Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə69/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   65   66   67   68   69   70   71   72   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
barədə  dövlət  orqanlarının  informasiyalarının  dərhal  və  pulsuz  olaraq 
yayımlanmamasına; 
384.0.4.  ətraf  mühitin  qorunmasına  ziyan  vuran  hərəkətlərin  təqdir 
olunmasına; 
384.0.5.  peyk  vasitəsilə  teleradio  yayımı  və  kabel  şəbəkəsi  yayımı 
qaydalarının pozulmasına; 
384.0.6. qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq 
məsuliyyət  tədbirinin  məzmunu  barədə  məlumatı  müəyyən  edilmiş  vaxt 
ərzində özünün televiziya və (və ya) radio kanalında yayımlamamasına görə- 
vəzifəli  şəxslər  min  beş  yüz  manatdan  iki  min  beş  yüz  manatadək məbləğdə, 
hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  385.  Teleradio  yayımı  sahəsində  lisenziyanın  qayda  və 
şərtlərinin pozulması 
  
Teleradio yayımı sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına 
görə- 
vəzifəli  şəxslər  min  beş  yüz  manatdan  iki  min  beş  yüz  manatadək məbləğdə, 
hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  386.  Kino  və  videofilmlərin  Filmlərin  Dövlət  Reyestrində  qeydiyyata 
alınmadan yayımı və kütləvi nümayişi
 
 
 
Kino  və  videofilmlərin  Filmlərin  Dövlət  Reyestrində  qeydiyyata  alınmadan 
Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə-
 
iki min manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 387. Kütləvi informasiya vasitələrinə qanunsuz sponsorluq etmə 
  
Kütləvi  informasiya  vasitələrinə,  o  cümlədən teleradio  verilişlərinin 
(proqramlarının)  hazırlanmasında  sponsorluqla  bağlı  “Televiziya  və  radio 
yayımı  haqqında”  və  “Kütləvi  informasiya  vasitələri  haqqında”  Azərbaycan 
Respublikası qanunlarının tələblərinin pozulmasına görə- 
fiziki şəxslər min manatdan min beş yüz manatadək, vəzifəli şəxslər iki min beş yüz 
manatdan  üç  min  beş  yüz  manatadək,  hüquqi  şəxslər  səkkiz  min  manatdan  on  min 
manatadək məbləğdə cərimə edilir.
 
 
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 388. Kütləvi informasiya azadlığından və jurnalist hüququndan 
sui-istifadə etmə 
  
388.0.  Kütləvi  informasiya  vasitəsinin  redaksiyası  (məsul  redaktoru)  və 
jurnalistlər  (müəlliflər)  tərəfindən  kütləvi  informasiya  azadlığından  və 
jurnalist hüquqlarından sui-istifadə etməyə görə, yəni: 
388.0.1. açıqlanması qanunla qadağan edilən məlumatları açıqlamağa; 
388.0.2.  mətbu  nəşrdə  çap  olunan  materialların “Kütləvi  informasiya 
vasitələri  haqqında”  Azərbaycan  Respublikasının  Qanununun tələblərinə 
uyğun hazırlanmasına nəzarət etməməyə; 
388.0.3. “Kütləvi 
informasiya 
vasitələri 
haqqında” 
Azərbaycan 
Respublikasının  Qanunu  ilə müəyyən  edilmiş  hallardan  başqa  informasiyanı 
onun mənbəyini göstərmədən yaymağa
388.0.4. istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri 
məhsullarını  istehsal  etməyə  və  ya  yaymağa,  yaxud  istinad  məlumatlarını 
qəsdən yanlış göstərməyə görə- 
fiziki  şəxslər iki  yüz  manatdan  üç  yüz  manatadək məbləğdə,  vəzifəli  şəxslər beş 
yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min 
beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 389. Statistik məlumatların verilməsi qaydalarının pozulması 
  
Statistik  müşahidələrinin  aparılması  üçün  zəruri  olan  məlumatların 
təqdim  edilməməsinə  və  ya  vaxtında  təqdim  edilməməsinə,  yaxud 
hesabatların təhrif edilməsinə görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 390. Statistik sirrin yayılması 
  
390.1.  Statistik  sirrin  yayılmasına,  yəni hüquqi  şəxslərin  (onların 
nümayəndəlik  və  filiallarının) və  ya  fiziki  şəxslərin  razılığı  olmadan,  onlar 
haqqında  məlumatların  bu  məlumatlardan  istifadə  etməyə  hüququ  olmayan 
dövlət orqanlarına, müəssisələrə, təşkilatlara, yaxud fiziki şəxslərə verilməsinə 
görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki  şəxslər yüz  manatdan  iki  yüz  manatadək məbləğdə,  vəzifəli  şəxslər üç  yüz 
manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min beş yüz 
manatadək məbləğdə cərimə edilir.
 
390.2. Statistik sirrin mətbuatda dərc olunmaqla yayılmasına görə- 
fiziki  şəxslər iki  yüz  manatdan  üç  yüz  manatadək məbləğdə,  vəzifəli  şəxslər beş 
yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min 
beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 391.  Arxiv  sənədlərinin,  sənəd  kolleksiyalarının  saxlanılması, 
qeydiyyatı və ya istifadə edilməsi qaydalarının pozulması 
  
Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya 
istifadə olunması qaydalarının pozulmasına görə- 
xəbərdarlıq  edilir  və  ya fiziki  şəxslər  əlli  manatdan  səksən  manatadək məbləğdə, 
vəzifəli  şəxslər  üç  yüz  manatdan  dörd  yüz  manatadək məbləğdə,  hüquqi  şəxslər  min 
manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 392. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı 
tələblərin pozulması 
  
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı “Kitabxana işi 
haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə müəyyən  edilmiş 
tələblərin pozulmasına görə - 
vəzifəli  şəxslər  iki  yüz  manat məbləğində,  hüquqi  şəxslər  yeddi  yüz 
manat məbləğində cərimə edilir. 
  
FƏSİL 33 
  
Yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma 
qaydaları əleyhinə olan inzibati xətalar 
  
Maddə 393. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması 
  
393.1.  Yaşayış  sahələrində  ümumi  istifadə  yerlərinin,  pilləkən 
meydançalarının,  liftlərin,  evlərin  girişlərinin,  evyanı  ərazilərin  təmiz 
saxlanması qaydalarının pozulmasına görə - 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə