Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə58/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   54   55   56   57   58   59   60   61   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
qırx manat məbləğində cərimə edilir.
 
327.2.  Svetoforun  və  ya  nizamlayıcının  qadağanedici  işarəsi  verilərkən 
hərəkətin  davam  etdirilməsinə,  3.1 “Giriş  qadağandır”  yol  nişanının 
tələblərinin  və  ya  sərnişin  daşıma,  əks  istiqamətli  hərəkət  zolağına  çıxmaqla 
ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi 
istifadədə  olan  nəqliyyat  vasitələrinin,  yaxud  adamlar  daşınan  yük 
avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 
1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və 
ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- 
altmış manat məbləğində cərimə edilir.
 
327.3.  Dəmiryol  keçidlərindən  keçmə  qaydalarının  pozulmasına,  yaxud 
müvafiq  icra  hakimiyyəti  orqanı  əməkdaşının  nəqliyyat  vasitəsini  saxlamaq 
tələbinin yerinə yetirilməməsinə görə- 
səksən manat məbləğində cərimə edilir.
 
327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin 
əksinə  hərəkət  etməyə,  habelə  1.1,  1.3  və  1.11  üfüqi  nişanlanma  xətlərinin 
tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat 
axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət 
etməyə görə- 
yüz manat məbləğində cərimə edilir.
 
327.5. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki 
sürəti  50  km/saatdan  az  olan  nəqliyyat  vasitələrinin  hərəkət  etməsinə,  icazə 
verilən  maksimum  kütləsi  3,5  tondan  artıq  olan  yük  avtomobillərinin  ikinci 
zolaqdan  sonrakına  keçməsinə,  geriyə  dönməyə,  geriyə  hərəkət  etməyə  və 
sürmə təlimi keçməyə görə - 
yüz manat məbləğində cərimə edilir.
 
327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol 
nəqliyyat hadisəsi yerindən yayınmasına görə- 
yüz manat məbləğində cərimə edilir.
 
327.7.  Bu  Məcəllənin  327.2  -  327.6,  327.8,  328.2,  328.3,  328.4,  331,  333.1, 
342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən 
xətaları  törətməklə  sürücülər  tərəfindən  bir  il  ərzində  20  və  daha  çox  bal 
toplanmasına görə - 
nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
327.8.  Bu  Məcəllənin  327.1  -  327.6,  328  və  330-cu maddələrində nəzərdə 
tutulmuş  xətalar  nəticəsində  zərər  çəkmiş  şəxsin  sağlamlığına  yüngül  bədən 
xəsarətinin yetirilməsinə görə - 
iki  yüz  manat  məbləğində  cərimə  edilir  və  ya  nəqliyyat  vasitəsini  idarə  etmək 
hüququ bir ilədək müddətə məhdudlaşdırılır.
 
Qeyd:
 
1.  Bu  Məcəllənin  328.2-ci  maddəsində  nəzərdə  tutulmuş  xətalar  2  balla,  327.2,  328.3  və  331-ci 
maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 327.3 - 327.6, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə 
tutulmuş xətalar 4 balla qiymətləndirilir.
 
2. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat  vasitəsinin kateqoriyasına uyğun olmayan sürücü  bu 
Məcəllədə nəzərdə tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə, o, nəqliyyat vasitəsini idarə etmə 
hüququ  olmadan  nəqliyyat  vasitəsinin  idarə  edilməsinə  görə  inzibati  məsuliyyətə  cəlb  edilir  və  ona 
törətdiyi xətaya müvafiq bal təyin edilir.
 
3.  Bu  Məcəllənin  34.3-cü  maddəsində  nəzərdə  tutulmuş  hallarda  şəxsin  törətdiyi  inzibati  xətalar 
balla qiymətləndirilən xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə 
müəyyən edilmiş bal təyin edilir.
 
4.  Şəxsin  müxtəlif  vaxtlarda  törətdiyi  balla  qiymətləndirilən  bir  neçə  inzibati  xətaya  dair  işlərə 
baxılarkən daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin 
edilir.
 
5.  Bu  Məcəllənin  327.8,  333.1  və  ya  343.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın  törədilməsinə 
görə  şəxsin  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  məhdudlaşdırılmadan  inzibati  cərimə  tətbiq 
edildikdə, həmin xəta 5 balla qiymətləndirilir.
 
6. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar 
qüvvəyə mindiyi vaxtdan 1 (bir) il müddətində qüvvədə olur.
 
7. Zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə 
bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.
 
8. Bu Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulan əməl hərəkət sürətinin həddi 110 km/saat və 
daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan 
Respublikasının Qanununu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsi 
nəticəsində törədilibsə, həmin hallara bu Məcəllənin 327.8-ci maddəsinin qüvvəsi şamil edilmir.
 
  
Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma 
  
328.1.  Yolda  müəyyən  edilmiş  hərəkət  sürətini  10-20  km/saat  həddində 
aşmağa görə- 
on manat məbləğində cərimə edilir.
 
328.2.  Yolda  müəyyən  edilmiş  hərəkət  sürətini  21-40  km/saat  həddində 
aşmağa görə- 
əlli manat məbləğində cərimə edilir.
 
328.3.  Yolda  müəyyən  edilmiş  hərəkət  sürətini  41-60  km/saat  həddində 
aşmağa görə- 
yüz əlli manat məbləğində cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
328.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq 
aşmağa görə- 
iki yüz əlli manat məbləğində cərimə edilir.
 
 
 
Maddə  329.  Təhlükəsizlik  kəmərlərindən,  motodəbilqələrdən,  işıq 
cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması 
  
329.1.  Təhlükəsizlik  kəmərini  bağlamadan  nəqliyyat  vasitəsini  idarə 
etməyə görə - 
qırx manat məbləğində cərimə edilir.
 
329.2. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə 
etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri 
motosikletdə daşımağa görə - 
qırx manat məbləğində cərimə edilir.
 
329.3.  İşıq  cihazlarından  və  səs  siqnallarından  istifadə  qaydalarını 
pozmağa görə- 
otuz manat məbləğində cərimə edilir.
 
  
Maddə 330. Piyadaya yol verilməməsi 
  
330.0. Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: 
330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya; 
330.0.2.  yolayrıcında  sürücü  sağa  və  ya  sola  dönərkən  dönəcəyi  yolun 
hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə - 
əlli manat məbləğində cərimə edilir.
 
Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti 
davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın 
və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya 
sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür.
 
  
Maddə  331.  Keçid  üstünlüyü  hüququna  malik  olan  nəqliyyat 
vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq 
hərəkət edilməsi 
  
Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü 
hüququna  malik  olan  nəqliyyat  vasitələrinə  yol  verilməməsinə  və  ya  belə 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə