Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə91/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   87   88   89   90   91   92   93   94   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Vergi  xidməti  sahəsində müvafiq  icra  hakimiyyəti  orqanının vəzifəli 
şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə görə- 
fiziki  şəxslər əlli  manatdan  yüz  manatadək  məbləğdə,  vəzifəli  şəxslər üç  yüz  əlli 
manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 546. 
Gömrük 
işi 
sahəsində müvafiq 
icra 
hakimiyyəti 
orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi 
  
Gömrük  işi  sahəsində müvafiq  icra  hakimiyyəti  orqanının vəzifəli 
şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə görə- 
fiziki  şəxslər əlli  manatdan  yüz  manatadək  məbləğdə,  vəzifəli  şəxslər üç  yüz  əlli 
manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  547.  Azərbaycan  Respublikası  Hesablama  Palatası  sədrinin 
müvafiq təqdimatlarının icra edilməməsi 
  
Azərbaycan  Respublikası  Hesablama  Palatası  sədrinin  qərarı  ilə  dövlət 
orqanı,  idarə,  təşkilat  və  müəssisənin  xəzinə  və  bank  hesabları  üzrə 
əməliyyatlarının  dayandırılması  barədə  təqdimatının  xəzinə  orqanları  və 
müvəkkil banklar tərəfindən icra edilməməsinə görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 548. 
Qiymətli 
kağızlar 
bazarında 
nəzarəti 
həyata 
keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma 
  
548.1.  Qiymətli  kağızlar  bazarında  nəzarəti  həyata  keçirən müvafiq  icra 
hakimiyyəti 
orqanı tərəfindən 
yoxlamaların 
keçirilməsinə 
maneçilik 
törədilməsinə  və  ya  yoxlayıcıların  yoxlama  yerinə  buraxılmamasına,  yaxud 
həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və 
ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə görə- 
vəzifəli  şəxslər səkkiz  yüz  manatdan  doqquz  yüz  manatadək məbləğdə,  hüquqi 
şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
 
548.2.  Qiymətli  kağızlar  bazarında  nəzarəti  həyata  keçirən müvafiq  icra 
hakimiyyəti  orqanının fəaliyyətinin  həyata  keçirilməsi  üçün  zəruri  olan 
məlumatların 
həmin 
orqanın 
tələbi 
ilə 
qiymətli 
kağızlar 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
bazarınıniştirakçıları tərəfindən  təqdim  edilməməsinə  və  ya  təhrif  olunmuş 
məlumatın verilməsinə görə- 
vəzifəli  şəxslər beş  yüz  manatdan  altı  yüz  manatadək məbləğdə,  hüquqi 
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 549. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən 
orqanın fəaliyyətinə mane olma 
  
549.1.  Bələdiyyələrin  fəaliyyətinə  inzibati  nəzarəti  həyata  keçirən  orqan 
tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
549.2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana 
mütləq  təqdim  olunmalı  bələdiyyə  aktlarının  surətlərinin  vaxtında  təqdim 
edilməməsinə görə- 
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  550.  Feldyeger  rabitəsini  həyata  keçirən  müvafiq  icra 
hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane 
olma 
  
Feldyeger  rabitəsini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  orqanı 
əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane olmağa görə - 
xəbərdarlıq  edilir  və  ya  iki  yüz  manatdan  üç  yüz  manatadək  məbləğdə 
cərimə edilir. 
  
Maddə 551. İxrac nəzarətini həyata keçirən orqanların fəaliyyətinə mane 
olma 
  
551.1.  İxrac  nəzarətinə  düşən  mallar  (işlər,  xidmətlər,  əqli  fəaliyyətin 
nəticələri)  üzrə  xarici  iqtisadi  əlaqələrin  həyata  keçirilməsinə  xüsusi  icazə 
verilməsindən  əvvəl  və  ya  sonra  yoxlamaların  keçirilməsinə  maneçilik 
törədilməsinə, yaxud yoxlayıcıların yoxlama yerinə buraxılmamasına görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər 
üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
551.2.  İxrac  nəzarəti  məsələlərinə  aid  sənəd  və  məlumatların  ixrac 
nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan orqanlara verilməməsinə 
görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər 
üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 
  
Maddə 552. Avtomobil nəqliyyatı sahəsində müvafiq icra hakimiyyəti 
orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma 
  
Avtomobil  nəqliyyatı  ilə  sərnişin  və  yük  daşımalarını  yerinə  yetirən 
şəxslər  tərəfindən  müvafiq  icra  hakimiyyəti  orqanının  əməkdaşının  xidməti 
vəzifəsinin  yerinə  yetirilməsinə  mane  olmağa,  o  cümlədən  qanunvericiliklə 
müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə- 
əlli manat məbləğində cərimə edilir.
 
 
 
Maddə  553.  Torpaqların  dövlət  ehtiyacları  üçün  alınması  səlahiyyəti 
verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olma 
  
“Torpaqların  dövlət  ehtiyacları  üçün  alınması  haqqında”  Azərbaycan 
Respublikasının Qanununa müvafiq olaraq alınan torpağa daxil olmaq və ya 
onun  üzərində  sahibliyin  əldə  olunması  ilə  bağlı  digər  hərəkətləri  həyata 
keçirmək  səlahiyyəti  verilmiş  hər  hansı  şəxsin  səlahiyyətlərinin  həyata 
keçirilməsinə mane olmağa görə- 
fiziki  şəxslər  əlli  manat  məbləğində,  vəzifəli  şəxslər  üç  yüz  manat  məbləğində 
cərimə edilir.
 
 
 
Maddə  554.  Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə 
müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətinə mane olma 
  
Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə  müvəkkilinin 
(ombudsmanın)  qanuni  fəaliyyətini  məhdudlaşdırma  və  ya  fəaliyyətinə 
müdaxilə etməyə görə- 
üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 555. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və 
uçota alınması qaydalarının pozulması 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə