Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə29/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   25   26   27   28   29   30   31   32   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
130.1.  Qərarın  surəti bu  Məcəllənin  57-ci  maddəsində  nəzərdə  tutulmuş 
rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş 
üzrə qərardan şikayət verilə bilər. 
130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü 
səbəbdən  buraxıldıqda,  şikayət  verən  şəxsin  vəsatəti  ilə  bu  müddət  hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 
130.3.  Buraxılmış  müddətin  bərpası  qeyri-mümkün  hesab  edildikdə,  bu 
halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 
  
Maddə 131. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və 
ya protestə baxılma müddətləri 
  
131.1.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilən  şikayətə  və  ya 
protestə daxil olduğu gündən on gün müddətində baxılır. 
131.2. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq 
edildikdə,  inzibati  həbs  barəsində  verilmiş  qərardan  şikayətə  və  ya  protestə 
həmin şikayətin və ya protestin verildiyi vaxtdan bir gün müddətində baxılır. 
  
Maddə 132. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və 
ya protestə baxmağa hazırlıq 
  
132.1.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilən  şikayətə  və  ya 
protestə  baxmağa  hazırlıq  zamanı  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs) 
tərəfindən aşağıdakı məsələlər həll edilir: 
132.1.1.  inzibati  xəta  haqqında  iş  həmin  hakimə,  səlahiyyətli  orqana 
(vəzifəli şəxsə) aiddirmi; 
132.1.2.  inzibati  xəta  haqqında  iş  üzrə  icraatı  rədd  edən  hallar 
mövcuddurmu; 
132.1.3.  vəsatətlərə  baxılır,  zəruri  olduqda  ekspertiza  təyin  edilir,  əlavə 
materiallar  tələb  olunur,  şikayətə  və  ya  protestə  baxılma  üçün  lazım  olan 
şəxslər çağırılır. 
132.2.  Şikayətə  və  ya  protestə  baxılma  hakimin,  səlahiyyətli  orqanın 
(vəzifəli  şəxsin)  səlahiyyətinə  aid  olmadıqda,  şikayət  və  ya  protest  bütün 
materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 133. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və 
ya protestə baxılma 
  
133.1.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilən  şikayətə  və  ya 
protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 
133.2.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilən  şikayətə  və  ya 
protestə baxılarkən: 
133.2.1. şikayətə və ya protestə kim tərəfindən baxılması, hansı şikayətə və 
ya protestə baxılması, şikayətin kim tərəfindən verilməsi elan olunur
133.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki 
şəxsin  və  ya  hüquqi  şəxsin  nümayəndəsinin,  habelə  şikayətə  və  ya  protestə 
baxılmada  iştirak  etmək  üçün  çağırılmış  digər  şəxslərin  gəlib-gəlmədiyi 
müəyyən edilir; 
133.2.3.  fiziki  şəxsin  qanuni  nümayəndəsinin  və  ya  hüquqi  şəxsin 
nümayəndəsinin,  müdafiəçinin  və  nümayəndənin  səlahiyyətləri  müəyyən 
edilir; 
133.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi 
səbəbləri  aydınlaşdırılır,  şikayətə  və  ya  protestə  həmin  şəxslərin  iştirakı 
olmadan baxılma məsələsi  həll  edilir, yaxud şikayətə və  ya  protestə baxılma 
təxirə  salınır,  şikayətə  və  ya  protestə  baxılma  üçün  vacib  olan  şəxslərin 
gətirilməsi barədə qərardad qəbul edilir
133.2.5. şikayətə və ya protestə baxılmada iştirak edən şəxslərin hüquqları 
vəzifələri onlara izah edilir
133.2.6. etiraz etmə və ya vəsatət haqqında müraciətlər həll edilir; 
133.2.7.  inzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilmiş  şikayət  və  ya 
protest elan edilir
133.2.8.  inzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilən  şikayətə  və  ya 
protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və 
əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; 
133.2.9.  inzibati  xəta  haqqında  iş  üzrə  icraatda  prokuror  iştirak  etdiyi 
hallarda onun rəyi dinlənilir. 
  
Maddə 134. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və 
ya protestə baxılma haqqında qərar 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
134.1.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilən  şikayətə  və  ya 
protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 
134.1.1.  qərarın  dəyişdirilmədən,  şikayətin  və  ya  protestin  isə  təmin 
edilmədən saxlanılması haqqında; 
134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş 
hallarda  qərarın  dəyişdirilməsi  haqqında  və  ya qərarı ləğv  edərək 
yeni qərarın çıxarılması haqqında; 
134.1.3.  bu  Məcəllənin  53-cü  maddəsində  nəzərdə  tutulduğu  hallarda 
qərarı  ləğv  edərək  inzibati  xəta  haqqında  iş  üzrə  icraata  xitam  verilməsi 
haqqında; 
134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş 
hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq 
üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 
134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə 
qərarı  buna  səlahiyyəti  çatmayan  hakimin,  orqanın  (vəzifəli  şəxsin)  qəbul 
etdiyi  müəyyən  olunduqda,  qərarın  ləğv  edilməsi  və  işin  aidiyyəti  üzrə 
baxılmaq üçün göndərilməsi haqqında. 
134.2.  Şikayətə  və  ya  protestə  baxılma  haqqında  qərarda  bu  Məcəllənin 
115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. 
  
Maddə  135.  İnzibati  xəta  haqqında  iş  üzrə qərarın  ləğv  edilməsi  və  ya 
dəyişdirilməsi üçün əsaslar
 
 
 
135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün 
əsaslar aşağıdakılardır:
 
135.1.1. hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin) gəldiyi  nəticələr 
üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 
135.1.2. hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin) gəldiyi  nəticələrin 
işin faktiki hallarına uyğun olmaması; 
135.1.3. hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs) tərəfindən  müəyyən 
edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi
135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün 
tətbiq edilməməsi; 
135.1.5.  tətbiq  edilmiş  tənbehin  bu  Məcəllənin  31  –  34-cü  maddələrinin 
tələblərinə uyğun olmaması; 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə