Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə55/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   51   52   53   54   55   56   57   58   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində cərimə 
edilir.
 
300.3.  Dəmir  yollarına  qatarların  hərəkətini  poza  bilən  predmetlər 
qoyulmasına görə- 
iki yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə 301. Dəmir yolu nəqliyyatı vasitələrindən istifadə qaydalarının 
pozulması 
  
301.1. Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə 
və  ondan  düşməyə,  vaqonların  pillələrində  və  damlarında  getməyə,  ehtiyac 
olmadan qatarı özbaşına dayandırmağa görə- 
əlli manat məbləğində cərimə edilir.
 
301.2.  Qatarların  vaqonlarının  pəncərələrindən  və  ya  qapılarından  zibil, 
yaxud başqa predmetlər atılmasına görə- 
otuz manat məbləğində cərimə edilir.
 
  
Maddə 302.  Vaqonların,  yaxud lokomotivlərin şüşələrinin  və  ya daxili 
avadanlığının zədələnməsi 
  
Vaqonların, 
yaxud lokomotivlərin şüşələrinin 
və 
ya daxili 
avadanlığının zədələnməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 303. Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər 
aparma qaydalarının pozulması 
  
Dəmir  yolu  nəqliyyatında  təhlükəli  maddələr  və  predmetlər  aparma 
qaydalarının pozulmasına görə- 
xəbərdarlıq edilir və ya iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 304. Dəmir yolu nəqliyyatında yüklərin qorunması qaydalarının 
pozulması 
  
304.1.  Yükdaşıma  üçün  nəzərdə  tutulmuş  dəmir  yolu  nəqliyyatı 
vasitələrinin, yaxud daşıma mexanizmlərinin zədələnməsinə görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
yüz manat məbləğində cərimə edilir.
 
304.2. Yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının və 
kilidlərinin  zədələnməsinə,  plomblarının  qırılmasına,  ayrı-ayrı  yükləri  və 
onların  qutularını,  paketlərini,  dəmir  yolu  stansiyalarının,  konteyner 
məntəqələrinin (meydançalarının) və yükdaşıma ilə əlaqədar işlər üçün istifadə 
edilən anbarların hasarlarını zədələməyə görə- 
yüz əlli manat məbləğində cərimə edilir.
 
  
Maddə 305.  Dəmir  yolu  nəqliyyatında  müəyyən  edilməmiş  yerlərdə 
siqaret çəkmə 
  
Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə 
görə- 
qırx manat məbləğində cərimə edilir.
 
  
Maddə 306. Metropolitendən istifadə qaydalarının pozulması 
  
306.1.  Stansiyaların  vestibüllərini,  keçidlərini  və  platformalarını,  habelə 
eskalatoru  və  vaqonların  salonunu  zibilləməyə  və  ya  həmin  obyektlərin 
üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan 
edən  nişanlar  quraşdırılmış  yerlərdən  stansiyaya  daxil  olmağa,  zərurət 
olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə- 
on beş manat məbləğində cərimə edilir.
 
306.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə- 
iyirmi manat məbləğində cərimə edilir.
 
306.3. Dəmir yoluna hər hansı əşya atmağa görə- 
otuz manat məbləğində cərimə edilir.
 
306.4.  Eskalatorun  sürahisini  çıxarmağa,  zərurət  olmadan  “Stop” 
açarından  istifadə  etməyə,  stansiyaların  vestibüllərində,  keçidlərində  və 
platformalarında,  vaqonlarda  siqaret  çəkməyə,  qatarın  hərəkəti  zamanı 
vaqonun  qapılarını  açmağa,  qatarın  yola  düşməsini  ləngitməyə,  özbaşına 
dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, 
ventilyasiya  şaxtası  köşklərinə,  tunellərə  və  metropolitenin  işçiləri  üçün 
nəzərdə  tutulan  çəpərlənmiş  ərazilərə  daxil  olmağa,  açıq  oddan,  pirotexniki 
qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə- 
əlli manat məbləğində cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
306.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik 
işlədicilərini qoşmağa görə- 
yetmiş manat məbləğində cərimə edilir.
 
306.6.  Metropolitenin  ventilyasiya  şaxtası  köşklərinə  25  metrdən  yaxın 
məsafədə hər hansı əşya yandırmağa görə- 
yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə 307.  Dəniz  və  çay  nəqliyyatında  hərəkətin  təhlükəsizliyinin 
təmin edilməsi qaydalarının pozulması 
  
307.1.  Dəniz  və  çay  nəqliyyatında  gəmilərin  limana  daxil  olmasının  və 
limandan  çıxmasının,  liman  sularında  gəmilərin  hərəkəti  və  dayanması 
qaydalarının pozulmasına görə- 
fiziki 
şəxslər 
yüz manat məbləğində, 
vəzifəli 
şəxslər 
üç 
yüz manat məbləğində cərimə edilir.
 
307.2. Lazımi icazə olmadan liman sularında dalğıclıq işləri görülməsinə 
və ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl edilməməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.
 
307.3. Gəminin  suyaoturumu,  uzunluğu,  eni  və  tutumu  barədə  dəniz 
bələdçisinə dəqiq məlumatların elan edilməməsinə və ya yanlış məlumatların 
elan edilməsinə görə- 
üç yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə 308.  Dəniz  və  çay  nəqliyyatı  gəmilərində  sərnişinlərin 
təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması 
  
308.1. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin təhlükəsizliyinin 
təmin edilməsi qaydalarının pozulmasına görə- 
fiziki  şəxslər  yüz  əlli  manat  məbləğində,  vəzifəli  şəxslər  üç  yüz  manat 
məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. 
308.2. Gəmilərdən zibil və başqa predmetlər atmağa görə- 
otuz manat məbləğində cərimə edilir.
 
  
Maddə 309.  Dəniz  və  çay  nəqliyyatında  siqnalizasiya  və  rabitə 
qurğularının və avadanlığının zədələnməsi 
  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə