Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə50/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   46   47   48   49   50   51   52   53   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 273.  Heyvanlar  aləmi  obyektlərindən  istifadə  qaydalarının 
pozulması 
  
273.0. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasına, 
yəni: 
273.0.1.  heyvanlar  aləmi  obyektlərindən  istifadənin  limitləri  barədə 
tələblərin pozulmasına; 
273.0.2. dövlət ekoloji ekspertizasının tələblərinin yerinə yetirilməməsinə; 
273.0.3.  heyvanların  yaşayış  mühitinin,  çoxalma  şəraitinin  və  miqrasiya 
yollarının mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə; 
273.0.4. qurumuş bitkilərin və ya onların qalıqlarının heyvanlar aləminin 
məskunlaşdığı yerlərdə özbaşına yandırılmasına; 
273.0.5.  bitki  mühafizəsi  vasitələrinin,  onların  boy  stimulyatorlarının, 
mineral gübrələrin və başqa maddələrin (preparatların) saxlanması, daşınması 
və tətbiq edilməsi qaydalarının pozulmasına; 
273.0.6.  heyvanlar  aləmi  obyektlərinin  vəziyyəti,  sayı,  onların  istifadəsi 
haqqında məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə görə- 
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki 
min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan 
yeddi min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 274. Heyvanlarla rəhmsiz rəftar edilməsi 
  
Heyvanlarla  rəhmsiz  davranmaqla  onların  şikəst  və  ya  tələf  edilməsinə 
görə- 
beş yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə 275. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması 
  
275.1. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni: 
275.1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə 
bilavasitə  və  ya  dolayı  yolla  mənfi  təsir  göstərən,  habelə  dövlət  ekoloji 
ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair 
fəaliyyətin həyata keçirilməsinə
275.1.2.  ağır  ekoloji  nəticələrə  səbəb  ola  bilən  təsərrüfat  və  ya  sair 
fəaliyyətin həyata keçirilməsinə; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
275.1.3.  ekoloji  təhlükəsizliyin  təmin  edilməsinə  dair  tələblərə  uyğun 
olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə; 
275.1.4.  ətraf  mühitin  və  onun  komponentlərinin  qlobal  mənfi 
dəyişikliklərinə  səbəb  olan,  o  cümlədən  ekoloji  təhlükəsizlik  sahəsində 
beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsinə; 
275.1.5.  müvafiq  ərazinin  təbii  mühitinə  xas  olmayan,  habelə  nəzarətsiz 
artımının  və  yayılmasının  qarşısını  almaq  üçün  səmərəli  tədbirlər 
hazırlamadan  süni  yolla  əldə  edilmiş  orqanizmlərdən  istifadə  edilməsinə, 
onların çoxaldılmasına və ya yayılmasına; 
275.1.6. 
ətraf 
mühit 
və 
insanlar 
üçün 
təhlükə 
dərəcəsi 
qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə
275.1.7.  insan  orqanizmində  və  ətraf  mühitdə  cəmləşə  bilən  və  təbii 
parçalanmaya  uğramayan  toksik  maddələrdən  istifadə  edilməsinə,  habelə 
zərərsizləşdirmə  texnologiyası  ekoloji  cəhətdən  təhlükəli  olan  toksik 
maddələrin tətbiq edilməsinə
275.1.8.  emal,  zərərsizləşdirmə  və  təkrar  istifadə  texnologiyası  ekoloji 
cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına; 
275.1.9.  müvafiq  normativ  hüquqi  aktlarla  müəyyən  edilmiş  siyahıda 
göstərilən  toksik  və  sair  təhlükəli  istehsalat  və  məişət  tullantılarının,  təkrar 
istifadə  edilə  bilməyən  qeyri-toksik  tullantıların,  habelə  istifadə  və  təkrar 
istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə; 
275.1.10.  bu  Məcəllənin  275.1.1  -  275.1.9-cu  maddələrində  göstərilən 
xətaların  törədilməsi  ilə  müşayiət  olunan  elmi-tədqiqat,  iqtisadi  və  sair 
eksperimentlərin həyata keçirilməsinə görə- 
fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər 
iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
275.2. Ətraf mühitə və  insan sağlamlığına mənfi  təsir göstərən vibrasiya 
və səs-küy çirklənməsi normalarının pozulmasına görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min 
beş  yüz  manatdan  üç  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  səkkiz  min 
manatdan on min manatadək məbləğdə cərimə edilir.
 
 
 
FƏSİL 26 
  
Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan 
inzibati xətalar 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
Maddə  276.  Sənaye  sahələrində  işlərin  təhlükəsiz  görülməsinə  dair 
qaydaların və normaların pozulması 
  
276.1.  Sənaye  sahələrində  və təhlükə  potensiallı obyektlərdə  işlərin 
təhlükəsiz görülməsinə dair qaydaların və normaların pozulmasına görə - 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
276.2. Müvafiq  icra  hakimiyyəti  orqanının nəzarəti  altında  olan 
obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların pozulmasına görə - 
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 277.  Sənaye  sahələrində  partlayıcı  materialların  saxlanmasına, 
işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulması 
  
Sənaye 
sahələrində 
və təhlükə 
potensiallı obyektlərdə 
partlayıcı 
materialların  saxlanmasına,  işlədilməsinə  və  uçotuna  dair  qaydaların  və 
normaların pozulmasına görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  278.  Hidrotexniki  qurğuların  təhlükəsizliyi  haqqında 
qanunvericiliyin pozulması 
  
278.0.  Hidrotexniki  qurğuların  təhlükəsizliyi  haqqında  qanunvericiliyin 
pozulmasına, yəni: 
278.0.1.  dövlət  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  hidrotexniki 
qurğuların mühafizə zonalarının hüdudlarında (dəniz qurğularında yerləşən 
quyularda  quyudaxili  partlayış  işləri  istisna  olmaqla)  partlayış  işlərinin 
aparılması  və  yeraltı  təbii  ehtiyatların  istismarı,  yaxud  qurğulara  və  ətraf 
mühitə  fiziki,  kimyəvi  və  bioloji  təsir  göstərə  bilən  obyektlərin 
yerləşdirilməsinə və fəaliyyət göstərməsinə
278.0.2.  hidrotexniki  qurğuların  layihələndirilməsi,  tikintisi  və  istismarı 
mərhələlərində, eləcə də onların yenidən qurulması, əsaslı təmiri, bərpası və 
konservasiyasından  sonra  qurğunun  mülkiyyətçisi  və  ya  istismarçısı 
tərəfindən  hidrotexniki  qurğunun  təhlükəsizlik  bəyannaməsinin  tərtib 
edilməməsinə; 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə