Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə96/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   90   91   92   93   94   95   96   97   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 
dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə- 
fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər iki min 
manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min 
manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 583. Dövlət təltifləri barəsində qanunsuz hərəkətlər 
  
Ordenin,  medalın,  fəxri  ad  döş  nişanının  və  ya  planka  üzərində  orden  və 
medal lentlərinin buna hüququ olmayan şəxs tərəfindən istifadə edilməsinə görə- 
əlli manat məbləğində cərimə edilir.
 
  
Maddə  584. Azərbaycan  Respublikası  Dövlət  bayrağının  istifadəsi 
qaydalarının pozulması 
  
Azərbaycan  Respublikası  Dövlət  bayrağının  istifadəsi  qaydalarının 
pozulmasına görə- 
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 
  
Maddə  585.  Azərbaycan  Respublikasında  xarici  dövlətlərin  və 
beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydalarının pozulması 
  
Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  Azərbaycan 
Respublikasında  xarici  dövlətlərin  və  beynəlxalq  təşkilatların  bayraqlarının 
qaldırılması və ya yerləşdirilməsinə görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz 
manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min 
beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 586.  Qızıl  Xaç  və  Qızıl  Aypara  emblemlərindən,  onların 
adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə 
  
586.0. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların adlarından və 
fərqləndirici  siqnallarından  qanunsuz  istifadə,  yəni  “Qızıl  Xaç və Qızıl 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Aypara emblemlərindən  istifadə  və  onların  müdafiəsi  haqqında”Azərbaycan 
Respublikası Qanununun tələblərinə zidd olaraq: 
586.0.1.  Qızıl  Xaç və Qızıl Aypara emblemlərindən  müdafiə nişanı  və  ya 
fərqləndirici nişan qismində istifadə edilməsinə
586.0.2. fərqləndirici siqnallardan istifadə edilməsinə;
 
586.0.3. hüquqi  şəxslərin  adlarında,  əmtəə  nişanlarında Qızıl  Xaç və Qızıl 
Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə;
 
586.0.4. Beynəlxalq Qızıl  Xaç və Qızıl  Aypara hərəkatının  prinsipləri  ilə  bir  araya 
sığmayan  məqsədlər  üçün Qızıl  Xaç və Qızıl  Aypara emblemlərindən  və  onların 
adlarından istifadə edilməsinə;
 
586.0.5. müdafiə 
nişanı 
qismində 
istifadə 
edilən Qızıl 
Xaç və Qızıl 
Aypara emblemləri  kimi  qəbul  edilə  biləcək  hər  hansı  oxşar  nişanlardan istifadə 
edilməsinə görə-
 
fiziki  şəxslər  əlli  manatdan  yüz  manatadək məbləğdə,  vəzifəli  şəxslər  üç  yüz  əlli 
manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş 
yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 587.  Ərazi  quruluşu  və  inzibati  ərazi  bölgüsü  haqqında 
qanunvericiliyin pozulması 
  
Ərazi  vahidlərinin,  inzibati  ərazi  dairələrinin  və  sahə  inzibati  ərazi 
dairələrinin adlarının və sərhədlərinin özbaşına dəyişdirilməsinə və ya onların 
adlarının təhrif edilmiş formalarından istifadə edilməsinə görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz 
manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 588. Mülki silahın qeydiyyatı qaydalarının pozulması 
  
Mülki silahın qeydiyyatı qaydalarının pozulmasına görə- 
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 589. Xidməti silahın saxlanması, gəzdirilməsi və ya təyinatı üzrə 
istifadə edilməsi qaydalarının pozulması 
  
Xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək üçün 
gəzdirilməsi hüququ olan şəxslər tərəfindən xidməti silahın və ya onun döyüş 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
sursatının  saxlanması, gəzdirilməsi və  ya  təyinatı  üzrə  istifadə  edilməsi 
qaydalarının pozulmasına görə- 
əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 590.  Mülki  silahın  və  ya  döyüş  sursatının  saxlanılması, 
daşınması və ya satılması qaydalarının pozulması 
  
590.1. Müvafiq  icra  hakimiyyəti  orqanından xüsusi  icazə almış  şəxslər 
tərəfindən  mülki  silahın  və  ya onun  üçün döyüş  sursatının  saxlanılması, 
daşınması və ya satılması qaydalarının pozulmasına görə- 
silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş 
manatadək məbləğdə cərimə edilir.
 
590.2. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər 
tərəfindən  mülki  silahın  və  ya  onun  üçün  döyüş  sursatının  əldə  edilməsi, 
saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə- 
silah  və  döyüş  sursatı  müsadirə  edilməklə  səksən  manatdan  yüz  manatadək 
məbləğdə cərimə edilir.
 
 
 
Maddə 591.  Mülki  silahın  və  döyüş  sursatının  istehsalı,  gətirilməsi, 
aparılması,  idxalı,  ixracı,  kolleksiya  edilməsi,  sərgisinin  keçirilməsi, 
göndərilməsi,  istifadə  edilməsi,  götürülməsi  və  ya  məhv  edilməsi 
qaydalarının pozulması 
  
Mülki  silahın  istehsalının,  gətirilməsinin,  aparılmasının,  idxalının, 
ixracının,  kolleksiya  edilməsinin,  sərgisinin  keçirilməsinin,  göndərilməsinin, 
istifadə  edilməsinin,  götürülməsinin  və  ya  məhv  edilməsinin  qaydalarının 
pozulmasına görə- 
silah  müsadirə  edilməklə  və  ya  edilməməklə səksən  manatdan  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 592. Mülki silahın saxlanması üçün xüsusi icazə ləğv edildikdən 
sonra vətəndaşların onu satmaqdan boyun qaçırması 
  
Mülki  silahın  əldə  edilməsinə xüsusi  icazə və  ya  odlu  ov  və  ya  idman 
silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə