Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə97/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   90   91   92   93   94   95   96   97   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
şəhadətnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə, silah 
sahibinin bu silahı satmaqdan boyun qaçırmasına görə- 
silah  və  döyüş  sursatı  müsadirə  edilməklə səksən  manatdan  yüz 
manatadək məbləğdə cərimə edilir. 
  
Maddə 593. Möhürün (plombun) qəsdən zədələnməsi və ya qırılması 
  
Bu  Məcəllənin  297.1,  304.2,  317.2  və  491.3-cü  maddələrində  nəzərdə 
tutulmuş  hallar  istisna  edilməklə,  səlahiyyətli  vəzifəli  şəxs  tərəfindən 
vurulmuş möhürün (plombun) qəsdən zədələnməsinə və ya qırılmasına görə- 
otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 594. İnzibati icraat haqqında qanunvericiliyin pozulması 
  
594.0. İnzibati icraat haqqında qanunvericiliyin pozulmasına, yəni: 
594.0.1.  inzibati  orqan  tərəfindən  diskresion  səlahiyyətlərin  həyata 
keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız 
məhdudlaşdırılmasına  yönəldilmiş  qərarların  qəbul  olunmasına  və  ya 
qanunda  birbaşa  nəzərdə  tutulmadığı  hallarda  fiziki  və  ya  hüquqi  şəxslər 
tərəfindən  formal  tələblərə  əməl  olunmaması  və  ya  lazımi  qaydada  əməl 
olunmaması  əsas  hesab  edilərək,  müvafiq  qərarın  qəbulundan  imtina 
edilməsinə,  yaxud  fiziki  və  ya  hüquqi  şəxslər  tərəfindən  təqdim  olunmuş 
sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün 
olan səhvlərə görə həmin sənədlərin qəbulundan imtina edilməsinə
594.0.2.  inzibati  orqan  tərəfindən  fiziki və  ya  hüquqi  şəxsin  müraciətinə 
əsasən  ərizələrin  və  inzibati  icraatla  bağlı  digər  formulyarların  (blankların) 
nümunələrinin ona verilməməsinə
594.0.3.  inzibati  orqanın mənafeyini  təmsil  edən  vəzifəli  şəxsin “İnzibati 
icraat  haqqında” Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş 
hallarda  inzibati  icraatda  iştirakına  və  özü-özünə  etiraz  etməməsinə  və  ya 
həmin  qanuna  əsasən  iştirakına  yol  verilmədiyi  hallarda  ekspertin, 
mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına; 
594.0.4. inzibati orqan tərəfindən ərizənin qəbul edildiyi gündən ən geci 3 
gün  müddətində ərizənin  qeydiyyat  tarixi  və  nömrəsi  haqqında  ərizəçiyə 
arayışın  verilməməsinə  və  ya  göndərilməməsinə,  yaxud  qanunda  nəzərdə 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
tutulmuş hallarda təkrar ərizənin yoxlanılmamasına və ərizə ilə bağlı müvafiq 
qərarın  qəbul  edilməməsinə  və  ya  inzibati  icraatda  iştirak  edən  şəxslərin 
təqdim etdiyi və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və 
ya vəsatətlərinin işə aid olmaması və ya əsassız olması səbəbindən qəbulundan 
imtina  edilməsinə,  yaxud  maraqlı  şəxsdən  qanunvericilikdə  nəzərdə 
tutulduğundan əlavə hər hansı digər məlumatın tələb edilməsinə
594.0.5.  inzibati  aktın  qəbul  edilməsi,  inzibati  akta  edilən  düzəlişlər, 
inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən 
düşmüş hesab olunması barədə inzibati orqan tərəfindən maraqlı şəxslərə və 
ya onların nümayəndələrinə qanunda nəzərdə tutulmuş qaydada məlumatın 
verilməməsinə; 
594.0.6.  inzibati  orqan  tərəfindən  inzibati  icraatda  iştirak  edən  şəxslərin 
inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar edilməməsinə; 
594.0.7. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya onun 
qəbul  edilməsindən  imtina  olunması  haqqında  qərarın  qanunla  müəyyən 
edilmiş  müddət  ərzində  qəbul  olunmamasına  və  ya  inzibati  şikayətin  və 
icraatla  bağlı  materialların 3  gün  müddətində şikayət  instansiyasına 
göndərilməməsinə görə- 
vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 595. İnzibati prosessual qanunvericiliyin pozulması 
  
595.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində 
məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların, habelə zəruri məlumatların 
inzibati orqanlar tərəfindən təqdim edilməməsinə görə- 
vəzifəli şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
 
595.2. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında məhkəmə 
iclasının  qapalı  keçirildiyi  hallar  istisna  olmaqla,  hər  hansı  şəxsin  məhkəmə 
iclasına buraxılmamasına görə- 
vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə  596.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraat  zamanı  müddətlərin 
pozulması 
  
596.1. İnzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs 
tərəfindən bu Məcəllənin 52.2, 57.4, 83.2, 83.3, 91.0.4, 97, 101, 102.5, 103, 104.4, 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
104.7,  111.1,  117,  131,  136.2  və  150.4-cü  maddələrində  müəyyən  edilmiş 
müddətlərin pozulmasına görə- 
vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
 
596.2. 
Səlahiyyətli 
vəzifəli 
şəxsin 
bu 
Məcəllənin 104.1-ci 
maddəsinin 
müddəalarını pozmaqla inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 
qərar qəbul etməsinə görə -
 
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  597.  Qeyri-dövlət  (özəl)  mühafizə  fəaliyyəti  haqqında 
qanunvericiliyin pozulması 
  
597.0. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında  qanunvericiliyin 
pozulmasına, yəni: 
597.0.1.  özəl  mühafizə  müəssisəsinə  və  ya  hüquqi  şəxsin  mühafizə 
bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd barədə işəgötürən 
tərəfindən 3  gün  müddətində müvafiq  icra  hakimiyyəti  orqanına  məlumat 
verilməməsinə; 
597.0.2. mühafizəçi tərəfindən fiziki  qüvvə  və ya  xüsusi vasitənin  tətbiq 
edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına və 
prokurorluq orqanlarına məlumat verilməməsinə; 
597.0.3.  mühafizəçi  tərəfindən  xüsusi  vasitə  və  ya  mühafizəçi  vəsiqəsi 
itirildikdə  bu  barədə  dərhal  müvafiq  icra  hakimiyyəti  orqanına  məlumat 
verilməməsinə; 
597.0.4. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi 
tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələrin mühafizə olunan 
obyektin  hüdudlarından  kənara  çıxarılmasına  və  ya  istifadə  üçün  kənar 
şəxslərə verilməsinə; 
597.0.5.  mühafizəçinin  geyim  formasını  mühafizə  olunan  obyektin 
hüdudlarından kənarda daşınmasına; 
597.0.6. özəl mühafizə fəaliyyətini həyata keçirən şəxs tərəfindən mühafizə 
olunan  obyektlərdə  hüquqi  şəxsin  müvafiq  vəzifəli  şəxslərinin,  habelə 
mühafizə  olunan  obyektlərin  mülkiyyətçilərinin  və  ya  qanuni  sahiblərinin 
yazılı icazəsi olmadan video və audioyazı, foto və kino çəkilişinin aparılmasına 
görə- 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə