Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə74/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   70   71   72   73   74   75   76   77   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
428.3.  Haqsız  reklama  görə  reklam  fəaliyyətinin  subyektlərinə  (reklam 
sifarişçisinə,  istehsalçısına,  yayıcısına,  agentliyinə)  müvafiq  icra  hakimiyyəti 
orqanı  tərəfindən  göstərişlə  ayrılmış  müddət  ərzində  qanun  pozuntularının 
aradan qaldırılmamasına, əks reklamın yayılmamasına görə - 
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli 
manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min 
manatadək məbləğdə cərimə edilir.
 
428.4. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, istehsalına 
və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud tətbiqinə müvafiq icra 
hakimiyyəti  orqanı  tərəfindən  icazə  verilməyən  müalicə,  profilaktika, 
diaqnostika və reabilitasiya metodlarının reklam edilməsinə görə- 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min 
manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
428.5. Müvafiq  icra  hakimiyyəti  orqanının razılığı  olmadan  və  ya 
nəqliyyat  vasitələrində  reklamın  yerləşdirilməsi  qaydaları  pozulmaqla 
nəqliyyat vasitələrində reklamın yayılmasına görə- 
fiziki  şəxslər  otuz  manatdan  əlli  manatadək  məbləğdə,  vəzifəli  şəxslər  yüz  əlli 
manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min 
manatadək məbləğdə cərimə edilir.
 
428.6. Azərbaycan  Respublikası  ərazisində  reklam  olunan  malların 
(işlərin,  xidmətlərin)  dəyəri  (qiyməti)  göstərildikdə,  həmin  malların  (işlərin, 
xidmətlərin) dəyərinin (qiymətinin) manatla göstərilməməsinə görə- 
fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər 
yüz  əlli  manatdan  iki  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  səkkiz  yüz 
manatdan min manatadək məbləğdə cərimə edilir. 
428.7. Müvafiq  icra  hakimiyyəti  orqanının icazəsi  olmadan  yaşayış 
məntəqələrində küçə reklam daşıyıcılarının yerləşdirilməsinə görə- 
belə reklam daşıyıcıları  müsadirə edilməklə  və ya edilməməklə, fiziki şəxslər əlli 
manatdan  yüz  manatadək  məbləğdə,  vəzifəli  şəxslər  yüz  əlli  manatdan  iki  yüz  əlli 
manatadək  məbləğdə,  hüquqi  şəxslər  min  beş  yüz  manatdan  iki  min  manatadək 
məbləğdə cərimə edilir.
 
428.8.  Qiymətli  kağızlar  bazarında  reklam  haqqında  qaydaların 
pozulmasına görə- 
vəzifəli  şəxslər altı  yüz  manatdan  səkkiz  yüz  manatadək məbləğdə, 
hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
428.9. Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş 
stimullaşdırıcı  lotereyaların  və  qeydiyyata  alınmamış  digər  lotereyaların 
reklamına görə- 
fiziki  şəxslər  səkkiz  yüz  manatdan  doqquz  yüz  manatadək  məbləğdə, 
vəzifəli  şəxslər  min  manatdan  iki  min  manatadək  məbləğdə,  hüquqi  şəxslər 
səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir. 
428.10.  Bu  Məcəllənin  428.1  –  428.9-cu  maddələrində  nəzərdə  tutulmuş 
hallar  istisna  olmaqla,  reklamı  qadağan  olunmuş  məhsulların,  texnikanın, 
xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş 
qayda və tələblərinə əməl edilməməsinə görə - 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min 
manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
428.11. Bu Məcəllənin 428.1, 428.2, 428.3, 428.4 və 428.10-cu maddələrində nəzərdə 
tutulmuş əməllərin teleradio yayımçısı tərəfindən törədilməsinə görə -
 
vəzifəli  şəxslər  min  beş  yüz  manatdan  iki  min  beş  yüz  manatadək məbləğdə, 
hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 429. Lotereyalar haqqında qanunvericiliyin pozulması 
  
429.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni: 
429.0.1.  keçirilməsi  qadağan  edilmiş  və  ya  keçirilmə  hüququ  əldə 
edilməmiş  stimullaşdırıcı  lotereyaların  və  qeydiyyata  alınmamış  digər 
lotereyaların keçirilməsinə; 
429.0.2. stimullaşdırıcı  lotereyanın  keçirilməsinin  dayandırılması  və  ya 
ona  xitam  verilməsi  haqqında  müvafiq  icra  hakimiyyəti  orqanının  qərarının 
qəbul edilməsi barədə bildiriş aldıqdan sonra stimullaşdırıcı lotereyada iştirak 
etmək  üçün  lotereya  təşkilatçısı  tərəfindən  istənilən  formada  təkliflərin 
edilməsinə; 
429.0.3.  lotereyaların  təşkili  və  keçirilməsi  sahəsində  lotereya  təşkilatçısı 
tərəfindən  “Lotereyalar  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 
ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə- 
fiziki  şəxslər  səkkiz  yüz  manatdan  doqquz  yüz  manatadək  məbləğdə, 
vəzifəli  şəxslər  min  manatdan  iki  min  manatadək  məbləğdə,  hüquqi  şəxslər 
səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir. 
Qeyd: Lotereyaların  (stimullaşdırıcı  lotereyalar  istisna  olmaqla)  buna  hüququ  olmayan  şəxs 
tərəfindən  təşkili  və  ya  keçirilməsi  bu  Məcəllənin  401.1-ci  maddəsinə  və  ya  Azərbaycan 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Respublikasının Cinayət  Məcəlləsinin 192–1.1-ci  maddəsinə  müvafiq  olaraq  inzibati  və  ya  cinayət 
məsuliyyətinə səbəb olur.
 
  
Maddə 430. Valyuta tənzimi qaydalarının pozulması 
  
430.1. 
Valyuta 
tənzimi 
haqqında 
Azərbaycan 
Respublikası 
qanunvericiliyini  pozmaqla,  valyuta  sərvətlərinin  ictimai  yerlərdə  alınıb-
satılmasına və ya dəyişdirilməsinə görə- 
inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən 
səksən faizinədək məbləğdə cərimə edilir.
 
430.2. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə- 
inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən 
səksən faizinədək məbləğdə cərimə edilir.
 
430.3.  Müvəkkil  banklar  tərəfindən  müştərilərin  xarici  valyuta 
əməliyyatlarının  qanunvericiliklə  müəyyən  olunmuş  qaydalarının  pozularaq 
aparılmasına görə- 
vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 
on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş 
valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
 
430.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən 
edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və 
ya  xidmətlər  göstərilmədikdə  ödənilmiş  valyuta  vəsaitinin  xaricdən  geri 
qaytarılmamasına görə- 
vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 
on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş 
valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 431.  Kommersiya  və  ya  bank  sirri  təşkil  edən  məlumatların 
qanunsuz yolla əldə edilməsi və ya yayılması 
  
Sahibkarın  razılığı  olmadan  kommersiya  və  ya  bank  sirri  təşkil  edən 
məlumatların  tamah  və  ya  başqa  şəxsi  niyyətlə  qanunsuz  yolla  istifadə 
edilməsinə və ya yayılmasına görə, bu, az miqdarda ziyan vurduqda - 
fiziki  şəxslər min  beş  yüz  manatdan  iki  min  manatadək məbləğdə,  vəzifəli 
şəxslər üç  min  manatdan  beş  min  manatadək məbləğdə,  hüquqi  şəxslər on  min 
manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
 
Qeyd: Bu  maddədə  “az  miqdarda  ziyan  vurduqda”  dedikdə, yeddi  min  manatadək  olan 
məbləğ başa düşülür.
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə