Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə61/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   57   58   59   60   61   62   63   64   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on iki min 
manat məbləğində cərimə edilir.
 
337.6. Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və 
yol  hərəkəti  qaydalarının  pozulması  nəticəsində zərər  çəkmiş  şəxsin  sağlamlığına 
yüngül  bədən  xəsarətinin  yetirilməsinə  və  ya  zərər  çəkmiş  şəxsə  maddi 
zərər vurulmasına görə -
 
fiziki  şəxslər  min  manat  məbləğində,  vəzifəli  şəxslər  iki  min  beş  yüz  manat 
məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə 
alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on 
beş min manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən 
yol hərəkəti qaydalarının pozulması 
  
338.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 
338.1.1.  piyada  svetoforunun  və  ya  nizamlayıcının  işarələrinə  riayət 
edilməməsinə; 
338.1.2.  yolda  yaxınlaşmaqda  olan  nəqliyyat  vasitələrinin  qarşısına 
qəflətən çıxılmasına; 
338.1.3.  qırmızı  və  ya  göy  sayrışan  işıq  və  xüsusi  səs  siqnalı  qoşulmuş 
nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə- 
iyirmi manat məbləğində cərimə edilir.
 
338.2. Piyadalar  tərəfindən  yolun  hərəkət  hissəsinin,  dəmiryol  keçidinin 
müəyyən olunmayan yerdən keçilməsinə görə- 
iyirmi manat məbləğində cərimə edilir.
 
338.3.  Sərnişinlər  tərəfindən  nəqliyyat  vasitəsinə  minmə  və  düşmə 
qaydalarının  pozulmasına,  təhlükəsizlik  kəmərinin  bağlanılmamasına, 
motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya 
atılmasına  və  ya  sürücünün  nəqliyyat  vasitəsini  idarə  etməkdən 
yayındırılmasına görə- 
otuz manat məbləğində cərimə edilir.
 
338.4. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti 
qaydalarının pozulmasına, yəni: 
338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 
338.4.2.  sərnişin  və  ya  nəqliyyat  vasitəsinin  idarə  edilməsinə  mane  olan 
yükün daşınmasına; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
338.4.3.  yol  nişanlarının  və  ya  yolun  hərəkət  hissəsinin  nişanlanması 
tələblərinin pozulmasına; 
338.4.4.  sükanı  tutmadan və  ya  təhlükəsizlik  dəbilqələrindən  istifadə 
qaydalarını pozmaqla idarə edilməsinə; 
338.4.5. nasaz velosipeddən istifadə etməyə
338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 
338.4.7. keçid üstünlüyü hüququna malik olan olan nəqliyyat vasitələrinə 
yol verilməməsinə görə- 
qırx manat məbləğində cərimə edilir.
 
338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol 
hərəkəti qaydalarının pozulmasına, yəni: 
338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 
338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 
338.5.3.  işıq  əks  etdirən  qurğularla  təchiz  edilməmiş  at  arabalarının 
(kirşənin) sürülməsinə; 
338.5.4.  at  arabalarını  (kirşəni)  idarə  edərkən  svetoforun  və  ya 
nizamlayıcının  işarələrinə,  yaxud  yol  nişanlarına  və  ya  yol  nişanlanması 
tələblərinə riayət edilməməsinə; 
338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya 
məhdud  görünmə  şəraitində  dəmir  yollarından,  yolların  bu  məqsəd  üçün 
xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- 
qırx manat məbləğində cərimə edilir.
 
338.6.  Bu  Məcəllənin  338.4  və  338.5-ci  maddələrində  nəzərdə  tutulmuş 
xətaların  yol  hərəkəti  iştirakçıları  tərəfindən  alkoqol,  narkotik  vasitələr, 
psixotrop  maddələr və  ya  güclü  təsir  göstərən  digər  maddələrdən  istifadə 
olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə- 
yetmiş manat məbləğində cərimə edilir.
 
338.7.  Bu  Məcəllənin  338.4  -  338.6-cı  maddələrində  nəzərdə  tutulmuş 
xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin 
yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- 
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 339.  Nəqliyyat  vasitələrinin  dövlət  qeydiyyatının  aparılması, 
texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin 
və  sürücülük  vəsiqəsinin  verilməsi  və  cərimənin  alınması  qaydalarının 
pozulması 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
339.1.  Nəqliyyat  vasitələrinin  sahibləri  və  ya  sürücüləri  tərəfindən  “Yol 
hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 
qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki 
baxışdan  keçirmədən  idarə  etməyə və  ya  dövlət  qeydiyyatından  keçirilmiş 
nəqliyyat  vasitəsi  icarə  müqaviləsi (notarius  tərəfindən  təsdiq  edilən 
müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət 
qeydiyyatından  keçirməməyə,  yaxud  nəqliyyat  vasitəsinin  geri  qaytarılması 
barədə 
öhdəçiliyə 
əməl 
etməməyə 
və 
ya 
nəqliyyat 
vasitəsinin 
özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını 
pozmağa görə- 
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi 
şəxslər üç yüz manat məbləğində cərimə edilir.
 
339.2.  Nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyatının  aparılması,  nəqliyyat 
vasitəsinin  qeydiyyat  şəhadətnaməsinin  və  ya  dövlət  qeydiyyat  nişanının 
verilməsi  ilə  əlaqədar  nəqliyyat  vasitəsinin  sahibindən  qanunvericiliklə 
nəzərdə  tutulmayan  sənədlərin  tələb  edilməsinə,  nəqliyyat  vasitəsinin 
qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, yaxud nəqliyyat 
vasitələrinin  texniki  baxışının  keçirilməsində  və  ya  texniki  sazlığı  haqqında 
sənədin  verilməsində  süründürməçiliyə  yol  verilməsinə  və  ya  onların 
həllindən qanunsuz olaraq imtina edilməsinə, yaxud texniki sazlığı haqqında 
verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına 
görə- 
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
 
339.3.  Sürücülük  vəsiqəsinin  verilməsi  və  ya  dəyişdirilməsi  haqqında 
ərizəyə baxılmamasına, yaxud baxılarkən süründürməçiliyə yol verilməsinə və 
ya  yol  hərəkəti  qaydaları  üzrə  nəzəri  və  nəqliyyat  vasitələrini  idarəetmə 
vərdişləri  üzrə  təcrübi  imtahanlara  buraxmaqdan  əsassız  imtina  edilməsinə 
görə- 
iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
339.4.  Müvafiq  icra  hakimiyyəti  orqanının  əməkdaşı  tərəfindən  bu  Məcəllənin 
150.4-cü  maddəsinin  tələbləri  pozulmaqla  cərimənin  inzibati  xəta  törətmiş  şəxsdən 
müvafiq ödəniş sistemlərindən istifadə etmədən bilavasitə alınmasına görə -
 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
339.5. Yol  hərəkəti  qaydaları  əleyhinə  olan  inzibati  xəta  haqqında  iş 
üzrə protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın bu Məcəllənin 122.1, 123.2, 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə