Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə67/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   63   64   65   66   67   68   69   70   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abonentin identifikasiya 
modulunun  (sim  kartlar  və  ya  digər  kartlar)  və  ya  mobil  telefon  aparatının 
başqa şəxslərə kirayəyə verilməsinə görə - 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan 
iki  min  manatadək,  hüquqi  şəxslər  üç  min  manatdan  beş  min  manatadək  məbləğdə 
cərimə edilir.
 
 
 
Maddə 369. İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara 
səhifəsində olan mobil cihazlara xidmət göstərilməsi 
  
369.1.  Mobil  operator  tərəfindən  İMEİ  nömrələri  mobil  cihazların 
qeydiyyat  sisteminin  qara  səhifəsində  olan  mobil  cihazlara  (İMEİ  nömrələri 
uyğunlaşdırılmış  ağ  səhifədə  olan  mobil  cihazlar  istisna  olmaqla) 
telekommunikasiya xidmətlərinin göstərilməsinə görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz 
min manatdan on min manatadək məbləğdə cərimə edilir.
 
369.2.  Bu  Məcəllənin  369.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın 
inzibati  tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh  vermə  haqqında  qərar 
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- 
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər 
on altı min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  370.  Telekommunikasiya  şəbəkələrinin  mobil  cihazların 
qeydiyyat  sisteminə  qoşulmasının  və  (və  ya)  uyğunlaşdırılmasının 
(uzlaşdırılmasının) təmin edilməməsi 
  
Mobil  operator  tərəfindən  telekommunikasiya  şəbəkəsinin  mobil 
cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının 
(uzlaşdırılmasının) təmin edilməməsinə görə - 
vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər 
iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
 
  
FƏSİL 32 
  
İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları 
əleyhinə olan inzibati xətalar 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
Maddə  371.  İnformasiya  ehtiyatlarından  istifadə  qaydalarının 
pozulması 
  
İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına görə- 
fiziki  şəxslər əlli  manatdan  səksən  manatadək məbləğdə,  vəzifəli  şəxslər üç  yüz 
manatdan  beş  yüz  manatadək məbləğdə,  hüquqi  şəxslər min  manatdan  min  beş  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 372. Ətraf mühitə dair informasiyanın verilməsinin qanunazidd 
məhdudlaşdırılması 
  
Ətraf 
mühitə 
dair 
informasiyanın 
verilməsinin 
qanunazidd 
məhdudlaşdırılmasına görə- 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  373.  Məxfiləşdirilmiş  məlumatların  məxfiliyinin  açılması  haqqında 
sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması
 
  
Azərbaycan  Respublikası  vətəndaşlarının,  müəssisələrinin,  idarələrinin, 
təşkilatlarının 
və 
dövlət 
hakimiyyəti 
orqanlarının 
məxfiləşdirilmiş 
məlumatların  məxfiliyinin  açılması  haqqında  sorğularına  mahiyyəti  üzrə 
baxmaqdan boyun qaçırılmasına görə - 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  374.  İnformasiya  əldə  etmək  haqqında  qanunvericiliyin 
pozulması 
  
374.1.  İnformasiya  sahibi  tərəfindən  açıq  informasiyanı  əldə  etmək 
hüququnun  məhdudlaşdırılması  və  ya  sorğuçuya  bilərəkdən  yanlış 
informasiya verilməsinə görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz 
manatdan  yeddi  yüz  manatadək məbləğdə,  hüquqi  şəxslər min  beş  yüz  manatdan  iki 
min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
374.2.  İnformasiyanın  əldə  edilməsi  haqqında  yazılı  sorğunun  qəbul 
edilməsindən imtina olunmasına görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki  şəxslər səksən  manatdan  yüz  manatadək məbləğdə,  vəzifəli  şəxslər üç  yüz 
manatdan  beş  yüz  manatadək məbləğdə,  hüquqi  şəxslər min  manatdan  min  beş  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
374.3. 
İnformasiya 
sahibi 
tərəfindən 
malik 
olduğu 
sənədlərin “İnformasiya  əldə  etmək  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu  ilə müəyyən  olunmuş  saxlanma,  komplektləşdirilmə  və  mühafizə 
qaydalarının pozulmasına görə- 
fiziki  şəxslər səksən  manatdan  yüz  manatadək məbləğdə,  vəzifəli  şəxslər üç  yüz 
manatdan  beş  yüz  manatadək məbləğdə,  hüquqi  şəxslər min  manatdan  min  beş  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
374.4. Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, 
yaxud  qulluq mövqeyindən  istifadə  etməklə  şəxsi  məqsəd  üçün  informasiya 
əldə  edilməsinə  və  ya  qulluq  vəzifəsini  yerinə  yetirərkən  əldə  etdiyi 
informasiyadan digər məqsədlər üçün istifadə edilməsinə görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 375. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması 
  
375.0. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni: 
375.0.1. “Fərdi  məlumatlar  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu  ilə dövlət  qeydiyyatı  tələb  olunan,  lakin  dövlət  qeydiyyatından 
keçməyən  informasiya  sistemində  fərdi  məlumatların  toplanılmasına  və  ya 
işlənilməsinə; 
375.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi 
məlumatların  mühafizəsinin  təmin  olunmamasına, “Fərdi  məlumatlar 
haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə tələb  olunduğu  hallarda 
və  müddətlərdə  fərdi  məlumatların  məhv  edilməməsinə,  yaxud  fərdi 
məlumatların 
toplanılmasının, 
işlənilməsinin 
və 
ya 
verilməsinin 
dayandırılmamasına görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 376. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto 
və ya video çəkiliş, yaxud səsyazma materiallarının qanunsuz yayımlanması 
  
İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud 
səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə