Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə93/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   90   91   92   93   94   95   96   97   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
562.3.  Üzrlü  səbəblər  olmadan  valideynlər  tərəfindən  doğumun  qeydə 
alınması  üçün  Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsində  müəyyən 
edilmiş müddətdə müraciət olunmamasına görə- 
xəbərdarlıq edilir və ya on manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 563.  Yaşayış  yeri  və  olduğu  yer  üzrə  qeydiyyat  haqqında 
qanunvericiliyin pozulması 
  
563.1. Vətəndaşın yaşayış  yeri  və  olduğu  yer  üzrə  qeydiyyatdan 
keçməməsinə,  yaxud  qeydiyyata  alma  və  qeydiyyatdan  çıxma  qaydalarına 
əməl etməməsinə görə- 
xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.
 
563.2.  Vəzifəli  şəxslər  tərəfindən  fiziki  şəxsləri  qeydiyyata  almaqdan 
əsassız  imtina  edilməsinə,  qeydiyyata  almaq  üçün  qanunvericilikdə  nəzərdə 
tutulmayan  sənədlər  tələb  edilməsinə,  habelə  qeydiyyata  almaqda 
süründürməçiliyə yol verilməsinə görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 564. Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma 
  
Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım 
və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə- 
yüz manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 565. Şəxsiyyət vəsiqəsi olmadan yaşama 
  
Vətəndaşın  bir  aydan  artıq  müddətdə  şəxsiyyət  vəsiqəsi  olmadan 
yaşamasına görə- 
xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.
 
  
Maddə 566.  Şəxsiyyət  vəsiqəsinin,  pasportun,  dənizçinin  şəxsiyyət 
sənədinin,  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 
Respublikasının  ərazisində  müvəqqəti  və  ya  daimi  yaşamaq  üçün 
sənədlərinin itirilməsi və ya qəsdən korlanması 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Şəxsiyyət  vəsiqəsinin, pasportun,  dənizçinin  şəxsiyyət  sənədinin, 
əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının 
ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsinə və 
ya qəsdən korlanmasına görə- 
otuz manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 567. Şəxsiyyət vəsiqəsinin, pasportun və ya dənizçinin şəxsiyyət 
sənədinin verilməsi qaydalarının pozulması, qanunsuz alınması və ya girov 
götürülməsi,  Azərbaycan  Respublikasına  qayıdış  şəhadətnaməsinin 
verilməsi (dəyişdirilməsi) qaydalarının pozulması 
  
567.1.  Vətəndaşlara  onların  şəxsiyyət  vəsiqələrinin  və  ya  pasportlarının 
verilməsindən  (dəyişdirilməsindən)  əsassız  imtina  edilməsinə,  verilməsi 
(dəyişdirilməsi)  üçün  qanunvericilikdə  nəzərdə  tutulmayan  əlavə  sənədlər 
tələb  edilməsinə  və  ya  onların  verilməsində  (dəyişdirilməsində),  habelə 
vətəndaşın  şəxsiyyət  vəsiqəsinin  elektron  daşıyıcısındakı  məlumatların 
dəyişdirilməsində süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və 
ya girov götürülməsinə görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
 
567.2. Azərbaycan 
Respublikasına 
qayıdış 
şəhadətnaməsinin 
verilməsindən 
əsassız 
imtina 
edilməsinə, 
verilməsi 
üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və 
ya onun verilməsində süründürməçiliyə yol verilməsinə görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
 
567.3. Dənizçinin 
şəxsiyyət 
sənədinin 
verilməsindən (dəyişdirilməsindən) əsassız 
imtina 
edilməsinə, 
verilməsi (dəyişdirilməsi) üçün 
dənizçidən qanunvericilikdə nəzərdə 
tutulmayan  əlavə  sənədlər  tələb  olunmasına  və  ya  şəxsiyyət  sənədinin 
verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz 
alınmasına  və  ya  girov  götürülməsinə,  habelə  onun  verilməsi  qaydalarının 
pozulmasına görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  568.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  viza  verilməsi, 
Azərbaycan Respublikasının ərazisində onların olduğu yer üzrə qeydiyyata alınması, 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
müvəqqəti olma müddətinin uzadılması, onlara müvəqqəti və ya daimi yaşamaq üçün 
icazənin və iş icazəsinin verilməsi (müddətinin uzadılması) qaydalarının pozulması
 
 
 
Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə viza  verilməsi,  Azərbaycan 
Respublikasının  ərazisində  onların  olduğu  yer  üzrə  qeydiyyata  alınması,  müvəqqəti 
olma müddətinin uzadılması, onlara müvəqqəti və ya daimi yaşamaq üçün icazənin və 
iş  icazəsinin  verilməsi  (müddətinin  uzadılması)  haqqında  müraciətə  baxılmasında 
süründürməçiliyə yol verilməsinə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində 
nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya müraciətə baxmaqdan əsassız 
imtina edilməsinə görə -
 
vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 569. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüquqlarının 
qanunsuz olaraq məhdudlaşdırılması 
  
Vətəndaşın  Azərbaycan  Respublikasından  getmək  və  Azərbaycan 
Respublikasına  gəlmək  hüququnun  qanunsuz  olaraq  məhdudlaşdırılmasına 
görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 570. Sərhədboyu rejiminin pozulması 
  
570.1.  Sərhədboyu  zonaya  daxilolma  və  ya  orada  yaşama  qaydalarının 
pozulmasına görə- 
fiziki  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar yüz  manatdan  yüz  əlli 
manatadək məbləğdə cərimə edilir.
 
570.2. Sərhədboyu  zolağa  icazəsiz  daxil  olmağa,  sərhədboyu zolaqda  və 
bilavasitə  dövlət  sərhədinin  yaxınlığında  icazə  olmadan  və  ya  belə  icazə 
olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin 
aparılmasına,  mal-qaranın  saxlanılmasına  və  otarılmasına,  kütləvi-ictimai 
tədbirlərin keçirilməsinə görə- 
fiziki  şəxslər iki  yüz  əlli  manatdan  üç  yüz  əlli  manatadək məbləğdə,  vəzifəli 
şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
 
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə