
hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.
 
337.3.  Bu  Məcəllənin  337.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətaların 
törədilməsi  və  yol  hərəkəti  qaydalarının  pozulması  nəticəsində zərər  çəkmiş 
şəxsə fiziki va ya maddi zərər vurulmasına görə- 
fiziki  şəxslər  dörd  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  səkkiz  yüz  manat 
məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə edilir.
 
337.4.  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsinin  sərnişin  daşınması  üçün  belə 
nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan  və  sərxoş  vəziyyətdə  olan  şəxsə 
verilməsinə görə -
 
fiziki  şəxslər  altı  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  min  manat  məbləğində, 
hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə edilir.
 
337.5.  Bu  Məcəllənin  337.4-cü  maddəsində  nəzərdə  tutulmuş  xətanın inzibati 
tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh  vermə  haqqında  qərar  qüvvəyə  mindiyi 
gündən bir il ərzində təkrar törədilməsinə görə -
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə