Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə66/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   62   63   64   65   66   67   68   69   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
356.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili 
tibbi  yardım  göstərmək  üçün  eyni  səmtə  gedən  səhiyyə  işçilərinə  nəqliyyat 
vasitələri təqdim etməməyə görə- 
qırx manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 357.  Magistral  boru  kəmərlərinin  mühafizəsi  qaydalarının 
pozulması 
  
Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına görə- 
fiziki 
şəxslərə 
xəbərdarlıq 
edilir 
və 
ya 
onlar qırx 
manatdan 
əlli 
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz əlli 
manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 358. İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi 
  
İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə- 
fiziki  şəxslər  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  üç  yüz  manat  məbləğində, 
hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
 
  
FƏSİL 31 
  
Rabitə qaydaları əleyhinə olan inzibati xətalar 
  
Maddə 359. Telekommunikasiya 
şəbəkələrinin, 
vasitə 
və 
qurğularının mühafizəsi qaydalarının pozulması 
  
Telekommunikasiya  şəbəkələrinin,  vasitə  və  qurğularının mühafizə 
qaydalarının pozulmasına görə- 
fiziki  şəxslər  yüz  manatdan  yüz  əlli  manatadək,  vəzifəli  şəxslər  səkkiz  yüz 
manatdan  min  manatadək,  hüquqi  şəxslər  dörd  min  manatdan  beş  min  manatadək 
məbləğdə cərimə edilir.
 
 
 
Maddə  360.  Telefon  xətlərinə  qanunsuz  daxil  olmaqla  danışıqlar 
aparma 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Abonentə  məxsus  telefon  nömrəsinə  aid  olan  rabitə  xəttinə  qanunsuz 
olaraq daxil olmaqla, danışıqlar aparma, zərər çəkmiş şəxsə az miqdarda ziyan 
vurmaqla törədildikdə- 
dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. 
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.
 
  
Maddə 361. Dövlət  poçt  ödənişi  nişanlarının  qanunsuz  hazırlanması, 
nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması 
  
Dövlət  poçt  ödənişi  nişanlarının  hazırlanması,  nəşri,  dövriyyəyə 
buraxılması və dövriyyədən çıxarılması qaydalarının pozulmasına görə- 
poçt ödənişi nişanları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər səksən 
manatdan  yüz  manatadək,  vəzifəli  şəxslər  dörd  yüz  manatdan  beş  yüz  manatadək, 
hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 362. Rabitə xidməti qaydalarının pozulması 
  
Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının 
pozulmasına,  yəni  mövcud  standartlar,  norma  və  qaydalara  əməl 
edilməməsinə görə- 
səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 363.  Sertifikatlaşdırılmamış telekommunikasiya  vasitələri  və 
qurğularından qanunsuz istifadə edilməsi 
  
Sertifikatlaşdırılmamış telekommunikasiya  vasitələri  və  qurğularından 
ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsinə görə - 
telekommunikasiya 
vasitələri 
və 
qurğuları müsadirə 
edilməklə 
və 
ya 
edilməməklə fiziki  şəxslər  səksən  manatdan  yüz  manatadək,  vəzifəli  şəxslər  beş  yüz 
manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək 
məbləğdə cərimə edilir.
 
 
 
Maddə 364. Telekommunikasiya 
şəbəkələrinin 
və 
qurğularının 
layihələşdirilməsi, tikintisi, təmiri, yenidən qurulması, quraşdırılması və ya 
yerdəyişməsi qaydalarının və normalarının pozulması 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsinin, 
tikintisinin,  təmirinin,  yenidən  qurulmasının,  quraşdırılmasının  və  ya 
yerdəyişməsinin  müvafiq  dövlət  və  sahə  standartlarına,  müəyyən  edilmiş 
norma və qaydalara uyğun olaraq aparılmamasına görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər min 
beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi 
min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 365.  Dövlət  əhəmiyyətli  elektrik  rabitə  xətlərində  baş  vermiş 
qəzaların aradan qaldırılmasına maneçilik törədilməsi 
  
Dövlət  əhəmiyyətli elektrik  rabitə  xətlərində baş  vermiş  qəzanın aradan 
qaldırılmasına  qəzanın  baş  verdiyi  yerin  mülkiyyətçisi  və  ya  istifadəçisi 
tərəfindən maneçilik törədilməsinə görə- 
fiziki  şəxslər  üç  yüz  manat məbləğində,  vəzifəli  şəxslər  min 
manat məbləğində cərimə edilir. 
 
 
Maddə 366. Telekommunikasiya 
şəbəkələri, 
vasitələri 
və 
qurğularının 
mühafizə zonalarında müvafiq icazə olmadan işlərin aparılması
 
  
Telekommunikasiya 
şəbəkələri, 
vasitələri 
və 
qurğularının 
mühafizə zonalarında  müvafiq  icazə  olmadan  tikinti  işlərinin  və  ya  digər 
işlərin aparılmasına görə- 
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min 
beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi 
min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 367. Ümumi istifadəli avtomat telefonların zədələnməsi 
  
Ümumi istifadəli avtomat telefonların zədələnməsinə görə- 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 368. Abonentin identifikasiya modulunun və ya mobil telefon 
aparatının başqa şəxslərə kirayəyə verilməsi 
  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə