Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə76/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   72   73   74   75   76   77   78   79   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min 
manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
439.2.  Bank  və  ya  xarici  bankın  yerli  filialı  tərəfindən  prudensial  və  ya 
maliyyə hesabatlarının Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim 
edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə - 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər 
on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  440.  Mərkəzləşdirilmiş  kredit  reyestrinə  məlumatların  təqdim 
edilməsi qaydalarının pozulması 
  
Mərkəzləşdirilmiş  kredit  reyestrinə  bank  olmayan  kredit  təşkilatı  və  ya 
bank  tərəfindən  qanunvericiliklə  müəyyən  olunmuş  məlumatların  tam, 
düzgün və ya vaxtında təqdim edilməməsinə görə - 
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər 
beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  441.  İxrac  məqsədli  neft-qaz  fəaliyyətində  işçi  qüvvəsindən 
istifadə qaydalarının pozulması 
  
“İxrac  məqsədli  neft-qaz  fəaliyyətinə  xüsusi  iqtisadi  rejimin  tətbiqi 
haqqında”  Azərbaycan  Respublikasının  Qanununda nəzərdə  tutulmuş hallar 
istisna  olmaqla,  podratçılar  və  subpodratçılar  tərəfindən  əmək  müqaviləsi 
əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb edilən 
Azərbaycan  Respublikası  vətəndaşlarının  həmin  qanunla  müəyyən  olunmuş 
nisbətindən fərqli olan digər nisbətin tətbiq edilməsinə görə - 
vəzifəli  şəxslər  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi 
şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
 
  
FƏSİL 35 
  
Ticarət qaydaları əleyhinə olan inzibati xətalar 
  
Maddə 442. İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı 
və  ya  satılması,  yaxud  qadağan  olunmuş  işlərin  (xidmətlərin)  yerinə 
yetirilməsi (göstərilməsi) 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
İstehsalı  və  ya  satılması  qadağan  olunmuş  malların  istehsalına  və  ya 
satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə 
(göstərilməsinə) görə - 
inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 
üç  yüz  əlli  manatdan  beş  yüz  manatadək  məbləğdə,  vəzifəli  şəxslər  min  altı  yüz  əlli 
manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş 
min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  443.  Kütləvi  idman  tədbirlərinə  və  idman  yarışlarına  giriş 
biletlərinin  saxtalaşdırılması  və  ya  müəyyən  edilmiş  tariflərdən  yüksək 
qiymətə satılması 
  
443.1.  Kütləvi  idman  tədbirlərinə  və  idman  yarışlarına  giriş  biletlərinin 
saxtalaşdırılmasına görə - 
fiziki  şəxslər  yeddi  yüz  manatdan  doqquz  yüz  manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, 
hüquqi  şəxslər  altı  min  manatdan  səkkiz  min  manatadək məbləğdəcərimə 
edilir. 
443.2.  Kütləvi  idman  tədbirlərinə  və  idman  yarışlarına  giriş  biletlərinin 
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa 
uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə - 
fiziki  şəxslər  yeddi  yüz  manat  məbləğində, vəzifəli  şəxslər  min  beş  yüz manat 
məbləğində, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.
 
  
Maddə 444.  Malların  saxlanılması  və  ya  satışı  zamanı  mal 
qonşuluğunun, 
temperatur 
rejiminin, 
yaxud 
satılmış 
malların 
dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması 
  
444.1. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının 
pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə - 
altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
 
444.2.  Satılmış  malların  dəyişdirilməsi  və  ya  geri  qaytarılması 
qaydalarının pozulmasına görə - 
altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 445. Qiymət intizamının pozulması 
  
445.1.  Qiymət  intizamının  pozulmasına,  yəni  satışda  olan  malların 
üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət 
cədvəllərinin  (menyuların)  olmamasına  və  ya  onların  düzgün  tərtib 
edilməməsinə görə - 
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
 
445.2.  Azərbaycan  Respublikasının  ərazisində  satılan  malların  (işlərin, 
xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə - 
min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 446.  Mürəkkəb  texniki  qrup  malların  texniki  pasportsuz 
satılması 
  
Mürəkkəb  texniki  qrup  malların  texniki  pasportsuz  satılmasına  və  ya 
texniki pasportların düzgün tərtib edilməməsinə görə - 
fiziki  şəxslər üç yüz əlli  manatdan beş yüz  manatadək məbləğdə, vəzifəli şəxslər 
min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 447. İstehlakçıların hüquqlarının pozulması 
  
447.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni: 
447.0.1. mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın 
(xidmətin)  ölçüsünə,  çəkisinə,  hesabına,  habelə  istehlak  xüsusiyyətinə  və  ya 
keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına; 
447.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına; 
447.0.3. standartların  və  digər normativ  sənədlərin  tələblərinə  cavab 
verməyən  malların  istehsalına,  satılmasına,  işlərin  yerinə  yetirilməsinə, 
xidmətlərin göstərilməsinə
447.0.4.  qanunvericiliyə  əsasən məcburi  sertifikatlaşdırılmalı  olan,  lakin 
sertifikatlaşdırılmamış  malların  istehsalına, satılmasına,  işlərin  yerinə 
yetirilməsinə, xidmətlərin göstərilməsinə; 
447.0.5.  standartların,  digər  normativ  sənədlərin  tələblərinin  pozulması 
nəticəsində  insanların  həyatı,  sağlamlığı,  əmlakı  və  ya  ətraf  mühit  üçün 
təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə; 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə