Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə45/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   41   42   43   44   45   46   47   48   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
saxlanılmasına,  nəql  edilməsinə,  istifadəsinə,  istismarına  və  təmirinə,  yaxud 
işlərin və xidmətlərin yerinə yetirilməsinə görə- 
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min 
beş  yüz  manatdan  üç  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  on  min 
manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 241.  Ətraf  mühitin  mühafizəsi  sahəsində  sertifikatlaşdırma 
qaydalarının pozulması 
  
Ətraf  mühitin  mühafizəsi  sahəsində  məcburi  sertifikatlaşdırılmalı  olan 
məhsulların  belə  sertifikat  olmadan  istehsal  edilməsinə,  işlərin  (xidmətlərin) 
yerinə yetirilməsinə görə- 
vəzifəli  şəxslər  iki  min  beş  yüz  manatdan  üç  min  beş  yüz  manatadək  məbləğdə, 
hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 242.  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərindən  istifadə 
qaydalarının pozulması 
  
Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının, həmin 
ərazilərin mühafizə rejiminin pozulmasına görə- 
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki 
min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 243. Yerin təkindən istifadə qaydalarının pozulması 
  
243.0. Yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni: 
243.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, 
yer  təkinin  və  ətraf  mühitin  mühafizəsi  üzrə  standartların  (normaların, 
qaydaların) tələblərinin pozulmasına; 
243.0.2. yerin təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar 
üçün yararsız hala düşməsinə yol verilməsinə
243.0.3.  geoloji  və  ya  digər  məlumatlara  mülkiyyət  hüququnun  və  bu 
məlumatların məxfiliyinin pozulmasına; 
243.0.4.  faydalı  qazıntı  yayılan  sahələrdə  özbaşına  tikinti  işlərinin 
aparılmasına; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
243.0.5.  yerin  təkindən  istifadə  edilərkən  bina  və  qurğuların,  eləcə  də 
xüsusi  mühafizə  olunan  ərazilərin  və  ətraf  mühit  obyektlərinin 
toxunulmazlığının təmin edilməməsinə; 
243.0.6.  yeraltı  suların  müşahidə  quyularının,  markşeyder  və  geodeziya 
nişanlarının məhv edilməsinə və zədələnməsinə; 
243.0.7.  ləğv  edilən  və  konservasiya  olunan  dağ  qazmalarının  və  buruq 
quyularının  əhalinin  və  ətraf  mühitin  təhlükəsizliyini  təmin  edən  vəziyyətə 
gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, 
dağ  qazmalarının  və  buruq  quyularının  qorunması  tələblərinə  əməl 
edilməməsinə; 
243.0.8.  yerin  təkindən  istifadə  edilərkən  yararsız  hala  salınmış  torpaq 
sahələrinin və digər təbiət obyektlərinin onların gələcək istifadəsi üçün yararlı 
vəziyyətə gətirilməməsinə; 
243.0.9.  yerin  təkindən  istifadə  zamanı  elm  və  mədəniyyət  üçün  maraq 
doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına 
və lisenziya və ya icazə verən orqana məlumat verilməməsinə görə- 
fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min iki 
yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min 
manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 244.  Torpaqların  (meşə  fondu  torpaqlarının)  zibillənməsi  və 
korlanması 
  
244.1.  Torpaqların  (meşə  fondu  torpaqlarının)  istehsalat  və  məişət 
tullantıları  ilə  zibilləndirilməsinə  və  ya  kimyəvi,  çirkab  suları  ilə 
çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri 
ilə yoluxdurulmasına görə- 
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki 
min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz 
manatdan on min manatadək məbləğdə cərimə edilir.
 
244.2.  Torpaqların  (meşə  fondu  torpaqlarının)  münbit  qatının 
korlanmasına görə- 
fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min 
manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər  altı min manatdan səkkiz min 
manatadək məbləğdə cərimə edilir.
 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 245. Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi 
  
245.1.  Torpaqları  yaxşılaşdırmaq  və  onları  külək,  su  eroziyasından  və 
torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün 
məcburi tədbirlərin görülməməsinə görə- 
fiziki  şəxslər yetmiş  manatdan  yüz  manatadək məbləğdə,  vəzifəli  şəxslər beş  yüz 
manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz 
manatadək məbləğdə cərimə edilir.
 
245.2.  Torpağın  vəziyyətinə  zərərli  təsir  göstərən  obyektlərin 
layihələndirilməsinə, tikilməsinə və istismara verilməsinə görə- 
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min 
beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd 
min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 246. 
Torpaqların 
dövlət 
uçotundan, 
qeydiyyatından 
gizlədilməsi  və  ya  kəmiyyətinə  və  keyfiyyətinə  dair  məlumatların  təhrif 
edilməsi 
  
Torpaqların  dövlət  uçotundan,  qeydiyyatından  gizlədilməsinə  və  ya 
kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə- 
yetmiş manatdan yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  247.  Torpaq  sahəsindən  məqsədli  təyinatına  uyğun  olmayan  başqa 
məqsədlər üçün istifadə edilməsi
 
 
 
247.1.  Torpaq  sahəsindən  məqsədli  təyinatına  uyğun  olmayan  başqa  məqsədlər 
üçün istifadə edilməsinə görə -
 
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində
hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
 
247.2.  Bu  Məcəllənin  247.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın  kənd 
təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -
 
fiziki  şəxslər  beş  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  min  manat  məbləğində, 
hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
 
 
 
Maddə  248.  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına 
mənsub  olan  bölməsinin  sahilboyu  20-50  metrlik  zolağının  altında  olan 
torpaq sahələri ilə bağlı tələblərin pozulması 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə