Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə70/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   66   67   68   69   70   71   72   73   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki 
şəxslərə 
xəbərdarlıq 
edilir 
və 
ya 
onlar on 
manatdan 
iyirmi 
manatadək məbləğdə  cərimə  edilir,  vəzifəli  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar 
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
393.2.  Yaşayış  sahələrinin  istifadə  edilməsi  və  mühəndis  avadanlığının 
istismar  qaydalarının  pozulmasına  və  ya  bunların  təsərrüfatsızlıqla 
saxlanmasına görə - 
fiziki  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar iyirmi  manatdan  otuz 
manatadək məbləğdə  cərimə  edilir,  vəzifəli  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  üç 
yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
393.3.  Yaşayış  sahələrinin  özbaşına yenidən  qurulmasına  və  (və  ya) 
yenidən  planlaşdırılmasına,  onlardan  başqa  məqsədlər  üçün  istifadəyə 
görə, əgər  bu  şəxslərin  hüquqlarını  və  qanuni  mənafelərini  pozursa  və  ya 
onların həyat və ya sağlamlığına real təhlükə yaradırsa - 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min 
beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
393.4. Yaşayış binalarının, onların avadanlığının və abadlıq obyektlərinin 
korlanmasına görə - 
fiziki  şəxslər əlli  manatdan  yüz  manatadək məbləğdə,  vəzifəli  şəxslər  iki min 
manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 394. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin 
pozulması 
  
394.0. Şəhərsalma 
və 
tikinti fəaliyyəti 
sahəsində qanunvericiliyin 
pozulmasına, yəni: 
394.0.1. lisenziya olmadan tikintisinə icazə tələb olunan və ya barəsində 
məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, 
yaxud tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya 
tikinti-quraşdırma işləri ilə məşğul olmağa
394.0.2. Azərbaycan 
Respublikası 
Şəhərsalma 
və 
Tikinti 
Məcəlləsinin tələbləri pozulmaqla müfəssəl planlarda dəyişiklik edilməsinə
394.0.3. Azərbaycan  Respublikasının  Şəhərsalma  və  Tikinti  Məcəlləsinə 
əsasən ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələrini ekspertizadan 
keçirmədən tikinti obyektlətinin tikintisinin həyata keçirilməsinə; 
394.0.4.  müvafiq  icra  hakimiyyəti  orqanının  rəyi  olmadan  dini  ibadət 
yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
394.0.5. mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi 
zamanı tikinti norma və qaydalarını pozmağa; 
394.0.6. tikintisinə icazə tələb edilən tikinti obyektinin istismara verilməsi 
qaydalarını pozmağa; 
394.0.7. tikintiyə  dövlət  nəzarəti  çərçivəsində  tikinti  işləri  ilə  bağlı  müvafiq  icra 
hakimiyyəti  orqanının Azərbaycan  Respublikasının  Şəhərsalma  və  Tikinti  Məcəlləsi 
ilə müəyyən  edilmiş  yazılı  göstərişlərinə  və  tikinti  işlərinin  dayandırılması  ilə  bağlı 
qərarlarına əməl etməməyə görə -
 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min 
beş  yüz  manatdan  iki  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  on  beş  min 
manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 395. Özbaşına tikinti işlərinin aparılması 
  
395.1. Müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan Azərbaycan 
Respublikasının 
Şəhərsalma 
və 
Tikinti 
Məcəlləsində 
müəyyən 
edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə- 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min 
beş  yüz  manatdan  iki  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  on  beş  min 
manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
 
395.2. Tikintisinə  icazə  tələb  olunan  tikinti  obyektlərinin funksional 
təyinatı  dəyişdirilməklə,  onlarda  qanunsuz  olaraq  yenidən  planlaşdırma  və 
yenidənqurma  işlərinin  aparılmasına,  mühəndis,  nəqliyyat  şəbəkələrinə, 
sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə- 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min 
beş  yüz  manatdan  iki  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  on  beş  min 
manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
 
Qeyd: Müvafiq  icra  hakimiyyəti  orqanının icazəsi  alınmadan inşa  edilən  tikinti  obyektlərinə 
mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.
 
  
Maddə 396.  Şəhərləri  və  digər  yaşayış  məntəqələrini  abadlaşdırma 
qaydalarının pozulması 
  
Şəhərlərin  və  digər  yaşayış  məntəqələrinin  ərazisini  abadlaşdırma 
qaydalarını  pozmağa  və  ya  şəhərlərdə  və  digər  yaşayış  məntəqələrində 
təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki  şəxslər otuz  manatdan  əlli  manatadək məbləğdə  cərimə  edilir,  vəzifəli 
şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 397.  Şəhərlərdə  və  digər  yaşayış  məntəqələrində  yaşıllıqların 
başqa yerlərə keçirilməsi və yaxud mühafizəsi üçün tədbirlər görülməməsi 
  
Şəhərlərdə və digər yaşayış məntəqələrində tikinti işləri aparılarkən lazımi 
icazə  olmadan  yaşıllıqların  başqa  yerlərə  keçirilməsinə,  yaxud  yaşıllıqların 
mühafizəsi üçün tədbirlər görülməməsinə görə- 
fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki 
min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan 
on iki min manatadək məbləğdə cərimə edilir.
 
 
 
FƏSİL 34 
  
İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar 
  
Maddə 398. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma 
  
Dövlət  qeydiyyatına  alınmadan  və  ya  sahibkarlıq  fəaliyyətinin  həyata 
keçirilməsi  üçün  lisenziya  tələb  olunduğu  hallarda  belə  lisenziya  almadan 
sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş 
şərtlərin  pozulması  ilə və  ya  xüsusi  icazə  olmadan  mülki  dövriyyəsi 
məhdudlaşdırılmış  əşyalardan  istifadə  etməklə sahibkarlıq  fəaliyyətinin 
həyata keçirilməsinə görə- 
inzibati  xəta  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki 
mislindən dörd mislinədək miqdarda cərimə edilir. 
Qeyd: Bu  Məcəllənin  398,  401,  402,  406-409,  411-413  və  428.1-ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllər xeyli məbləğdə (min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə 
törədildikdə,  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin  müvafiq  maddələrinə  əsasən  cinayət 
məsuliyyətinə səbəb olur.
 
  
Maddə 399. Vəkil adından qanunsuz istifadə 
  
“Vəkillər  və  vəkillik  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının 
Qanununda nəzərdə  tutulmuş  qaydada  vəkil  statusunu  əldə  etməmiş  şəxs 
tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə- 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə