Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə65/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   61   62   63   64   65   66   67   68   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
352.0.12. iriqabaritli  və  (və  ya)  ağırçəkili  nəqliyyat  vasitələrinin  ümumi 
istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi 
icazə  olmadan  və  (və  ya)  xüsusi  icazənin  tələbləri  pozulmaqla,  müəyyən 
edilmiş  hallarda  müşayiət  və  ya  mühafizə  avtomobili  olmadan  hərəkət 
etməsinə görə — 
fiziki  şəxslər  otuz  manatdan  əlli  manatadək  məbləğdə,  vəzifəli  şəxslər  yüz  əlli 
manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min 
manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 353. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə 
verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair 
tələblərin pozulması 
  
353.1.  Hüquqi  şəxslərə  məxsus  olan  iriqabaritli  və  (və  ya)  ağırçəkili 
nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən 
kütlə parametrlərini aşmaqla yüklənməsinə görə - 
vəzifəli  şəxslər  min  iki  yüz  manatdan  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi 
şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
 
353.2.  Bu  Məcəllənin  353.1-ci  maddəsində  nəzərdə  tutulan  hal  istisna 
olmaqla,  hüquqi  şəxs  tərəfindən  iriqabaritli  və  (və  ya)  ağırçəkili  nəqliyyat 
vasitələrinin  icazə  verilən  qabarit,  çəki  və  yüklə  birlikdə  oxa  düşən  kütlə 
parametrlərini aşmaqla yüklənməsinə görə - 
vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi 
şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
 
353.3.  Bu  Məcəllənin  353.2-ci  maddəsində  nəzərdə  tutulan  hal  istisna 
olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili 
nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən 
kütlə parametrlərini aşmaqla yüklənməsinə görə - 
altı yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
 
353.4.  Eyni  hərəkətlərin  inzibati  tənbeh  almış  şəxs  tərəfindən  inzibati 
tənbeh  vermə  haqqında  qərar  qüvvəyə  mindiyi  gündən  bir  il  ərzində  təkrar 
törədilməsinə görə - 
fiziki  şəxslərin  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  altı  aydan  bir  ilədək 
müddətə məhdudlaşdırılmaqla, min manatdan min iki yüz manatadək məbləğdə cərimə 
edilir, vəzifəli şəxslər min səkkiz yüz manatdan iki min manatadək məbləğdə, hüquqi 
şəxslər beş min beş yüz manatdan altı min manatadək məbləğdə cərimə edilir.
 
 
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 354.  Avtomobil  yollarında  yol  hərəkəti  təhlükəsizliyi 
qaydalarının pozulması 
  
354.0. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən 
avtomobil  yollarında,  prospektlərdə,  küçələrdə,  təhkim  və  mühafizə 
zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni: 
354.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və 
predmetlərin  saxlanılmasına  (səkilərdə  materialların  və  ya  predmetlərin 
saxlanılması  nəticəsində  yaranmış  məhdudiyyətlərin  piyadaların  gediş-gəlişi 
üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna 
olmaqla), yol hərəkətinin  təhlükəsizliyinə  mane  olan  şərait  yaradılmasına  və 
yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri 
ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına; 
354.0.2.  geoloji,  axtarış,  meliorasiya  işlərinin  aparılmasına,  rabitə  və 
elektrik  xətlərinin,  digər  kommunikasiyaların  çəkilməsinə,  avtomobil 
yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən 
razılığın şərtlərinə əməl edilməməsinə; 
354.0.3.  daimi  və  müvəqqəti  giriş-çıxış  yerlərinin,  başqa  yollarla 
birləşmələrin və kəsişmələrin yaradılmasına; 
354.0.4.  yolların  hərəkət hissəsində  sədlərin,  şlaqbaumların qurulmasına 
və  nəqliyyat  vasitələrinin  hərəkətinin  başqa  üsullarla  kəsilməsinə,  yaxud 
avtomobil  yollarında  nəqliyyat  vasitələrinin  və  piyadaların  hərəkətinə 
maneələr yaradılmasına; 
354.0.5.  avtomobil  yollarında  hərəkət  təhlükəsizliyinə  aid  olmayan 
nişanların  və  göstəricilərin,  reklam  lövhələrinin  və  transparantların 
qurulmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 
tələblərinə  uyğun  olmayan  yol  nişanlarının  yerləşdirilməsinə,  həmçinin 
“Avtomobil  yolları  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə 
müəyyən  olunmuş  qaydalar  pozulmaqla,  reklam  və  digər  məlumat 
qurğularının yerləşdirilməsinə; 
354.0.6.  dəmiryol  keçidlərinin,  bəndlərin,  şlüzlərin,  nohurların,  digər 
meliorasiya  və  hidrotexniki  qurğuların  tikintisinə,  yenidən  qurulmasına, 
təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə; 
354.0.7.  bərk  örtüklü  yollarda  nəqliyyat  vasitələrinin  zavod  sınaqlarının 
keçirilməsinə; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
354.0.8.  təhkim  zolağında  nəqliyyat  vasitələrinin  durması  və  yuyulması 
üçün  meydançaların,  servis  obyektlərinin,  köşklərin,  pavilyonların,  digər 
qurğuların  yerləşdirilməsinə  və  ticarət  aparılmasına,  avtomobil  yollarının 
tikintisi,  saxlanılması,  təmiri  və  yenidən  qurulması  ilə  bağlı  olmayan  işlərin 
görülməsinə,  yol  hərəkətinin  təhlükəsizliyi,  sərnişin  və  yük  daşımaları 
sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının xidməti 
tikililəri  və  qurğuları  istisna  olmaqla,  avtomobil  yollarının  tikintisi, 
saxlanılması,  təmiri,  yenidən  qurulması  üçün  nəzərdə  tutulmayan  bina  və 
qurğuların yerləşdirilməsinə; 
354.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə; 
354.0.10. tırtıllı, uzunölçülü, iriqabaritli, ağırçəkili və ya təhlükəli yükləri 
daşıyan  nəqliyyat  vasitələrinin  hərəkəti  zamanı  avtomobil  yoluna  və  yol 
qurğularına  zərər  dəyməsinə,  yol  örtüyünün  və  yolun  mühəndis 
konstruksiyasının  zədələnməsinə,  avtomobil  yoluna  və  ya  yolda  yerləşdirən 
qurğulara müdaxilə edilməsinə görə- 
fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz 
manatdan  beş  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  üç  min  manatdan  dörd  min 
manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 355.  Yol  hərəkətinin  müvəqqəti  məhdudlaşdırılması  və  ya 
qadağan edilməsi 
  
Yol  hərəkətinin  müvəqqəti  məhdudlaşdırılması  və  ya  qadağan  edilməsi 
haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan 
edilməsi  müddətlərini  pozmağa  və  ya  özbaşına  yol  hərəkətini  müvəqqəti 
məhdudlaşdırmağa və ya qadağan etməyə görə- 
fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli 
manatdan  üç  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  beş  yüz  manatdan  altı  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 356.  Yol  hərəkəti  təhlükəsizliyinin  tibbi  təminatı  qaydalarının 
pozulması 
  
356.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan 
nəqliyyat vasitəsini idarə etməyə görə- 
on manat məbləğində cərimə edilir.
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə