Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə75/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   71   72   73   74   75   76   77   78   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
Maddə  432.  Qrant  alınması  (verilməsi)  haqqında  qanunvericiliyin 
pozulması 
  
432.1. Qrant verən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, 
yaxud Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi 
olan  donorlar  və  ya  qrant  alan  Azərbaycan  Respublikasının  resipiyentləri 
tərəfindən  qrant  alınması  (verilməsi)  haqqında  müqavilələrin  və  qərarların 
qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra 
hakimiyyəti orqanına təqdim edilməməsinə görə - 
fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər min beş 
yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan 
yeddi min manatadək məbləğdə cərimə edilir.
 
432.2.  Dini  qurumlar  tərəfindən  qrant  alınması  (verilməsi)  haqqında 
müqavilələrin  və  qərarların  müvafiq  icra  hakimiyyəti  orqanında  qeydiyyata 
alınmadan həmin qrantlardan istifadə və onlar üzrə əməliyyatlar aparılmasına 
görə - 
vəzifəli  şəxslər  min  beş  yüz  manatdan  iki  min  beş  yüz  manatadək  məbləğdə, 
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
 
432.3.  Qrant  müqaviləsi  (qərarı)  olmadan  Azərbaycan  Respublikasında 
fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici 
dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən 
maliyyə  vəsaiti  şəklində  və  (və  ya)  başqa  maddi  formada  yardımın  qəbul 
edilməsinə görə - 
inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  vəsait  və  əşyalar  müsadirə  olunmaqla 
vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər 
səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
 
432.4.  Qeyri-hökumət  təşkilatları,  xarici  dövlətlərin  qeyri-hökumət 
təşkilatlarının  Azərbaycan  Respublikasındakı  filial  və  ya  nümayəndəlikləri, 
yaxud  banklar  tərəfindən  “Qrant  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu  ilə  müəyyən  edilmiş  qaydada  qeydiyyata  alınmamış  qrant  alınması 
(verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər 
hansı digər əməliyyatların aparılmasına görə - 
vəzifəli  şəxslər  iki  min  beş  yüz  manatdan  beş  min  manatadək  məbləğdə,  hüquqi 
şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Qeyd: “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) 
haqqında”  Azərbaycan  Respublikasının  qanunlarında  nəzərdə  tutulan  ianələrə  və  dövlət  hakimiyyəti 
orqanlarının yardımlarına bu Məcəllənin 432.3-cü maddəsinin qüvvəsi şamil edilmir.
 
 
 
Maddə  433.  Denominasiya  zamanı  pul  nişanlarının  dəyişdirilməsi 
qaydalarının pozulması 
  
433.0. Azərbaycan Respublikasının pul nişanlarının nominal dəyərinin və 
qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı: 
433.0.1. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına 
dəyişdirilməsinin 
müddətləri, 
məbləğləri, 
yaxud 
subyektləri 
üzrə 
məhdudiyyətlərin qoyulmasına; 
433.0.2. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına 
dəyişdirilməsi üçün banklar tərəfindən komisyon haqqı tutulmasına görə - 
vəzifəli  şəxslər  beş  yüz  manat  məbləğində,  hüquqi  şəxslər  min  beş  yüz 
manat məbləğində cərimə edilir. 
  
Maddə  434.  Kredit  təşkilatları  tərəfindən  məcburi  ehtiyatların  təmin 
edilməməsi 
  
Kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının 
müəyyən etdiyi məcburi ehtiyatlar təmin edilmədiyinə görə - 
vəzifəli  şəxslər  beş  yüz  manat  məbləğində,  hüquqi  şəxslər  min  beş  yüz  manat 
məbləğində cərimə edilir.
 
 
 
Maddə 435. Əmanətlərin sığortalanması qaydalarının pozulması 
  
Əmanətlərin  Sığortalanması  Fonduna  sığorta  haqları  üzrə  ödənişlərin 
Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  müəyyən  etdiyi  müddətdə  tam 
ödənilməməsinə görə - 
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 
436. 
Bank 
fəaliyyəti 
sahəsində 
qadağan 
olunmuş, 
məhdudlaşdırılmış və ya dayandırılmış fəaliyyətlə məşğul olma 
  
“Banklar  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda,  yaxud 
bank  lisenziyasında  qadağan  olunmuş  və  ya  bankın  fəaliyyəti  dövründə 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
məhdudlaşdırılmış, yaxud dayandırılmış fəaliyyətin həyata keçirilməsinə görə 

vəzifəli  şəxslər  iki  min  beş  yüz  manatdan  üç  min  manatadək  məbləğdə,  hüquqi 
şəxslər otuz beş min manatdan qırx min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  437.  Bankların  fəaliyyətinə  dair  Azərbaycan  Respublikası 
Mərkəzi Bankının göstərişlərinin icra edilməməsi 
  
437.1.  Bank  fəaliyyətinə  dair  prudensial  normativlərin  və  tələblərin 
pozulması  aşkar  edildikdə,  həmin  pozuntunun  aradan  qaldırılması  barədə 
Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  göstərişinin  vaxtında  icra 
edilməməsinə görə - 
vəzifəli  şəxslər  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi 
şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
 
437.2.  Bu  Məcəllənin  437.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hal  istisna 
olmaqla,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  qanuna  uyğun  olaraq 
verdiyi digər göstərişinin vaxtında icra edilməməsinə görə - 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər 
on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  438.  Banka  aidiyyəti  olan  şəxslərlə  və  ya  aidiyyəti  olan  şəxs 
adından  hərəkət  edən  şəxslərlə  əməliyyatların  aparılması  qaydalarının 
pozulması 
  
Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət 
edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə - 
vəzifəli  şəxslər  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi 
şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 439. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial, 
maliyyə  və  bank  statistikası  hesabatlarının  təqdim  edilməsi  qaydalarının 
pozulması 
  
439.1.  Bank  statistikası  hesabatlarının  Azərbaycan  Respublikasının 
Mərkəzi  Bankına  təqdim  edilməməsinə,  yaxud  tam,  düzgün  və  ya  vaxtında 
təqdim edilməməsinə görə - 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə