Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə84/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   80   81   82   83   84   85   86   87   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki  şəxslər əlli  manatdan  yüz  manatadək məbləğdə,  vəzifəli  şəxslər yüz  əlli 
manatdan  iki  yüz  əlli  manatadək məbləğdə,  hüquqi  şəxslər üç  yüz  manatdan  beş  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 
499. Malların 
və 
nəqliyyat 
vasitələrinin 
Azərbaycan 
Respublikasının  gömrük  ərazisindən  kənara  aparılmaması,  yaxud  həmin 
əraziyə qaytarılmaması 
  
499.1. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması 
və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və 
ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər 
pozulmaqla  Azərbaycan  Respublikasının  gömrük  ərazisindən  kənara 
aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: 
499.1.1.  on  beş  günədək  müddətə  gecikdirilməklə  Azərbaycan 
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına 
görə - 
fiziki  şəxslər  yüz  əlli  manat  məbləğində,  vəzifəli  şəxslər  üç  yüz  manat 
məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir; 
499.1.2. on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan 
Respublikasının  gömrük  ərazisindən  kənara  aparılmasına  və  ya  bu  əraziyə 
qaytarılmasına görə - 
fiziki  şəxslər  üç  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  altı  yüz  manat 
məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir
499.1.3.  bir  aydan  üç  ayadək  müddətə  gecikdirilməklə  Azərbaycan 
Respublikasının  gömrük  ərazisindən  kənara  aparılmasına  və  ya  bu  əraziyə 
qaytarılmasına görə - 
fiziki  şəxslər  beş  yüz  manatdan  yeddi  yüz  əlli  manatadək  məbləğdə, 
vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi 
şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir
499.1.4.  üç  aydan  bir  ilədək  müddətə  gecikdirilməklə  Azərbaycan 
Respublikasının  gömrük  ərazisindən  kənara  aparılmasına  və  ya  bu  əraziyə 
qaytarılmasına görə - 
inzibati  xətanın  bilavasitə  obyekti  olan  mallar  və  (və  ya)  nəqliyyat 
vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
499.1.5.  bir  ildən  artıq  müddətə  gecikdirilməklə  Azərbaycan 
Respublikasının  gömrük  ərazisindən  kənara  aparılmasına  və  ya  bu  əraziyə 
qaytarılmasına görə - 
inzibati  xətanın  bilavasitə  obyekti  olan  mallar  və  (və  ya)  nəqliyyat 
vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. 
499.2. Aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və 
ya  aparılmış  mallar  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının 
gömrük 
ərazisindən 
kənara 
aparılmamasına 
və 
ya 
bu 
əraziyə 
qaytarılmamasına görə - 
inzibati  xətanın  bilavasitə  obyekti  olan  mallar  və  ya  nəqliyyat  vasitələri 
müsadirə  edilir,  yaxud  həmin  mallar  və  ya  nəqliyyat  vasitələrinin  dəyərinin 
yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 
  
Maddə 500. Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti 
gətirilmiş nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatların aparılması 
  
Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  müvəqqəti  gətirilmiş 
nəqliyyat 
vasitələrinin 
gömrük 
ərazisinə 
müvəqqəti 
gətirilməsinin 
məqsədlərinə  uyğun  olmayan  ölkədaxili  sərnişin  və  ya  yük  daşımalarında 
digər şəxslər tərəfindən istismar olunmasına görə - 
yüz əlli manat məbləğində cərimə edilir.
 
  
Maddə 501. Malların məhvi qaydasının pozulması 
  
Malların  məhvi  qaydasının  pozulmasına,  yəni  malların  məhvi  və  ya 
onların məhvi nəticəsində yaranmış tullantıların və qalıqların müvafiq gömrük 
proseduru  altında  yerləşdirilməsi  və  ya  zərərsizləşdirilməsi  üçün 
qanunvericiliklə  müəyyən  olunmuş  tələblərə  və  şərtlərə  əməl  edilməməsinə 
görə- 
fiziki  şəxslər əlli  manatdan  yüz  manatadək məbləğdə,  vəzifəli  şəxslər yüz  əlli 
manatdan  iki  yüz  əlli  manatadək məbləğdə,  hüquqi  şəxslər üç  yüz  manatdan  beş  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 502. 
Mallar 
və 
ya 
nəqliyyat 
vasitələri 
Azərbaycan 
Respublikasının  gömrük  sərhədindən  keçirilərkən  ticarət  siyasəti 
tədbirlərinin və digər məhdudiyyətlərin tətbiqi qaydasına əməl edilməməsi 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
Barəsində  qanunvericiliklə  müəyyən  edilən ticarət  siyasəti tədbirləri  və 
digər  məhdudiyyətlər  tətbiq  edilən  malların  və  ya  nəqliyyat  vasitələrinin, 
həmin  tədbirlərin  və  məhdudiyyətlərin  müəyyən  olunmuş  tətbiqi  qaydası 
pozulmaqla, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə 
görə - 
inzibati  xətanın  bilavasitə  obyekti  olan  mallar  və  nəqliyyat  vasitələri  müsadirə 
edilir,  yaxud  həmin  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  otuz  faizindən  yüz 
faizinədək məbləğdə cərimə edilir.
 
  
Maddə 503. Malların Azərbaycan Respublikasının gömrük sərhədindən 
istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi 
keçirilməsi 
  
İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların 
Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya 
məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - 
inzibati  xətanın  bilavasitə  obyekti  olan  mallar  və  nəqliyyat  vasitələri  müsadirə 
edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  504. Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gömrük 
qaydaları pozulmaqla gətirilmiş malların və ya nəqliyyat vasitələrinin digər 
şəxslər  tərəfindən  əldə  edilməsi,  daşınması,  saxlanması,  onlardan  istifadə 
edilməsi və onlar üzərində sərəncam verilməsi 
  
Malların  və  ya  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının 
gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin 
malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, 
onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə - 
inzibati  xətanın  bilavasitə  obyekti  olan  mallar  və  nəqliyyat  vasitələri  müsadirə 
edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən 
faizinədək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 505.  Gömrük  ödənişlərinin  (borcunun)  ödənilməsindən 
yayınma 
  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə