Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə85/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   81   82   83   84   85   86   87   88   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Gömrük  ödənişlərini  (borcunu)  ödəməkdən  yayınmağa  görə,  bu  az 
miqdarda olduqda - 
ödənilməli  olan  gömrük  ödənişlərinin  məbləğinin  yetmiş  faizindən  yüz 
əlli faizinədək məbləğdə cərimə edilir. 
Qeyd: Bu maddədə “az miqdarda olduqda” dedikdə, iki min manatadək olan məbləğ başa düşülür.
 
 
 
Maddə 506. Banklar və ya digər kredit təşkilatları tərəfindən müvafiq 
icra hakimiyyəti orqanının qərarlarının icra edilməməsi 
  
Banklar  və  ya  digər  kredit  təşkilatları  tərəfindən  gömrük  ödənişlərinin 
mübahisəsiz qaydada tutulması, gömrük ödənişlərinin ödəyicisinin hesabları 
üzrə  əməliyyatların  dayandırılması  haqqında  müvafiq  icra  hakimiyyəti 
orqanının vəsatətlərinin icra edilməməsinə və ya həmin vəsatətlərin icrasının 
əsassız olaraq gecikdirilməsinə görə - 
ödənilməmiş  gömrük  ödənişlərinin  məbləğinin  otuz  faizindən  yüz  faizinədək 
məbləğdə cərimə edilir.
 
 
 
Maddə  507. İdxal  olunması  üçün  lisenziya  tələb  olunan  malların  belə 
lisenziya olmadan idxalı 
  
İdxal  olunması  üçün  lisenziya  tələb  olunan  malların  belə  lisenziya 
olmadan idxalına görə - 
inzibati  xətanın  bilavasitə  obyekti  olan  mallar  müsadirə  edilir,  yaxud 
həmin  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  qırx  faizindən  yüz 
faizinədək məbləğdə cərimə edilir. 
  
Maddə 508. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) 
belə marka olmadan idxal edilməsi 
  
Aksiz  markası  ilə  markalanmalı  olan  məhsulların  (malların)  belə  marka 
olmadan az miqdarda idxal edilməsinə görə - 
aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər səksən 
manatdan  yüz  iyirmi  manatadək  məbləğdə,  vəzifəli  şəxslər  üç  yüz  manatdan  beş  yüz 
manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir.
 
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür.
 
 
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 509.  Gömrük  brokeri  (gömrük  təmsilçisi),  səlahiyyətli  iqtisadi 
operator  və  ya  gömrük  daşıyıcısı kimi  qanunsuz  fəaliyyət  göstərilməsi, 
yaxud bu cür fəaliyyət qaydalarının və şərtlərinin pozulması 
  
509.1.  Azərbaycan  Respublikası  gömrük  qanunvericiliyinin  tələbləri 
pozulmaqla gömrük brokeri (gömrük təmsilçisi), səlahiyyətli iqtisadi operator 
və ya gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsinə görə - 
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
 
509.2. Gömrük  brokerinin  (gömrük  təmsilçisinin),  səlahiyyətli  iqtisadi 
operatorun və ya gömrük daşıyıcısının qanunla mühafizə edilən sirlərdən və 
ya  məlumatlardan  öz  məqsədləri  üçün  istifadə  etmələrinə  və  ya  qanunla 
nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  üçüncü  şəxslərə  bu  cür  məlumatlar 
verməsinə,  yaxud  gömrük  brokeri  (təmsilçisi)  kimi  fəaliyyət  göstərilməsinin 
gömrük qanunvericiliyi ilə müəyyən edilmiş digər qaydalarının və şərtlərinin 
pozulmasına görə - 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min 
manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
FƏSİL 38 
  
İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan 
inzibati xətalar 
  
Maddə 510. Xırda xuliqanlıq 
  
Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində 
zor  tətbiq  olunması  ilə  və  ya  belə  zorun  tətbiq  edilməsi  hədəsi  ilə,  yaxud 
özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən 
hərəkətlərə görə - 
əlli  manatdan  yüz  manatadək məbləğdə  cərimə  edilir,  işin  hallarına  görə, 
pozuntunu  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  bu  tədbirlərin  tətbiqi  kifayət 
sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
 
 
 
Maddə 511. Avtoxuliqanlıq 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
511.1.  Avtoxuliqanlıq,  yəni  nəqliyyat  vasitəsinin  sürücüsü  tərəfindən 
ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə 
açıqca  hörmətsizlik  ifadə  edən,  yol  hərəkəti  qaydalarının  müxtəlif  üsullarla 
davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə - 
nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş 
yüz  manatdan  yeddi  yüz  əlli  manatadək  məbləğdə  cərimə  edilir  və  ya  nəqliyyat 
vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə 
inzibati həbs tətbiq olunur.
 
511.2.  Eyni  hərəkətlərin  inzibati  tənbeh  almış  şəxs  tərəfindən  inzibati 
tənbeh  vermə  haqqında  qərar  qüvvəyə  mindiyi  gündən  bir  il  ərzində  təkrar 
törədilməsinə görə- 
nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  iki  il  müddətinə  məhdudlaşdırılmaqla, 
yeddi  yüz  əlli  manatdan  min  manatadək  məbləğdə  cərimə  edilir  və  ya  nəqliyyat 
vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati 
həbs tətbiq olunur.
 
511.3. Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin 
aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı 
təşkil  edərək  yolda  müəyyən  edilmiş  hərəkət  sürəti  həddini  60  km/saatdan 
artıq aşmaqla törədilməsinə görə - 
nəqliyyat 
vasitəsini 
idarə 
etmək 
hüququ 
iki 
il 
müddətinə 
məhdudlaşdırılmaqla 
iki 
min 
manatdan 
dörd 
min 
manatadək məbləğdə cərimə  edilir  və  ya  nəqliyyat  vasitəsini  idarə  etmək 
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu 
törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati 
həbs tətbiq olunur. 
 
 
Maddə  512.  Yetkinlik  yaşına  çatmayanların  xırda  xuliqanlığına  görə 
valideynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti 
  
On dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların 
törətdikləri xırda xuliqanlığa görə - 
valideynlər 
və 
ya 
digər 
qanuni 
nümayəndələr altmış manatdan 
yüz 
manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 513. Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə