Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə86/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   82   83   84   85   86   87   88   89   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
513.1.  Yığıncaqların,  mitinqlərin,  nümayişlərin,  küçə  yürüşlərinin  və 
piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” 
Azərbaycan  Respublikasının  Qanunu  ilə müəyyən  edilmiş  qaydasının 
toplantının təşkilatçısı tərəfindən pozulmasına görə - 
fiziki  şəxslər  min  beş  yüz  manatdan  üç  min  manatadək  məbləğdə  cərimə  edilir, 
yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki yüz saatdan 
iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur, 
vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş 
min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
 
513.2. 
“Sərbəst 
toplaşmaq 
azadlığı 
haqqında” 
Azərbaycan 
Respublikasının  Qanunu  ilə müəyyən  edilmiş  qaydada  təşkil  edilməyən 
yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə - 
üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına 
görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, yüz altmış saatdan iki yüz saatadək 
ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
 
Qeyd: Bu Məcəllənin 513.1 və 513.2-ci maddələrində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin 
əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə 
əsasən cinayət məsuliyyətinə səbəb olur.
 
  
Maddə  514.  Kütləvi  idman  tədbirlərinin  və  idman  yarışlarının 
keçirilməsinə mane olma 
  
514.0.  Kütləvi  idman  tədbirlərinin  və  idman  yarışlarının  keçirilməsinə 
mane olmağa, yəni: 
514.0.1.  bədən  tərbiyəsi-idman  obyektlərinin  ərazilərinə  və  tamaşaçılar 
üçün  nəzərdə  tutulmuş  yerlərə  “Bədən  tərbiyəsi  və  idman  haqqında” 
Azərbaycan  Respublikasının  Qanununa  görə  daxil  olmasına  yol  verilməyən 
şəxslərin buraxılmasına; 
514.0.2. bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar 
üçün  nəzərdə  tutulmuş  yerlərdə  “Bədən  tərbiyəsi  və  idman  haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilən əşyaların istifadəsinə, 
hərəkətlərin edilməsinə görə - 
fiziki  şəxslər  beş  yüz  manat məbləğində,  vəzifəli  şəxslər  iki  min 
manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 515.  Dini  qurumların  yaradılması  və  fəaliyyət  qaydasının 
pozulması 
  
515.0. Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, 
yəni: 
515.0.1.  dini  qurumların müvafiq  icra  hakimiyyəti  orqanında  dövlət 
qeydiyyatına alınmasından onun rəhbərlərinin boyun qaçırmasına; 
515.0.2. dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və 
keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına; 
515.0.3. ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər 
üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar 
olmayan  əmək,  ədəbiyyat  dərnəkləri  və  qrupları,  digər  dərnəklərin  və 
qrupların təşkilinə; 
515.0.4. dini  qurumun  qeydiyyatdan  keçdiyi  hüquqi  ünvandan  kənarda 
fəaliyyət göstərməsinə
515.0.5. dini  qurumun  öz  yaranma  məqsədlərinə  zidd  olan  fəaliyyəti 
həyata keçirməsinə görə - 
fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər 
yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 516. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması 
  
516.0. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına, yəni: 
516.0.1. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların 
dini  təhsil  müəssisələrində  təhsil  almaq  üçün  xaricə  göndərilməsinə,  din 
xadimlərinin mübadiləsinə; 
516.0.2.  “Dini  etiqad  azadlığı  haqqında” Azərbaycan  Respublikasının 
Qanunu  ilə müəyyən  edilmiş  qaydada  satışına  razılıq  verilmiş  dini  təyinatlı 
ədəbiyyatın  (kağız  və  ya  elektron  daşıyıcılarında),  audio  və  ya  video 
materialların,  mal  və  məmulatların,  yaxud  dini  məzmunlu  başqa  məlumat 
materiallarının  müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  ilə  yaradılan 
ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasına görə - 
inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar 
və  materiallar  müsadirə  edilməklə,  vətəndaşlar  iki  min  manatdan  iki  min  beş  yüz 
manatadək  məbləğdə,  vəzifəli  şəxslər  səkkiz  min  manatdan  doqquz  min  manatadək 
məbləğdə,  hüquqi  şəxslər  iyirmi  min  manatdan  iyirmi  beş  min  manatadək  məbləğdə 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz 
manatadək  məbləğdə  cərimə  edilməklə  Azərbaycan  Respublikasının  hüdudlarından 
kənara inzibati qaydada çıxarılır.
 
  
Maddə 517. Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması 
  
517.0. Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulmasına, yəni: 
517.0.1.  fövqəladə  vəziyyət  rejimi  tətbiq  edildiyi  əraziyə  gediş-gəlişin 
xüsusi  rejiminin  və  bu  ərazidə  hərəkət  sərbəstliyinin  məhdudlaşdırılmasının 
pozulmasına; 
517.0.2. yığıncaqlar, mitinqlər, küçə yürüşləri, piketlər, nümayişlər və ya 
digər  kütləvi  tədbirlər  keçirilməsinin, müəssisə  və  təşkilatların  fəaliyyətinin 
tətil  və  ya  başqa  üsullarla  dayandırılmasının qadağan  edilməsinin 
pozulmasına; 
517.0.3.  nəqliyyat  vasitələrinin  hərəkətinin  məhdudlaşdırılmasının 
pozulmasına və onların yoxlanmasına maneçilik törədilməsinə; 
517.0.4. xüsusi verilmiş icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər 
olmadan qadağan saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olmağın 
qadağan edilməsinin pozulmasına; 
517.0.5. mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının 
məhdudlaşdırılmasına,  səsucaldan  texniki  vasitələrin  və  surətçıxarma 
aparatlarının  müvəqqəti  alınmasına  maneçilik  törədilməsinə,  jurnalistlərin 
akkreditə olunmasının xüsusi qaydasının pozulmasına; 
517.0.6.  sənədlərin  yoxlanmasına,  müstəsna  hallarda  isə  fiziki  şəxslərdə 
silah  olması  barədə  məlumat  olduqda,  şəxsi  yoxlama  aparılmasına, şəxsi 
əşyaların,  nəqliyyat  vasitələrinin  və  mənzillərinin yoxlanmasına  maneçilik 
törədilməsinə; 
517.0.7. silah, zəhərləyici və ya partlayıcı maddələr, döyüş sursatı, xüsusi 
vasitələr, narkotik vasitələr, psixotrop maddələr və ya tərkibində güclü təsirə 
malik maddələr olan dərman preparatları, etil spirti, spirtli içkilər və tərkibində 
spirt  olan  məmulatların gəzdirilməsinin,  əldə  edilməsinin  və  satılmasının 
məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına; 
517.0.8.  fiziki  şəxslərdən  odlu  və  soyuq  silahın,  döyüş  sursatının, 
zəhərləyici  və  partlayıcı  maddələrin,  müəssisələrdən,  idarələrdən  və 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə