Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə88/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   84   85   86   87   88   89   90   91   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 524. Fahişəliklə məşğul olma 
  
Fahişəliklə məşğul olmağa görə - 
yüz manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 525. Qumar oyununda iştirak etmə 
  
Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - 
oyun  ləvazimatı,  habelə  qumara  qoyulmuş  pul  vəsaitləri  və  ya  digər  əmlak 
müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
 
Qeyd:
 
1.  Bu  maddədə  “qumar  oyunu”  dedikdə,  pul  vəsaitləri,  maddi  və  sair  nemət  (uduş)  barəsində 
oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür.
 
2. Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına bu maddənin 
qüvvəsi şamil edilmir.
 
  
FƏSİL 39 
  
İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar 
  
Maddə 526. Məhkəməyə hörmətsizlik göstərilməsi 
  
Məhkəmə  iclası  zamanı  şahidin,  zərər  çəkmiş  şəxsin,  iddiaçının, 
cavabdehin  və  ya  iş  üzrə  iştirak  edən  başqa  fiziki  şəxslərin  sədrlik  edənin 
sərəncamına tabe olmamasına görə- 
əlli manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  527.  Məhkəmənin  xüsusi  qərardadı  (qərarı)  və  ya 
hakimin, səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin) təqdimatı  üzrə  tədbirlər 
görülməməsi 
  
Məhkəmənin  xüsusi  qərardadına  (qərarına)  və  ya  hakimin,  səlahiyyətli 
orqanın  (vəzifəli  şəxsin)  təqdimatına  vəzifəli  şəxs  tərəfindən  baxılmamasına, 
yaxud  bunlarda  göstərilmiş  qanun  pozuntularını  aradan  qaldırmaq  üçün 
tədbirlər  görülməməsinə,  yaxud  xüsusi  qərardada  (qərara)  və  ya  təqdimata 
vaxtında cavab verilməməsinə görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
vəzifəli  şəxslər yeddi  yüz  manatdan  min  beş  yüz  manatadək məbləğdə  cərimə 
edilir.
 
 
 
Maddə  528.  Məhkəmə  və  digər  orqanların  qərarlarının  icrası  ilə 
əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi 
  
528.1. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra 
məmurunun  qanuni  tələblərinin  yerinə  yetirilməməsinə  və  ya  icra  məmuru 
tərəfindən  müəyyən  olunmuş  müddətdə  borclunu  müəyyən  hərəkətləri 
etməyə  və  ya  müəyyən  hərəkətləri  etməkdən  çəkinməyə  məcbur  edən  icra 
sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- 
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin 
hallarına görə, pozuntunu törədənin  şəxsiyyəti nəzərə alınmaqla,  bir ayadək müddətə 
inzibati  həbs  tətbiq  olunur,  vəzifəli  şəxslər  min  iki  yüz  manatdan  iki  min  beş  yüz 
manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə 
cərimə edilir.
 
528.2. İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında 
göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və 
əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə- 
vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə 
edilir.
 
528.3. Borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün 
yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin 
borcludan  pul  vəsaitlərinin  tutulmasına  dair  tələblərinin  müəyyən  edilmiş 
müddətdə icra edilməməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər 
dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  529.  İnzibati  cərimə  və  ictimai  işlər  növündə  inzibati  tənbeh 
tətbiq etmə haqqında qərarın icra edilməməsi 
  
529.1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə 
görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh 
tətbiq  etmə  haqqında  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  qərarının  qanuni 
qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar 
olmadan icra edilməməsinə görə - 
yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
529.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə 
görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh 
tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 
gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə 
görə - 
yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı 
törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç 
ayadək müddətə inzibati həbs tətbiq olunur.
 
529.3. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə 
görə  inzibati  cərimə  növündə  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarın 
qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş 
əsaslar olmadan icra edilməməsinə görə - 
nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  altı  aydan  bir  ilədək  müddətə 
məhdudlaşdırılır.
 
529.4.  İctimai  işlər  növündə  inzibati  tənbehin  çəkilməsindən  boyun 
qaçırmağa görə- 
üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
 
Qeyd:
 
1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs 
müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə 
tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa 
gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul 
edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.
 
2. Bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, 
aşağıdakılar başa düşülür:
 
2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq;
 
2.2.  həftədə  iki  dəfə  və  daha  çox  ictimai  işlər  növündə  inzibati  tənbehin  icrası  yerlərində  əmək 
intizamını pozmaq;
 
2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək.
 
  
Maddə 530. Bilə-bilə yalan izahat və ya rəy vermə, yaxud yanlış tərcümə 
etmə 
  
İnzibati  xətalar  haqqında  işlər  üzrə  icraat  zamanı  şahidin,  zərər  çəkmiş 
şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə 
yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə və 
ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə 
yanlış tərcüməsinə görə- 
iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə olunur.
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə