Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə64/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   60   61   62   63   64   65   66   67   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək 
və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq 
meydançalarından  və  ya  5.12,  5.13  nişanları  ilə  işarələnmiş  dayanacaq 
yerlərindən kənarda dayandırmağa görə - 
yüz manat məbləğində cərimə edilir.
 
 
 
Maddə  347.  Nəqliyyat  vasitəsinin  istifadəçisi  barədə  məlumat 
verilməməsi 
  
Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini 
inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 
səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 
5 gün müddətində verilməməsinə görə - 
vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxs üç yüz manat məbləğində 
cərimə edilir.
 
 
 
Maddə 348.  Nəqliyyat  vasitələri  ilə  təhlükəli  yüklərin  daşınması 
qaydalarının pozulması 
  
Nəqliyyat  vasitələri  ilə  təhlükəli  yüklərin  daşınması  qaydalarının 
pozulmasına görə- 
fiziki  şəxslər  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  beş  yüz  manat  məbləğində, 
hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
 
  
FƏSİL 30 
  
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından 
istifadə qaydaları əleyhinə olan inzibati xətalar 
  
Maddə 349.  Yol  hərəkətinin  təşkili  zamanı  yol  hərəkətinin 
təhlükəsizliyinin təmin edilməməsi 
  
Yol  hərəkəti  təhlükəsizliyi  səviyyəsinin  azaldılması  hesabına  yolların 
buraxılış  qabiliyyətinin  artırılması  məqsədi  ilə  və  ya  digər  məqsədlərlə  yol 
hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər 
üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 350. Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən 
qurulması  və  təmiri  zamanı  yol  hərəkəti  təhlükəsizliyi  qaydalarının 
pozulması 
  
350.1. Müvafiq  icazə  almadan  və  ya  alınmış  icazənin  şərtlərinə  əməl 
etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə 
zolağında  tikinti,  qazıntı,  yenidənqurma  və  ya  təmir  işlərinin  aparılmasına, 
yaxud avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və 
təmiri  zamanı  yol  hərəkəti  təhlükəsizliyinə  dair  standartlara,  qaydalara  və 
normativlərə əməl edilməməsinə görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər min 
manatdan min beş yüz manatadək məbləğdə, hüquqi  şəxslər on min manatdan on  iki 
min manatadək məbləğdə cərimə edilir.
 
350.2.  Müvafiq  icazə  olmadan  yol  hərəkətini  nizamlayan  texniki 
vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə- 
fiziki  şəxslər  otuz  manatdan  əlli  manatadək  məbləğdə,  vəzifəli  şəxslər  yüz  əlli 
manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min 
manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 351.  Avtomobil  yollarının  saxlanılması,  qorunması  və 
abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması 
  
Avtomobil  yollarının  saxlanılması,  qorunması  və  abadlaşdırılması 
qaydalarının  pozulmasına,  yaxud  avtomobil  yollarında  təhlükəsiz  hərəkət 
şəraitinin yaradılmamasına görə- 
vəzifəli  şəxslər yüz  manatdan  yüz  əlli  manatadək məbləğdə,  hüquqi  şəxslər min 
manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 352.  Avtomobil  yollarında  yol  hərəkətinin  təhlükəsizliyinin 
təmin edilməsi qaydalarının pozulması 
  
352.0.  Avtomobil  yollarında,  prospektlərdə,  küçələrdə,  təhkim  və 
mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni: 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
352.0.1.  örtüyü  təkmilləşdirilmiş  yollarda  avtomobil  yollarını  korlayan 
konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat 
vasitələrinin hərəkətinə, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
karxana  avtomobillərinə  aid  edilmiş  avtonəqliyyat  vasitələrinin  ümumi 
istifadədə olan avtomobil yolları ilə yüklə hərəkətinə
352.0.2. yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, 
yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil 
və qar yığınlarının yaradılmasına; 
352.0.3.  yolların  hərəkət  hissəsinə  yanacaq-sürtkü  materialları,  kimyəvi 
maddələr,  bitum  və  beton  axıdılmasına,  habelə  daş,  çınqıl,  qum  və  ot 
tökülməsinə, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin 
müvafiq qaydada qablaşdırılmadan aparılmasına; 
352.0.4.  avtomobil  yollarının  körpü  keçidlərində  çayın  məcrası  boyu 
körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti 
işlərinin aparılmasına, habelə torpaq və çınqıl kütləsinin götürülməsinə; 
352.0.5. xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-
şalban axıdılmasına; 
352.0.6. avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılmasına, 
respublika  əhəmiyyətli  avtomobil  yolları  ilə  mal-qara  aparılmasına,  habelə 
avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən 
kənar  avtomobil  yolundan  və  ya  bu  məqsədlə  xüsusi  olaraq  yaradılmış 
keçidlərdən kənar mal-qaranın keçirilməsinə
352.0.7.  üzən  nəqliyyat  vasitələrinin  körpü  dayaqlarına  yan  almasına, 
körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə; 
352.0.8.  avtomobil  yollarının  saxlanılması  və  təmiri  ilə  bağlı  işlər  istisna 
olunmaqla,  torpağın  şumlanmasına,  çimin  çıxarılmasına  və  qruntun 
götürülməsinə, oradakı otların biçilməsinə; 
352.0.9. kütləvi istirahət yerlərinin təşkil edilməsinə
352.0.10.  suvarma,  sənaye,  çirkab  və  kanalizasiya  sularının  avtomobil 
yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş 
kanalizasiya  sisteminə,  suyu  kənara  axıdan  qurğulara  və  yolboyu  torpaq 
sahəsinə  axıdılmasına,  avtomobil  yollarının  təhkim  və  qorunma  (mühafizə) 
zolaqlarının, yol örtüyünün çirkləndirilməsinə; 
352.0.11. sərnişin  daşımalarının  marşrutlarının müvafiq  icra  hakimiyyəti 
orqanı ilə razılaşdırılmamasına görə; 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə