Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə90/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   86   87   88   89   90   91   92   93   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
 
Maddə  538.  Ölçmələrin  vəhdətinin  təmin  edilməsi  tələblərinin 
pozulması 
  
538.1. Ölçmələrin vəhdətinin  təmin  edilməsinin  dövlət  tənzimlənməsinə 
aid  olan  sahədə  ölçmələrin  tipi  təsdiq  edilməmiş  və  (və  ya)  yoxlamadan 
keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) 
ölçmələrin  attestasiya  edilməmiş  ölçmə  metodikaları  (metodları)  ilə  yerinə 
yetirilməsinə görə - 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi 
şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. 
538.2. Ölçmələrin vəhdətinin  təmin  edilməsinin  dövlət  tənzimlənməsinə 
aid olan sahədə istifadə üçün nəzərdə tutulan standart nümunənin və ya ölçmə 
vasitəsinin  tipi  təsdiq  olunmadan  və  (və  ya)  ölçmə  vasitəsinin  ilkin 
yoxlamadan keçmədən tədavülə buraxılmasına görə - 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi 
şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 
538.3.  Ölçmə  vasitələrinin  ölçmələrin  nəticələrinin  təhrif  olunmasına 
səbəb ola bilən icazəsiz sazlanmasına və (və ya) ölçmə vasitələrinə müdaxilə 
edilməsinə görə- 
vəzifəli  şəxslər  min  manatdan  iki  min  manatadək məbləğdə,  hüquqi 
şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. 
538.4. Ölçmələrin vəhdətinin  təmin  edilməsinin  dövlət  tənzimlənməsinə 
aid  olan  sahədə  ölçmənin  tələb  olunan  dəqiqliyini  təmin  etməyən  ölçmə 
vasitələrindən istifadə olunmasına görə - 
vəzifəli  şəxslər  min  manatdan  iki  min  manatadək məbləğdə,  hüquqi 
şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. 
  
Maddə 539. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini 
həyata  keçirən müvafiq  icra  hakimiyyəti  orqanının göstərişlərinin  yerinə 
yetirilməməsi 
  
539.1.  Əməyin  təhlükəsizliyi  tələblərinə  uyğun  gəlməyən  və  işçilərin 
sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal 
vasitələrinin istismarının dayandırılması barədə əmək qanunvericiliyinə əməl 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən qəbul edilmiş qərarın yerinə yetirilməməsinə görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
539.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata 
keçirən  müvafiq  icra  hakimiyyəti  orqanının  vəzifəli  şəxslərinin  iş  yerlərinə 
buraxılmamasına görə- 
vəzifəli  şəxslər  üç  min  beş  yüz  manatdan  beş  min  manatadək  məbləğdə  cərimə 
edilir.
 
  
Maddə  540.  Məşğulluğun  təmin  edilməsi  sahəsində  məlumatın, 
hesabatın verilməməsi 
  
540.1. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, işdən çıxarılacaq işçilər 
və ya boş iş yeri (vakansiya) barədə müəyyən olunmuş müddətlərdə müvafiq 
icra hakimiyyəti orqanına rəsmi məlumatın verilməməsinə görə- 
əlli manat məbləğində cərimə edilir.
 
540.2. Müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın göndərişi ilə işə 
qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və ya işdən çıxarılanlar haqqında 
müvafiq hesabatın təqdim edilməməsinə görə- 
altmış manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 541.  Ətraf  mühitin  mühafizəsinə  nəzarəti  həyata  keçirən 
müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi 
  
Ətraf  mühitin  mühafizəsini  həyata  keçirən müvafiq  icra  hakimiyyəti 
orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə- 
fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər 
üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 542. Qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra 
hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi 
  
Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf 
mühitə,  insanların  sağlamlığına  və  ya  əmlakına  təhlükə  törədən  qaz 
qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş 
müddətə  qaydaya  salınması  barədə  qaz  təchizatı  üzərində  nəzarəti  həyata 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
keçirən müvafiq 
icra 
hakimiyyəti 
orqanının qərarlarının 
yerinə 
yetirilməməsinə görə- 
fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli 
manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 543. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini 
həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  orqanının  qərarlarının  yerinə 
yetirilməməsi 
  
Mülkiyyətçi  və  ya  istismarçı  tərəfindən  hidrotexniki  qurğuların 
təhlükəsizliyinə  dövlət  nəzarətini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti 
orqanının  texniki  yoxlamanın  nəticələri  barədə  qərarlarının  yerinə 
yetirilməməsinə görə- 
vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 544.  İstehlakçıların  hüquqlarının  və  ya  ticarət  qaydalarının 
pozulmasının aradan qaldırılması haqqında tələblərin yerinə yetirilməməsi 
  
544.1.  İstehlakçıların  hüquqlarının  müdafiəsini  həyata  keçirən  müvafiq 
icra  hakimiyyəti  orqanının  vəzifəli  şəxsləri  tərəfindən  qanuna  uyğun 
yoxlamaların  və  digər  nəzarət  tədbirlərinin  keçirilməsinə  maneçilik 
törədilməsinə  və  ya  həmin  məqsədlə  səlahiyyətli  şəxslərin  yoxlama  yerinə 
buraxılmamasına,  yaxud  həmin  şəxslərin  qanuni  tələblərinin  yerinə 
yetirilməməsinə görə- 
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç 
min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
 
544.2.  İstehlakçıların  hüquqlarının  və  ya  ticarət  qaydalarının 
pozulmasının  aradan  qaldırılması  haqqında istehlakçıların  hüquqlarının 
müdafiəsini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  orqanının  vəzifəli 
şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə- 
dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 545.  Vergi  xidməti  sahəsində  müvafiq  icra  hakimiyyəti 
orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi 
  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə