Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə63/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   59   60   61   62   63   64   65   66   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
342.5. Xarici  işıq  cihazları  və  ya  qabaq  şüşənin  şüşə  silgəcləri  və 
şüşəyuyanları  və  ya  təkərləri  və  şinləri  və  ya  mühərriki,  yaxud 
konstruksiyasının  digər  ünsürləri  nasaz  olan  və  belə  nasazlığın  aradan 
qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - 
əlli manat məbləğində cərimə edilir.
 
342.6.  Nəqliyyat  vasitəsinin  hərəkəti  zamanı  sürücünün  telefonu  əldə 
saxlamaqla ondan istifadə etməsinə görə - 
əlli manat məbləğində cərimə edilir.
 
342.7. Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta 
və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə 
verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə- 
altmış manat məbləğində cərimə edilir.
 
342.8. Bu 
Məcəllənin 342.1.1, 342.1.2, 342.1.4 
- 342.1.6, 342.1.8, 342.2.1 
- 342.2.3-cü maddələrində nəzərdə  tutulmuş  xətalar  nəticəsində zərər  çəkmiş 
şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə- 
iki  yüz  manat  məbləğində  cərimə  edilir  və  ya  nəqliyyat  vasitəsini  idarə  etmə 
hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.
 
342.9.  Nəqliyyat  vasitələrinin  müvafiq  icazə  olmadan  xüsusi  (çoxavazlı) 
səs  və  ya  sayrışan  işıq  siqnalları  və  ya  operativ  nəqliyyat  vasitələri  üçün 
müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz 
edilməsinə,  yaxud  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanının 
görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin 
sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan 
antiradar  və  digər  texniki  vasitələrdən,  yaxud  əhalinin  dincliyini 
nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - 
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 
predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə 
edilir.
 
Qeyd: Bu  Məcəllənin  342.2  və  342.5-ci  maddələrində  nəzərdə  tutulmuş  nasazlıqlar  “Yol  hərəkəti 
haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə müəyyən  edilmiş  hallarda  keçirilməli  olan  texniki 
baxış zamanı aşkarlandıqda, şəxs məsuliyyətə cəlb edilmir.
 
  
Maddə 343. Sərxoşluq  vəziyyətinin  müəyyən  edilməsi  üçün  tibbi 
müayinədən imtina 
  
343.1.  Bu  Məcəllənin  333.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda 
sərxoşluq  vəziyyətinin  müəyyən  edilməsi  üçün  tibbi  müayinəyə  aparılmış 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina 
etməsinə görə- 
dörd  yüz  manat  məbləğində  cərimə  edilir  və  ya  nəqliyyat  vasitəsini  idarə  etmə 
hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
 
343.2.  Bu  Məcəllənin  333.2  və  333.3-cü  maddələrində  nəzərdə  tutulmuş 
hallarda  sərxoşluq  vəziyyətinin  müəyyən  edilməsi  üçün  tibbi  müayinəyə 
aparılmış  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olan  şəxsin  tibbi 
müayinədən imtina etməsinə görə- 
nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  iki  il  müddətinə  məhdudlaşdırılmaqla, 
dörd  yüz  manatdan  yeddi  yüz  manatadək  məbləğdə  cərimə  edilir  və  ya  nəqliyyat 
vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə 
inzibati həbs tətbiq olunur.
 
343.3.  Bu  Məcəllənin  333.4  və  333.5-ci  maddələrində  nəzərdə  tutulmuş 
hallarda  sərxoşluq  vəziyyətinin  müəyyən  edilməsi  üçün  tibbi  müayinəyə 
aparılmış  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olan  şəxsin  tibbi 
müayinədən imtina etməsinə görə- 
nəqliyyat 
vasitəsini 
idarə 
etmək 
hüququ 
iki 
il 
müddətinə 
məhdudlaşdırılmaqla  bir  aydan  üç  ayadək  müddətə  inzibati  həbs  tətbiq 
olunur. 
343.4.  Bu  Məcəllənin  334.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda 
sərxoşluq  vəziyyətinin  müəyyən  edilməsi  üçün  tibbi  müayinəyə  aparılmış 
nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan  şəxsin  tibbi  müayinədən 
imtina etməsinə görə- 
beş  yüz  manat  məbləğində  cərimə  edilir  və  ya  işin  hallarına  görə,  pozuntunu 
törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  on  beş  günədək  müddətə  inzibati  həbs  tətbiq 
olunur.
 
343.5.  Bu  Məcəllənin  334.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda 
sərxoşluq  vəziyyətinin  müəyyən  edilməsi  üçün  tibbi  müayinəyə  aparılmış 
nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan  şəxsin  tibbi  müayinədən 
imtina etməsinə görə- 
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
 
343.6.  Bu  Məcəllənin  334.3-cü  maddəsində  nəzərdə  tutulmuş  hallarda 
sərxoşluq  vəziyyətinin  müəyyən  edilməsi  üçün  tibbi  müayinəyə  aparılmış 
nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan  şəxsin  tibbi  müayinədən 
imtina etməsinə görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
səkkiz  yüz  manat  məbləğində  cərimə  edilir  və  ya  işin  hallarına  görə,  pozuntunu 
törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq 
olunur.
 
343.7.  Bu  Məcəllənin  334.4  və  334.5-ci  maddələrində  nəzərdə  tutulmuş 
hallarda  sərxoşluq  vəziyyətinin  müəyyən  edilməsi  üçün  tibbi  müayinəyə 
aparılmış  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan  şəxsin  tibbi 
müayinədən imtina etməsinə görə- 
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 
  
Maddə 344.  Tibbi  müayinədən  keçməyən  sürücülər  tərəfindən 
nəqliyyat vasitələrinin idarə edilməsi 
  
“Yol  hərəkəti  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə 
müəyyən  edilmiş  qaydada  tibbi müayinədən  keçməyən  sürücülər  tərəfindən 
nəqliyyat vasitələrinin idarə edilməsinə görə- 
otuz manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 345. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının 
pozulması 
  
345.1.  Nəqliyyat  vasitələrinin  saxlanca  qəbul  edilməsi  və  saxlanılması 
qaydalarının pozulmasına görə- 
vəzifəli  şəxslər altmış  manat  məbləğində,  hüquqi  şəxslər yüz  əlli  manat 
məbləğində cərimə edilir.
 
345.2.  Banı  zədələnmiş  nəqliyyat  vasitələrinin müvafiq  icra  hakimiyyəti 
orqanının icazəsi olmadan təmirə qəbuluna görə- 
iki yüz əlli manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 346. Dayanma və ya durma qaydalarının pozulması 
  
346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə - 
iyirmi manat məbləğində cərimə edilir.
 
346.2.  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitələrinin  dayanacaq 
meydançasında  və  ya  5.12,  5.13  yol  nişanlarından  15  metrdən  az  yaxınlıqda 
digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - 
qırx manat məbləğində cərimə edilir.
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə