WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
288.0.6. istehsal mənşəyinə görə adlar verilən və yüksək keyfiyyətli
(markalı) bitkiçilik məhsullarının istehsalı məqsədi ilə bitkilərə pestisidlərin,
bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə
yol verilməsinə;
288.0.7. tərkibində pestisidlərin, bioloji preparatların və onların
birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkiçilik
məhsullarının satılmasına;
288.0.8. təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında,
su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə
pestisidlərin və digər zəhərli kimyəvi maddələrin tətbiq edilməsinə görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz
manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min
manatadək məbləğdə cərimə edilir.
Maddə 289. Baytarlıq haqqında qanunvericiliyin pozulması
289.0. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:
289.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya)
tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda
heyvanların kəsilməsinə;
289.0.2. heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya)
ekspertizası aparılmadan satışına və istehsalına;
289.0.3. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi
vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti
orqanına məlumat verməməyə, habelə belə heyvanları
təcrid etməməyə;
289.0.4. yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin
tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud dövlət
baytarlıq nəzarətini həyata keçirən orqanların epizootiya əleyhinə dair
qərarlarının pozulmasına və ya icra edilməməsinə görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz
manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min
manatadək məbləğdə cərimə edilir.
Maddə 290. Ev heyvanlarının saxlanılması qaydalarının pozulması
290.1. İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının
pozulmasına, yəni:
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
290.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına,
qidalandırılmasına, gəzdirilməsinə
və ya yetişdirilməsinə;
290.1.2. ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin
pozulmasına;
290.1.3. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
saydan artıq saxlanılmasına;
290.1.4. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi
məhəllələrdə və
ya küçələrdə gəzdirilməsinə;
290.1.5. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və
ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən
ev heyvanlarının gəzdirilməsinə;
290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına;
290.1.7. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə
yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması,
yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki
üsulların tətbiq edilməsinə;
290.1.8. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının
xarici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi
əməliyyatların (quyruğun kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya,
dırnaq və dişlərin çıxarılması) aparılmasına;
290.1.9. ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev
heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə-
iki yüz manat məbləğində cərimə edilir.
290.2. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətaların
inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-
üç yüz manat məbləğində cərimə edilir.
290.3. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin
yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 290.3-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda
tətbiq edilir.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
Maddə 291. Qırmızı kitaba daxil edilmiş heyvan və bitki növlərinin
qorunması üzrə tələblərin pozulması
Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi
mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi
üzrə tələblərin
yerinə yetirilməməsinə görə-
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 292. Zooloji kolleksiyaların yaradılması və onlarla ticarət
qaydalarının pozulması
292.1. Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması,
istifadəsi, dövlət uçotuna alınması, Azərbaycan Respublikasına gətirilməsi,
onun hüdudlarından kənara göndərilməsi və ya aparılması qaydalarının
pozulmasına görə-
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində,
hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
292.2. Zooloji kolleksiyalarla ticarət qaydalarının pozulmasına görə-
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində,
hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
FƏSİL 28
Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə
olan qaydalar əleyhinə inzibati xətalar
Maddə 293. Uçuş təhlükəsizliyi qaydalarının pozulması
293.1. Aerodrom rayonunda aerodromların tanınması
üçün qəbul edilmiş
işarələrə və ya nişanlı qurğulara oxşar hər hansı işarə və ya qurğu
yerləşdirilməsinə və ya müvafiq icazə olmadan pirotexnik məmulat
yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların
kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə-
əlli manat məbləğində cərimə edilir.