Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə73/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   69   70   71   72   73   74   75   76   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə- 
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər üç 
min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 419. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya 
  
Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaya görə- 
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı 
yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi 
min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 420. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə 
  
İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud 
işinə  görə  ona  məlum  olan  xidməti  istifadə  üçün  nəzərdə  tutulmuş 
məlumatdan  tamah  və  ya  başqa  şəxsi  niyyətlə  qanunsuz  olaraq  istifadə 
edilməsi  və  ya  əqdlərin  bağlanması  üçün  üçüncü  şəxslərə  verilməsi,  az 
miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə etməklə törədildikdə- 
fiziki  şəxslər  üç  yüz  manatdan  dörd  yüz  manatadək  məbləğdə,  vəzifəli  şəxslər 
səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
 
Qeyd:
 
1. Bu maddədə “insayder” dedikdə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası 
Qanununun 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər başa düşülür.
 
2. Bu maddədə “az miqdarda” dedikdə, yeddi min manatadək olan məbləğ başa düşülür.
 
  
Maddə 421. Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabatın 
verilməsindən  imtina  etmə  və  ya  yayınma,  yaxud  təhrif  edilmiş  məlumat 
vermə 
  
Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabat sənədlərinin və 
ya  onların  fəaliyyəti  barədə  qiymətli  kağızlar  haqqında  qanunvericiliyə  görə 
təqdim 
edilməli 
olan 
digər 
sənədlərin müvafiq 
icra 
hakimiyyəti 
orqanına təqdim  edilməsindən  yayınmağa  və  ya  imtina  edilməsinə, 
yaxud təhrif  edilmiş  məlumatın  verilməsi  və  ya onların  təqdim  edilməsi 
müddətinin pozulmasına görə- 
vəzifəli  şəxslər altı  yüz  manatdan  yeddi  yüz  manatadək məbləğdə,  hüquqi 
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
 
Maddə 422. Qiymətli 
kağızlar 
bazarının iştirakçısı tərəfindən məlumatların 
açıqlanması 
qaydalarının 
pozulması 
  
Qiymətli  kağızlar  bazarının iştirakçısı tərəfindən  qiymətli  kağızlar 
haqqında  qanunvericiliyə  görə  açıqlanmalı  və  ya  dərc  edilməli  olan 
məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya 
yayınmağa,  yaxud  açıqlanması  və  ya  dərc  edilməsi  üçün  müəyyən  edilmiş 
müddətin və qaydanın pozulmasına görə- 
vəzifəli  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar beş  yüz  manatdan  altı  yüz 
manatadək məbləğdə  cərimə  edilir,  hüquqi  şəxslər iki  min  manatdan  üç  min 
manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 423. Qiymətli 
kağızlar 
sahəsində sənədlərin 
saxlanılması 
qaydalarının pozulması 
  
Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq  saxlanılmalı 
olan sənədlərin saxlanılması qaydalarının pozulmasına görə- 
fiziki  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar iki  yüz  manatdan  üç  yüz 
manatadək məbləğdə  cərimə  edilir,  vəzifəli  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar beş 
yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər min manatdan 
min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 424. Qiymətli kağızlarla girov qaydalarının pozulması 
  
Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli kağızlarla girovun və ya 
qiymətli  kağızlarla  rəsmiləşdirilmiş  borc  öhdəliklərinin  girovunun dövlət 
qeydiyyatına 
alınması 
və 
girov 
qoyulmuş 
əşyaya 
tutmanın 
yönəldilməsi qaydalarının pozulmasına görə- 
fiziki  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar iki  yüz  manatdan  üç  yüz 
manatadək məbləğdə  cərimə  edilir,  vəzifəli  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar beş 
yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər min manatdan 
min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 425. Qiymətli kağızlar üzrə ödəmələrdən imtina 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə ödənilməli 
olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya digər ödəmələrdən və 
ya  onların  xidmət  və  ya  başqa  şəkildə  ekvivalentlərinin  ödənilməsindən 
qanunsuz olaraq imtina edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə 
qaydalarının pozulmasına görə- 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç 
min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 426. Səhmdarın hüquqlarının pozulması 
  
Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına 
və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə- 
vəzifəli  şəxslər altı  yüz  manatdan  yeddi  yüz  manatadək məbləğdə,  hüquqi 
şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  427.  İnvestisiya  fondlarının  fəaliyyətinə  dair  tələblərin 
pozulması 
  
İnvestisiya  fondlarının  fəaliyyətinə  dair  “İnvestisiya  fondları  haqqında” 
Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş tələblərin 
pozulmasına görə- 
vəzifəli şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər altı 
min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 428. Reklam haqqında qanunvericiliyin pozulması 
  
428.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları 
(icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan 
reklamda istifadə etməyə görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz 
manatdan  altı  yüz  manatadək məbləğdə,  hüquqi  şəxslər iki  min  manatdan  üç  min 
manatadək məbləğdə cərimə edilir.
 
428.2.  Texniki  və  digər  vasitələrdən  istifadə  etməklə  hazırlanmış, 
istehlakçının şüuruna onun dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın 
yayılmasına görə - 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min 
manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə