Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə81/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   77   78   79   80   81   82   83   84   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 479. 
Malların 
və 
nəqliyyat 
vasitələrinin 
Azərbaycan 
Respublikasının  gömrük  sərhədindən  gömrük  nəzarətindən  kənar 
keçirilməsi 
  
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük 
sərhədindən  gömrük  nəzarətindən  kənar  keçirilməsinə,  yəni  müvafiq  icra 
hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənar yerdən və ya gömrük 
rəsmiləşdirilməsi  icraatının  müəyyən  edilmiş  vaxtından  kənar  vaxtda 
keçirilməsinə görə, bu az miqdarda olduqda - 
inzibati  xətanın  bilavasitə  obyekti  olan  mallar  və  nəqliyyat  vasitələri  müsadirə 
edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış  faizindən yüz 
faizinədək məbləğdə cərimə edilir.
 
Qeyd: Bu  Məcəllənin  479  -  481,  482.1  və  482.2-ci  maddələrində  “az  miqdarda  olduqda”  dedikdə, 
dörd min manatadək olan məbləğ başa düşülür.
 
  
Maddə 
480. Malların 
və 
nəqliyyat 
vasitələrinin 
Azərbaycan 
Respublikasının  gömrük  sərhədindən  gömrük  nəzarətindən  gizlədilməklə 
keçirilməsi 
  
Malların və nəqliyyat vasitələrinin Azərbaycan  Respublikasının gömrük 
sərhədindən  gömrük  nəzarətindən  gizlədilməklə  keçirilməsinə,  yəni  gizli 
saxlanc  yerlərindən  və  ya  malların  aşkar  edilməsini  çətinləşdirən  digər 
üsullardan  istifadə  edilməklə,  yaxud  bir  qəbildən  olan  malların  digər  şəklə 
salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - 
inzibati  xətanın  bilavasitə  obyekti  olan  mallar  və  nəqliyyat  vasitələri 
müsadirə  edilir,  yaxud  həmin  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin 
altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 
  
Maddə 
481. Malların 
və 
nəqliyyat 
vasitələrinin 
Azərbaycan 
Respublikasının  gömrük  sərhədindən  sənədlərdən  və  ya  eyniləşdirmə 
vasitələrindən aldatma yolu ilə istifadə etməklə keçirilməsi 
  
Malların  və  nəqliyyat  vasitələrinin  sənədlərdən  və  ya  eyniləşdirmə 
vasitələrindən  aldatma  yolu  ilə  istifadə  etməklə gömrük  sərhədindən 
keçirilməsinə,  yəni  keçirilmə  zamanı  müvafiq  icra  hakimiyyəti  orqanına 
gömrük  məqsədləri  üçün  doğru  olmayan  məlumatları  əks  etdirən  sənədlər, 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
etibarsız  sənədlər,  yaxud  digər  mallara  və  nəqliyyat  vasitələrinə  aid  olan 
sənədlər  və  ya  eyniləşdirmə  vasitələri  təqdim  edilməsinə,  yaxud  saxta 
eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda 

inzibati  xətanın  bilavasitə  obyekti  olan  mallar  və  nəqliyyat  vasitələri 
müsadirə  edilir,  yaxud  həmin  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin 
altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 
 
 
Maddə 482. Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya 
düzgün bəyan edilməməsi 
  
482.1.  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən 
malların  və  ya  nəqliyyat  vasitələrinin  bəyan  edilməməsinə  görə,  bu  az 
miqdarda olduqda - 
inzibati  xətanın  bilavasitə  obyekti  olan  mallar  və  nəqliyyat  vasitələri 
müsadirə  edilir,  yaxud  həmin  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin 
altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 
482.2.  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən 
malların  və  nəqliyyat  vasitələrinin  düzgün  bəyan  edilməməsinə  görə,  yəni 
gömrük  bəyannaməsində,  təkrar  ixrac  bildirişində,  qısa  idxal  (ixrac) 
bəyannaməsində,  sadələşdirilmiş  bəyannamədə,  gömrük  rəsmiləşdirilməsinə 
dair  ərizədə  və  gömrük  orqanlarının  Azərbaycan  Respublikasının  Gömrük 
Məcəlləsinə  uyğun  olaraq  tələb  etdiyi  digər  sənədlərdə  və  məlumatlarda 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  malları  və 
nəqliyyat  vasitələrini  gömrük  ödənişlərindən,  habelə  qanunvericiliklə 
müəyyənləşdirilmiş  qadağan  və  məhdudiyyətlərdən  azad  etməyə,  yaxud 
gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat 
vasitələrinin  gömrük  proseduru, miqdarı,  sayı,  gömrük  dəyəri, mənşə ölkəsi 
barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az 
miqdarda olduqda - 
inzibati  xətanın  bilavasitə  obyekti  olan  mallar  və  nəqliyyat  vasitələrinin 
dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 
482.3. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük 
sərhədindən  keçirilərkən  onların  tələb  olunan  xüsusi  gömrük  proseduru 
altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir 
etməyən düzgün olmayan məlumatların verilməsinə görə - 
fiziki  şəxslər  üç  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  altı  yüz  manat 
məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. 
  
Maddə 483. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması 
  
Xarici  iqtisadi  fəaliyyətin  həyata  keçirilməsi  nəticəsində  əldə  edilmiş  və 
Azərbaycan 
Respublikasının 
müvəkkil 
olunmuş 
banklarının 
hesablarına məcburi  qaydada köçürülməli  olan  az  miqdarda  xarici  valyuta 
vəsaitlərinin xaricdən qaytarılmamasına görə - 
inzibati  xətanın  bilavasitə  obyekti  olan xarici  valyutanın dəyərinin  otuz 
faizindən əlli faizinədək məbləğdə cərimə edilir. 
Qeyd: Bu  Məcəllənin  483-cü  maddəsində  “az  miqdarda”  dedikdə,  iyirmi  min  manatadək  olan 
məbləğ başa düşülür.
 
  
Maddə 484. Gömrük nəzarəti zonası rejiminin pozulması 
  
Müvafiq  icra  hakimiyyəti  orqanının  icazəsi  olmadan  gömrük  nəzarəti 
zonasının sərhədlərindən keçməyə və ya onun hüdudlarında hərəkət etməyə, 
istehsal  və  digər  kommersiya  fəaliyyəti  ilə  məşğul  olmağa,  yaxud  gömrük 
nəzarəti zonası rejimini başqa şəkildə pozmağa görə - 
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz əlli manat məbləğində
hüquqi şəxslər beş yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə 485. Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən 
müvafiq  icra  hakimiyyəti  orqanına  məlumatın  verilməməsi  və  ya  təhrif 
olunmuş məlumatın verilməsi 
  
Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsi  ilə  müəyyən  edilmiş 
hallarda,  mallar  və  nəqliyyat  vasitələri  Azərbaycan  Respublikasının  gömrük 
ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə 
barədə  və  ya  gömrük  ərazisindən  aparılarkən  malların  və  nəqliyyat 
vasitələrinin  aparılması  barədə  müvafiq  icra  hakimiyyəti  orqanına 
məlumatların  verilməməsinə  və  ya  təhrif  olunmuş  məlumatın  verilməsinə, 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə