Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə62/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   58   59   60   61   62   63   64   65   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
124.1,  124.4  -  124.6,  125.4  və  126.3-cü  maddələrində  nəzərdə  tutulmuş  qaydada  və 
müddətdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə, yaxud bu 
Məcəllənin  122.1,  125.1,  125.3  və  125.6-cı  maddələrində  nəzərdə  tutulmuş  qaydada  və 
müddətdə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməməsinə 
(yerləşdirilməməsinə) görə -
 
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
 
Qeyd: Şəxs  bu  Məcəllənin  339.1-ci  maddəsində  nəzərdə  tutulmuş  nəqliyyat  vasitəsini  dövlət 
qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 
hallarda  texniki  baxışdan  keçirmədən  idarə  etməyə  görə  inzibati  məsuliyyətə  cəlb  olunduqda,  10  gün 
ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs 
həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.
 
 
 
Maddə  340.  Kənd  təsərrüfatı  texnikasının  dövlət  qeydiyyatının  aparılması, 
texniki  baxışın  keçirilməsi  və  texnikanın  sazlığı  haqqında  sənədin  verilməsi 
qaydalarının pozulması
 
 
 
340.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən 
kənd təsərrüfatı texnikasının sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti 
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 
və  müddətdə  texnikanı  dövlət  qeydiyyatından  və  ya  texniki  baxışdan 
keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş texnika icarə 
müqaviləsi  (notarius  tərəfindən  təsdiq  edilən  müqavilələr  istisna  olmaqla) 
əsasında  başqa  şəxsə  verildikdə  onu  təkrar  dövlət  qeydiyyatından 
keçirməməyə görə - 
fiziki 
şəxslər 
əlli 
manat məbləğində, 
vəzifəli 
şəxslər 
yüz 
manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 
340.2.  Bu  Məcəllənin  340.1-ci  maddəsində  nəzərdə  tutulmuş  kənd 
təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texnikanın qeydiyyat 
şəhadətnaməsinin  və  ya  dövlət  qeydiyyat  nişanının  verilməsi  ilə  əlaqədar 
texnikanın  sahibindən  qanunvericiliklə  nəzərdə  tutulmayan  sənədlərin  tələb 
edilməsinə,  texnikanın  qeydiyyata  alınmasında  və  ya  qeydiyyatdan 
çıxarılmasında,  yaxud  texniki  baxışının  keçirilməsində  və  ya  texniki  sazlığı 
haqqında  sənədin  verilməsində  süründürməçiliyə  yol  verilməsinə  və  ya 
onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı 
haqqında  verilmiş  sənədin  və  bu  sənəddəki  məlumatların  həqiqətə  uyğun 
olmamasına görə - 
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Qeyd: Şəxs bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş texnikanı dövlət qeydiyyatından 
və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki 
baxışdan  keçirmədən  idarə  etməyə  görə  inzibati  məsuliyyətə  cəlb  olunduqda  10  gün  ərzində  texnikanı 
dövlət  qeydiyyatından  və  ya  texniki  baxışdan  keçirməlidir.  Bu  müddət  ərzində  şəxs  həmin  əməlin 
törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.
 
  
Maddə 341. Dayanma və ya durma qaydalarını pozmuş şəxsin nəqliyyat 
vasitəsi barəsində qanunsuz hərəkətlər 
  
Bu  Məcəllənin  346.1  və  ya  346.2-ci  maddələrində  nəzərdə  tutulmuş 
inzibati  xətanı  törətmiş  şəxsin  nəqliyyat  vasitəsi  mühafizə  edilən  duracağa 
aparılarkən  həmin  şəxs  nəqliyyat  vasitəsinin  yanına  yaxınlaşdıqda,  onun 
nəqliyyat vasitəsinin qaytarılmamasına görə- 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
 
Qeyd: Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş 
şəxsin nəqliyyat vasitəsinin qaytarılması onun həmin maddələrdə nəzərdə tutulmuş əmələ görə inzibati 
məsuliyyətə cəlb olunmasını istisna etmir.
 
  
Maddə  342.  Nəqliyyat  vasitələrinin  sürücüləri  tərəfindən  nəqliyyat 
vasitələrinin istismarı qaydalarının pozulması 
  
342.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin 
istismarı qaydalarının pozulmasına, yəni: 
342.1.1.  nəqliyyat  vasitəsini  qapıları  bağlanmamış  vəziyyətdə  yerindən 
tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa; 
342.1.2.  nəqliyyat  vasitəsini  idarə  etməkdən  diqqəti  yayındıra  biləcək 
söhbətdə iştirak etməyə
342.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına; 
342.1.4.  hərəkət  zamanı  sükanı  əlindən  buraxmağa,  mühərriki 
söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə; 
342.1.5.  su  və  ya  palçığın  yolda  piyadalara,  binalara  və  nəqliyyat 
vasitələrinə qəsdən sıçradılmasına; 
342.1.6.  nəqliyyat  vasitəsinin  təkərlərində  və  ya  banında  yol  örtüyünü 
zibilləyən  palçıq  varsa,  yaxud  onlardan  yanacaq-sürtkü  materiallarının, 
kimyəvi maddələrin, tikinti və digər materialların axması olarsa, onlarla örtüyü 
təkmilləşdirilmiş yollarda hərəkət etməyə


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
342.1.7.  hərəkətdə  olan  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanının 
görünməsi üçün onun təmiz saxlanılmamasına; 
342.1.8.  küçəni  keçən  kor  piyadanın  işarəsi  ilə  nəqliyyat  vasitəsini 
dayandırmamasına; 
342.1.9.  yol-nəqliyyat  hadisələri  nəticəsində  və  ya  nəqliyyat  vasitəsinin 
nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün və ya 
təbii-fəlakət  yerlərinə  getmək  üçün,  yaxud  qanunla  nəzərdə  tutulmuş  digər 
təxirəsalınmaz  hallarda  yükdaşıyan  nəqliyyat  vasitələrinin müvafiq  icra 
hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməməsinə; 
342.1.10. beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin 
və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud 
möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini 
əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə- 
qırx manat məbləğində cərimə edilir.
 
342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin 
texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 
342.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə 
nasazlığın  aradan  qaldırılması  mümkün  olmayan  nəqliyyat  vasitəsinin 
istismarına; 
342.2.2.  normativ  tələblər  pozulmaqla,  avadanlığın quraşdırılmasına  və 
ya dəyişdirilməsinə; 
342.2.3.  nəqliyyat  vasitəsinin  tam  kütləsinin  və  bu  kütlənin  oxlar  üzrə 
paylanmasının,  ağırlıq  mərkəzinin,  təkər  bazasının  və  ya  təkər  düsturunun 
pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb 
olan dəyişikliklər edilməsinə
342.2.4. nəqliyyat  vasitəsinin  ban  şüşələrinə  qanunla  tətbiqinə  icazə 
verilməyən örtüklərin çəkilməsinə görə- 
yüz əlli manat məbləğində cərimə edilir.
 
342.3.  Mühərrikin  səs  gücünün  artırılması  məqsədi  ilə  nəqliyyat 
vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla 
avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - 
beş yüz manat məbləğində cərimə edilir.
 
342.4.  Bu  Məcəllənin 342.3-cü  maddəsində  nəzərdə  tutulmuş  xətanın 
inzibati  tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh  vermə  haqqında  qərar 
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - 
min manat məbləğində cərimə edilir.
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə