Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə68/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   64   65   66   67   68   69   70   71   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
şəxsin  razılığı  olmadan  həmin  foto  və  ya  video  çəkiliş,  yaxud  səsyazma 
materiallarının kütləvi informasiya vasitələrində yayımlanmasına görə - 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 377. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş 
texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etmə 
  
Gizli  qaydada  informasiya  alınması  üçün  nəzərdə  tutulmuş  texniki 
vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə - 
gizli  qaydada  informasiya  alınması  üçün  nəzərdə  tutulmuş  texniki  vasitələr 
müsadirə edilməklə, iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 378. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən 
istifadə ilə bağlı vəzifəyə təyin edilməsi
 
 
 
Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı 
vəzifəyə təyin edilməsinə görə -
 
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 379. Sertifikatlaşdırılmamış informasiya sistemindən, məlumat 
bazasından  (bankından),  yaxud  bu  məlumatların  mühafizə  vasitələrindən 
istifadə edilməsi 
  
Qanunvericiliklə 
sertifikatlaşdırılması 
tələb 
olunan, 
lakin 
sertifikatlaşdırılmamış  informasiya  sistemindən,  məlumat  bazasından 
(bankından),  yaxud  bu  məlumatların  mühafizə  vasitələrindən  istifadə 
edilməsinə görə - 
vəzifəli  şəxslər səkkiz  yüz  manatdan  min  manatadək məbləğdə,  hüquqi  şəxslər 
üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 380. Elektron imza və elektron sənəd haqqında qanunvericiliyin 
pozulması 
  
380.1. Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd dövriyyəsi 
vasitələrindən istifadə edilməsinə görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki şəxslər əlli manatdan səksən manatadək, vəzifəli şəxslər beş  yüz manatdan 
yeddi yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir.
 
380.2.  İnformasiya  sisteminin  mülkiyyətçisi  tərəfindən  bu  sistemin 
fəaliyyətinin  təhlükəsizliyinin  təmin  edilməməsinə,  informasiya  sisteminin 
müəyyən edilmiş qaydada ekspertizadan keçirilməməsinə görə- 
fiziki  şəxslər  iki  yüz  manatdan  üç  yüz  manatadək,  vəzifəli  şəxslər  yeddi  yüz 
manatdan  min  manatadək,  hüquqi  şəxslər  beş  min  manatdan  yeddi  min  manatadək 
məbləğdə cərimə edilir.
 
380.3.  Sertifikat  xidmətləri  mərkəzi  tərəfindən  imza  yaratma 
məlumatlarının  və  imza  sahibi  barəsində  məlumatların  mühafizəsinin, 
sertifikatdakı  məlumatların  tamlığının  və  düzgünlüyünün,  sertifikat 
xidmətlərinin  keyfiyyətinin  və  dəqiqliyinin  təmin  edilməməsinə,  sertifikatın 
qüvvəsinin  qanunsuz  dayandırılması  və  ya  ləğv  edilməsinə,  sertifikatın 
istifadəsinə  təsir  edə  bilməsi  məlum  olmuş  məlumatların  imza  sahibinə 
vaxtında çatdırılmamasına görə- 
vəzifəli  şəxslər  beş  yüz  manatdan  yeddi  yüz  manatadək,  hüquqi  şəxslər  üç  min 
manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
 
380.4.  Elektron  sənədlərin  saxlanmasında,  ötürülməsində,  qəbulunda 
vasitəçinin  informasiya  sistemindən  etibarlı  istifadəni  təmin  edən  texnika  və 
texnologiyalara,  bilikli,  təcrübəli  və  səriştəli  işçi  heyətə,  xidmət  göstərilmiş 
elektron  sənədlərin  vaxtını  və  mənbəyini  təyin  etməyə  imkan  verən  şəraitə, 
həmin  elektron  sənədlərin  vaxtı  və  mənbəyi  haqqında  informasiyanın 
saxlanması üçün etibarlı sistemə malik olmamasına görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli şəxslər beş yüz manatdan 
yeddi yüz  manatadək, hüquqi şəxslər  iki min manatdan  üç  min  manatadək məbləğdə 
cərimə edilir.
 
  
Maddə 381. Kütləvi informasiya vasitələrinin yayılmasına mane olma 
  
Kütləvi  informasiya  vasitələri  məhsullarının qanunla  müəyyən  edilmiş 
qaydada yayılmasına  mane  olmağa  və  ya  dövri  mətbu  nəşrin  tirajının 
pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına 
görə- 
fiziki  şəxslər yüz  manatdan  yüz  əlli  manatadək məbləğdə,  vəzifəli  şəxslər üç  yüz 
manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 382. Jurnalistlərin hüquqlarının pozulması 
  
382.1.  Qanunla  müəyyən  edilmiş  müddətdə  jurnalist  sorğusuna  cavab 
verməməyə görə- 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
 
382.2.  Qanunla  qorunan  informasiyalar  istisna  olmaqla,  jurnalistə 
informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya 
verilməsindən imtina etməyə görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  383.  Teleradio  verilişlərindən  (proqramlarından)  istifadə 
qaydalarını pozma 
  
383.1.  Teleradio  proqramlarının  təmiz  qəbul  edilməsinə  süni  maneələr 
yaradılmasına görə- 
vəzifəli  şəxslər  üç  yüz  manatdan  beş  yüz  manatadək,  hüquqi  şəxslər  iki  min 
manatdan üç min manatadək məbləğdə cərimə edilir.
 
383.2.  Teleradio  təşkilatlarının  razılığı  olmadan  onların  verilişlərindən 
(proqramlarından)  istifadə  edilməsinə  və  ya mülkiyyətçinin  razılığı  olmadan 
proqramların 
(verilişlərin) 
yayımlanmasına, 
köçürülməsinə 
(tirajının 
çoxaldılmasına), satılmasına və ya kütləvi nümayişinə görə- 
vəzifəli  şəxslər  beş  yüz  manatdan  altı  yüz  manatadək,  hüquqi  şəxslər  üç  min 
manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  384.  Televiziya  və  radio  yayımı  haqqında  qanunvericiliyin 
pozulması 
  
384.0.  Teleradio  yayımçıları  tərəfindən  televiziya  və  radio  yayımı 
haqqında qanunvericiliyin pozulmasına görə, yəni: 
384.0.1.  yetkinlik  yaşına  çatmayanların  fiziki,  əqli  və  mənəvi  inkişafına 
ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks 
etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına; 
384.0.2.  nəzarət  fonoqramlarının  surətinin müvafiq  dövlət  orqanı 
tərəfindən müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməməsinə; 
384.0.3. insanların həyatı, sağlamlığı və ya yaşayış məntəqələrinin normal 
fəaliyyəti  üçün  təhlükə  yaradan  fövqəladə  hallar,  təbii  fəlakətlər  və  qəzalar 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə