Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə71/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   67   68   69   70   71   72   73   74   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki  şəxslər  iki  yüz  manatdan  üç  yüz  manatadək  məbləğdə,  vəzifəli 
şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. 
  
Maddə 400. Ailə kəndli təsərrüfatının uçota durmaması 
  
Ailə  kəndli  təsərrüfatının  üzvləri  tərəfindən  bu  təsərrüfatın  müvafiq 
bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə - 
otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 401. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının 
təşkili və ya keçirilməsi 
  
401.1.  Lotereyaların  (stimullaşdırıcı  lotereyalar  istisna  olmaqla)  buna 
hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
401.2.  Qanunla  müəyyən  edilmiş  qaydada  akkreditasiya  olunmadan 
idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 402. Yalançı sahibkarlıq 
  
Yalançı  sahibkarlıq,  yəni  kredit  almaq,  rüsumlardan  azad  olmaq  və  ya 
digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək 
məqsədi ilə sahibkarlıq fəaliyyəti həyata keçirmək niyyəti olmadan müəssisə 
və digər hüquqi şəxsin yaradılmasına görə- 
inzibati  xəta  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki 
mislindən dörd mislinədək miqdarda cərimə edilir. 
 
 
Maddə  403.  Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  zamanı  yanlış 
məlumatların verilməsi 
  
Hüquqi  şəxs  statusu  almaq  istəyən  qurumun,  xarici  hüquqi  şəxsin 
nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan 
Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin 
və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də 
təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
sonrakı  dəyişikliyinin  dövlət  qeydiyyatına  alınması  zamanı  müvafiq  icra 
hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə - 
fiziki  şəxslər  yeddi  yüz  manat  məbləğində,  hüquqi  şəxslər  dörd  min  manat 
məbləğində cərimə edilir.
 
 
 
Maddə 404. Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün 
kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını 
təsdiq edən rəsmi bəyanatın qəbul edilməsi 
  
Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün kreditorlarının 
tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi 
bəyanatın qəbul edilməsinə görə- 
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 405. Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların 
verilməməsi 
  
Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan 
Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş 
dəyişikliklərin  və  bu  qurumlara  dair  qeydə  alınmış  faktların  sonrakı 
dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı 
və  dövlət  reyestri  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə 
müəyyən  edilmiş  müddətdə  və  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanına 
müraciət olunmamasına görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min 
beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 406. Saxta müflisləşmə 
  
Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və 
ya  fərdi  sahibkar  tərəfindən  kreditorlara  olan  borcun  ödənilməsini  təxirə 
salmaq  və  ya  möhlət  almaq  və  ya  borcun  azaldılmasına  nail  olmaq,  yaxud 
borcu  ödəməkdən  yayınmaq  üçün  kreditorları  aldatmaq  məqsədi  ilə  özünü 
bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min 
manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
 
Maddə 407. Qəsdən müflisləşmə 
  
Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi 
və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər şəxslərin mənafeyi naminə 
qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılmasına və ya artırılmasına görə- 
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər on 
iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 408. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi 
  
Borclu  təşkilatın  rəhbəri,  mülkiyyətçisi  və  ya  fərdi  sahibkar  tərəfindən 
müflisləşmə  zamanı  və  ya  müflisləşmə  güman  edilən  zaman  əmlakın  və  ya 
əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu 
yerin  və  ya  əmlak  haqqında  digər  məlumatların  gizlədilməsinə,  əmlakın 
başqalarının  sahibliyinə  verilməsinə,  əmlakın  özgəninkiləşdirilməsinə  və  ya 
məhv edilməsinə, yaxud iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər 
hesabat sənədlərinin gizlədilməsinə, məhv edilməsinə görə- 
inzibati  xəta  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki 
mislindən dörd mislinədək miqdarda cərimə edilir. 
 
 
Maddə 409. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə 
istifadə edilməməsi 
  
Təşkilatın  rəhbəri  və  ya fərdi  sahibkar tərəfindən  təşkilatın, yaxud fərdi 
sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar 
verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin 
alınmasına, yaxud ondan təyinatı üzrə istifadə edilməməsinə görə- 
inzibati  xəta  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki 
mislindən dörd mislinədək miqdarda cərimə edilir. 
 
 
Maddə  410.  Dövlət  büdcəsindən  maliyyələşdirilən  təşkilatların 
maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması 
  
410.1.  Dövlət  büdcəsindən  maliyyələşdirilən  təşkilatların  maliyyə-
təsərrüfat  fəaliyyətində  maliyyə  qaydalarının  pozulması,  o  cümlədən  dövlət 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə