Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə80/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   76   77   78   79   80   81   82   83   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi 
şəxslər üç yüz manat məbləğində cərimə edilir.
 
 
 
Maddə  470. İcbari  sığorta  müqavilələri  üzrə  daxil  olan  sığorta 
haqlarından məcburi ayırmaların aparılmaması 
  
İcbari  sığorta  müqavilələri  üzrə  daxil  olan  sığorta  haqlarından “İcbari 
sığortalar  haqqında” Azərbaycan  Respublikasının  Qanunu  ilə müəyyən 
edilmiş məcburi ayırmaların vaxtında və ya tam aparılmamasına görə - 
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində 
cərimə edilir.
 
 
 
Maddə 
471. 
Sığorta 
nəzarətinin 
həyata 
keçirilməsinin 
maliyyələşdirilməsi üçün müəyyən edilmiş ayırmaların aparılmaması 
  
Sığorta  nəzarəti  orqanının  sığorta  sektorunda  tənzimləmə  və  nəzarət 
funksiyalarının həyata keçirilməsi üzrə fəaliyyətinin maliyyələşdirilməsi üçün 
“Sığorta 
fəaliyyəti 
haqqında” Azərbaycan 
Respublikasının 
Qanunu 
ilə müəyyən  edilmiş,  sığortaçının  daxil  olan  sığorta  haqlarından  və  xaricdən 
aldığı  təkrarsığorta  haqlarından  aparmalı  olduğu  müvafiq  ayırmaların 
vaxtında və ya tam həyata keçirilməməsinə görə- 
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində 
cərimə edilir.
 
  
Maddə 472. Sığorta növünün qanunsuz aparılması 
  
Sığortaçı  tərəfindən  hər  hansı  sığorta  növünün  sığorta  nəzarəti 
orqanından müvafiq icazə almadan aparılmasına görə - 
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər on min 
manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  473.  Sığorta  qanunvericiliyinin  aktuarilərlə,  müstəqil 
ekspertlərlə,  müstəqil  auditorlarla  və  sığorta  sahəsində  yardımçı  fəaliyyət 
göstərən hüquqi şəxslərlə bağlı tələblərinin pozulması 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
473.1.  Aktuarilər  (bu  Məcəllənin  473.2-ci  və  473.3-cü  maddələrində 
nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla), müstəqil  ekspertlər,  müstəqil 
auditorlar  və  sığorta  sahəsində  yardımçı  fəaliyyət  göstərən  hüquqi  şəxslər 
tərəfindən  sığorta  qanunvericiliyinin  onların  fəaliyyəti  ilə  bağlı  müəyyən 
edilmiş tələblərinin pozulmasına görə - 
iki yüz manat məbləğində cərimə edilir.
 
473.2.  Məsul  aktuari  tərəfindən  “Sığorta  fəaliyyəti  haqqında”  Azərbaycan 
Respublikasının  Qanununda  nəzərdə  tutulan  tələblərə  riayət  olunmadan  rəyin  tərtib 
edilməsinə, həmçinin aktuari rəyinin sığortaçıya və sığorta nəzarəti orqanına vaxtında 
təqdim edilməməsinə görə -
 
üç yüz manat məbləğində cərimə edilir.
 
473.3.  “Sığorta  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə 
müəyyən  edilmiş  hallarda  məsul  aktuari  tərəfindən  yazılı  məlumatın  sığorta  nəzarəti 
orqanına verilməməsinə görə -
 
beş yüz manat məbləğində cərimə edilir.
 
 
 
Maddə  474.  Sığorta  qanunvericiliyinə  uyğun  olaraq  verilmiş 
təqdimatların vaxtında və tam yerinə yetirilməməsi 
  
Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların vaxtında və 
(və ya) tam yerinə yetirilməməsinə görə - 
vəzifəli şəxslər altı yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər dörd 
min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  475. Sığortaçılar, təkrarsığortaçılar  və  hüquqi  şəxs  olan  sığorta 
vasitəçiləri tərəfindən müvafiq məlumatların verilməməsi 
  
Sığortaçılar,  təkrarsığortaçılar  və  hüquqi  şəxs  olan  sığorta  vasitəçiləri 
tərəfindən  onların  fəaliyyətləri,  o  cümlədən  nizamnamələri,  idarə  edilməsi, 
səhmdarları  və  ya  iştirakçıları  ilə  bağlı  sığorta  qanunvericiliyi  ilə  müəyyən 
edilmiş hallarda və qaydada məlumat verilməməsinə görə - 
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min 
manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  476.  Azərbaycan  Respublikasının  ərazisində  yerləşən  və  ya 
mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin xaricdə sığorta 
və təkrarsığorta etdirilməsi 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yol 
verildiyi  hallar  istisna  olmaqla, Azərbaycan  Respublikasının  ərazisində 
yerləşən  və  ya  mövcud  olan  sığorta  predmeti  ilə  bağlı  əmlak  mənafelərinin 
fiziki  və  hüquqi  şəxslər  tərəfindən  xarici  sığortaçılarda  sığorta  etdirilməsinə, 
həmçinin 
belə 
risklərin “Sığorta 
fəaliyyəti 
haqqında” 
Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş tələbləri pozmaqla sığortaçılar, 
təkrarsığortaçılar  və  sığorta  brokerləri  tərəfindən  xaricdə  təkrarsığorta 
etdirilməsinə görə - 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz 
əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz 
manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  477.  Dövlət  sosial  sığorta  sistemində  fərdi  uçot  haqqında 
qanunvericiliyin pozulması 
  
Sığortaedənlər  tərəfindən  “Dövlət  sosial  sığorta  sistemində  fərdi  uçot 
haqqında” Azərbaycan  Respublikasının  Qanunu ilə  müəyyən  edilmiş 
müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların müvafiq icra 
hakimiyyəti orqanına təqdim edilməməsinə görə – 
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli manat məbləğində 
cərimə edilir.
 
 
 
Maddə 478. Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi 
məlumatların banklar tərəfindən təqdim olunmaması 
  
Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi məlumatların 
banklar tərəfindən vaxtında və ya tam təqdim olunmamasına görə - 
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər on min 
manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
 
  
FƏSİL 37 
  
Gömrük qaydaları əleyhinə olan inzibati xətalar 
  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə