Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə92/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   88   89   90   91   92   93   94   95   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
555.1.  İstehsalatda  baş  verən  bədbəxt  hadisələrin araşdırılması üçün 
hadisə  baş  verən  gün  işəgötürən  tərəfindən  əmək  qanunvericiliyinə  əməl 
olunmasına  dövlət  nəzarətini  həyata  keçirən müvafiq  icra  hakimiyyəti 
orqanına bu barədə məlumatın verilməməsinə görə- 
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
555.2.  Bədbəxt  hadisənin araşdırılması başa  çatdıqdan  sonra  işəgötürən 
tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
555.3.  Bədbəxt  hadisənin  baş  vermə  faktının  işəgötürən  tərəfindən 
gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən 
boyun qaçırılmasına görə- 
min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 556.  Müvafiq  obyektlərin  layihələşdirilməsi,  tikintisi  və 
istismarı zamanı əməyin mühafizəsi tələblərinin pozulması 
  
556.1. Əməyin qüvvədə olan mühafizəsi standartlarının, qaydalarının və 
normalarının, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat 
binalarının  və  qurğularının  layihələşdirilməsinə,  tikintisinə  və  yenidən 
qurulmasına  və  ya  istehsalat  vasitələrinin  hazırlanmasına,  buraxılmasına, 
texnologiyaların tətbiqinə yol verilməsinə görə- 
vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər 
iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
556.2.  İnsanın  sağlamlığına  olan  təsirini  müəyyənləşdirmək  məqsədi  ilə 
texnoloji,  yanğın-texniki,  sanitariya-gigiyena,  tibbi  bioloji  ekspertizadan  və 
digər  nəzarət  növlərindən  keçirilməmiş  zərərli  maddələrin,  xammalın, 
materialların tətbiqinə görə- 
vəzifəli  şəxslər  min  beş  yüz  manatdan  iki  min  beş  yüz  manatadək  məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
 
556.3.  Hər  hansı  yeni  və  ya  yenidən  qurulmuş  müəssisənin,  obyektin, 
istehsal vasitəsinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini 
həyata  keçirən müvafiq  icra  hakimiyyəti  orqanı tərəfindən  verilən  sertifikat-
pasportu olmadan istismara buraxılmasına görə- 
vəzifəli  şəxslər  min  beş  yüz  manatdan  iki  min  beş  yüz  manatadək  məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
Maddə  557.  Dövlət  əmlakı  və  ondan  istifadə  barədə  məlumatın, 
hesabatın verilməməsi 
  
557.1.  Azərbaycan  Respublikasında  dövlət  əmlakının  registrinə  daxil 
edilməli olan məlumatlarla bağlı sənədlərin qanunvericiliklə müəyyən edilmiş 
müddətdə  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  edilməməsinə  və  ya 
təhrif olunmuş məlumatın verilməsinə görə - 
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
 
557.2.  Dövlət  müəssisələrində  dövlət  əmlakının  qorunub  saxlanılmasına 
və ondan öz təyinatı üzrə səmərəli istifadə olunmasına dövlət nəzarətini həyata 
keçirən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə dövlət 
müəssisəsi  və  ya  dövlət  orqanının  xüsusi  hesabatının  təqdim  edilməməsinə 
görə - 
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 
558. 
Daşınmaz 
əmlakın 
dövlət 
reyestri 
haqqında 
qanunvericiliyin pozulması 
  
558.1.  Daşınmaz  əmlaka  olan  hüquqların  dövlət  qeydiyyatı  üçün 
daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilmiş şübhə doğuran sənədlərə 
dair daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının digər dövlət 
orqanlarına ünvanlanan sorğularına vaxtında cavab verilməməsinə görə- 
vəzifəli şəxslər xəbərdarlıq edilir və ya iki yüz əlli manatdan dörd yüz manatadək 
məbləğdə cərimə edilir.
 
558.2. Daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti 
orqanının  vəzifəli  şəxsləri  tərəfindən  daşınmaz  əmlak  barədə  texniki 
məlumatın dəqiq və vaxtında təqdim edilməməsinə görə- 
xəbərdarlıq edilir və ya üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir.
 
558.3.  Daşınmaz  əmlakın  dövlət  reyestrini  aparan  dövlət  orqanının 
vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiq 
və  vaxtında  aparılmamasına,  yaxud  daşınmaz  əmlakın  dövlət  reyestrindən 
verilən  məlumatın  tam  və  düzgün  olmamasına  və  ya  bu  məlumatın 
verilməməsinə görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
 
Maddə 559. İpoteka haqqında qanunvericiliyin pozulması 
  
İpotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri tərəfindən 
qeydiyyat qaydalarını pozmaqla və ya ipoteka kağızının dublikatında ipoteka 
kağızı ilə uyğunsuzluğa yol verməklə maraqlı şəxsə zərər vurulmasına görə - 
beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  560.  Dövlət  əmlakının  icarəyə  və  istifadəyə  verilməsi 
qaydalarının pozulması 
  
Dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla 
icarəyə və ya istifadəyə verilməsinə görə - 
vəzifəli  şəxslər  üç  min  beş  yüz  manatdan  beş  min  manatadək  məbləğdə  cərimə 
edilir.
 
 
 
Maddə 561. Obyektlərin (əsas vəsaitlərin) balansdan balansa verilməsi 
və silinməsi qaydalarının pozulması 
  
Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dövlət müəssisə və 
təşkilatlarına  məxsus  obyektlərin  (əsas  vəsaitlərin)  balansdan  balansa 
verilməsinə və həmin orqanın rəyi olmadan silinməsinə görə- 
vəzifəli  şəxslər  üç  min  beş  yüz  manatdan  beş  min  manatadək  məbləğdə  cərimə 
edilir.
 
 
 
Maddə 562. Doğumun qeydə alınması qaydasının pozulması 
  
562.1.  Tibb  müəssisəsi  tərəfindən  doğum  haqqında  məlumatın  müvafiq 
icra  hakimiyyəti  orqanına  dərhal  ötürülməməsinə  və  ya  düzgün  olmayan 
məlumatın ötürülməsinə görə - 
vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
 
562.2.  Doğum  haqqında  məlumatın  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən  müvafiq  informasiya  sisteminə  ötürülməməsinə  və  ya  düzgün 
olmayan məlumatın ötürülməsinə görə- 
vəzifəli  şəxslər  yüz  əlli  manatdan  üç  yüz  manatadək  məbləğdə  cərimə 
edilir. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə