Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə72/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   68   69   70   71   72   73   74   75   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
büdcəsindən,  həmçinin  məqsədli  büdcə  fondlarından  ayrılan  vəsaitdən 
təyinatı üzrə istifadə olunmaması, yaxud büdcə təşkilatlarının büdcədənkənar 
vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun 
xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılması, bu əməllər min 
manatadək məbləğdə törədildikdə - 
dövlət  büdcəsindən  maliyyələşdirilən  təşkilatların  vəzifəli  şəxsləri  üç  yüz 
manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
410.2. Eyni əməllər min manatdan yuxarı məbləğdə törədildikdə - 
dövlət  büdcəsindən  maliyyələşdirilən  təşkilatların  vəzifəli  şəxsləri  beş  yüz 
manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 411. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan 
istifadə qaydalarını pozma 
  
Əsas  və  təkrar  borcalan  tərəfindən  dövlət  borcalmaları  və  ya  dövlət 
zəmanəti ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil 
olunmur)  haqqında  məlumatların,  öz  bank  hesablarının  vəziyyəti  haqqında 
məlumatların  vaxtında  verilməməsi  və  ya  təhrif  olunmuş  məlumatların 
verilməsi,  dövlət  borcalmaları  və  dövlət  zəmanəti verilmiş öhdəlik  üzrə  cəlb 
olunmuş  vəsaitdən  təyinatı  üzrə  istifadə  edilməməsi  dövlətə  az  miqdarda 
ziyan vurduqda - 
inzibati  xəta  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki 
mislindən dörd mislinədək miqdarda cərimə edilir. 
 
 
Maddə 412. Əmtəə nişanlarından qanunsuz istifadə 
  
Özgənin  əmtəə  və  ya  xidmət  etmə  nişanından,  əmtəənin  mənşə  yerinin 
adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına 
görə- 
vəzifəli  şəxslər altı  yüz  manatdan  səkkiz  yüz  manatadək məbləğdə,  hüquqi 
şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 
413. 
Nəzarət 
markalarının 
qəsdən 
məhv 
edilməsi, 
saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Nəzarət  markalarının  qəsdən  məhv  edilməsinə,  saxtalaşdırılmasına, 
qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və satışına görə- 
Azərbaycan Respublikasının “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa 
qarşı mübarizə haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dərman 
vasitələri  haqqında”  və  “Dini  etiqad  azadlığı  haqqında”  qanunlarının  tələblərinin 
pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və ya satılan nəzarət markaları, 
habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan 
materiallar,  avadanlıqlar  və  hüquqpozmaya  səbəb  olan  digər  vasitələr  müsadirə 
edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər 
min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan 
üç min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 414.  Qiymətli  kağızlar  bazarında  investorların  hüquqlarının 
pozulması 
  
Qiymətli  kağızlar  bazarında  investorların  hüquqlarının  pozulmasına  və 
ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə- 
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər 
dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 415.  Qiymətli  kağızların  emissiyası  və  buraxılışı  qaydalarının 
pozulması 
  
Qiymətli  kağızların  emissiyası  və  buraxılışı  qaydalarının  pozulmasına 
görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan dörd yüz manatadək 
məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar altı yüz manatdan 
səkkiz yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər üç min manatdan beş min 
manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 416.  Qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyətin  həyata 
keçirilməsi qaydalarının pozulması 
  
416.0. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi 
qaydalarının pozulmasına, yəni: 
416.0.1. broker fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına 
görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər 
üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir;
 
416.0.2.  diler  fəaliyyətinin  həyata  keçirilməsi  qaydalarının  pozulmasına 
görə- 
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər 
üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir;
 
416.0.3. klirinq fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına 
görə- 
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər 
üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir;
 
416.0.4. qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin 
həyata keçirilməsi qaydalarının pozulmasına görə- 
vəzifəli  şəxslər  yeddi  yüz  manatdan  səkkiz  yüz  manatadək  məbləğdə,  hüquqi 
şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir;
 
416.0.5.  depozitar  fəaliyyətinin  həyata  keçirilməsi  qaydalarının 
pozulmasına görə- 
vəzifəli  şəxslər  yeddi  yüz  manatdan  səkkiz  yüz  manatadək  məbləğdə,  hüquqi 
şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir;
 
416.0.6.  aktivlərin  idarə  edilməsi  üzrə  fəaliyyətin  həyata  keçirilməsi 
qaydalarının pozulmasına görə- 
vəzifəli  şəxslər  yeddi  yüz  manatdan  səkkiz  yüz  manatadək  məbləğdə,  hüquqi 
şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir;
 
416.0.7.  fond  birjası  fəaliyyətinin  həyata  keçirilməsi  qaydalarının 
pozulmasına görə- 
vəzifəli  şəxslər  yeddi  yüz  manatdan  səkkiz  yüz  manatadək  məbləğdə,  hüquqi 
şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 417.  Qiymətli  kağızların  sahiblərinin  reyestrinin  aparılması 
qaydalarının və standartlarının pozulması 
  
Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və ya 
standartlarının pozulmasına görə- 
vəzifəli  şəxslər üç  yüz  manatdan  dörd  yüz  manatadək məbləğdə,  hüquqi 
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
 
 
 Maddə 418. Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının 
pozulması 
  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə