IV. Azәrbaycan Respublikasının Konstitusiyasına әlavәlәr haqqında Konstitusiya qanunları
Azәrbaycan Respublikasının Prezidenti tәrәfindәn ikinci sәsvermәdәn sonra imzalandıqda
qüvvәyә minir.
V. Konstitusiya qanunları Azәrbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissәsidir vә
Azәrbaycan Respublikası Konstitusiyasının әsas mәtninә zidd olmamalıdır.
M a d d ә 1 5 7 . Azәrbaycan Respublikası Konstitusiyasına әlavәlәrin tәklif
edilmәsi tәşәbbüsü
Azәrbaycan Respublikasının Konstitusiyasına әlavәlәri Azәrbaycan Respublikasının
Prezidenti vә ya Azәrbaycan Respublikası Milli Mәclisinin azı 63 deputatı tәklif edә bilәrlәr.
M a d d ә 1 5 8 . Azәrbaycan Respublikasının Konstitusiyasına әlavәlәrin tәklif
edilmәsi tәşәbbüsünün mәhdudlaşdırılması
Bu Konstitusiyanın birinci bölmәsindә әks etdirilmiş müddәalarla әlaqәdar Azәrbaycan
Respublikası Konstitusiyasına әlavәlәr tәklif edilә bilmәz.
KEÇİD MÜDDӘALARI
1. Azәrbaycan Respublikasının Konstitusiyası referendumla qәbul edildikdәn sonra rәsmәn
dәrc olunduğu gündәn qüvvәyә minir. Bu Konstitusiyanın qüvvәyә mindiyi gündәn 1978-ci il
aprelin 21-dә qәbul edilmiş Azәrbaycan Respublikasının Konstitusiyası (Әsas Qanunu)
qüvvәdәn düşür.
2. Bu Konstitusiyanın qüvvәyә minmәsinә qәdәr seçilmiş Azәrbaycan Respublikasının
Prezidenti bu Konstitusiya ilә Azәrbaycan Respublikasının Prezidentinә aid edilmiş
sәlahiyyәtlәri hәyata keçirir.
3. Bu Konstitusiyanın 101-ci maddәsinin V hissәsi bu Konstitusiya qәbul edildikdәn sonra
seçilәn Azәrbaycan Respublikası Prezidentinә şamil edilir.
4. Azәrbaycan Respublikası xalq deputatlarının vә Azәrbaycan Respublikası Ali Sovetinin
yaratdığı Milli Mәclisin sәlahiyyәtlәri yeni seçilmiş Azәrbaycan Respublikası Milli Mәclisinin
ilk iclas günü başa çatır. Yeni seçilmiş Azәrbaycan Respublikası Milli Mәclisinin ilk iclası
Azәrbaycan Respublikası Milli Mәclisinin azı 83 deputatının seçildiyi gündәn bir hәftә sonra
keçirilir. Azәrbaycan Respublikası Milli Mәclisinin ilk sessiyası 1996-cı il mayın 31-dәk davam
edir.
1995-ci il avqustun 15-dә qәbul edilmiş “Azәrbaycan Respublikasının Milli Mәclisinә
seçkilәr haqqında” Azәrbaycan Respublikası Qanununun 85-ci maddәsi bu Qanun әsasında
seçilmiş Azәrbaycan Respublikası Milli Mәclisinin birinci çağırışının sәlahiyyәtlәri bitәnәdәk
qüvvәdәdir.
5. Azәrbaycan Respublikasının Nazirlәr Kabineti bu Konstitusiyanın qüvvәyә mindiyi
gündәn bu Konstitusiyada müәyyәn edilәn sәlahiyyәtlәri hәyata keçirir.
6. Bu Konstitusiya qüvvәyә mindiyi gündәn Azәrbaycan Respublikası yerli xalq Deputatları
Sovetlәrinin sәlahiyyәtlәrinә xitam verilir. Azәrbaycan Respublikasının qanunvericiliyi yerli
xalq deputatları sovetlәrinә aid edilmiş sәlahiyyәtlәri yerli icra hakimiyyәti orqanları hәyata
keçirir.
7. Bu Konstitusiya qüvvәyә mindikdәn sonra iki il müddәtindә yerli özünüidarә haqqında
qanun qәbul edilmәli vә bәlәdiyyәlәrә seçkilәr keçirilmәlidir.
8. Bu Konstitusiyanın qәbul edildiyi günәdәk Azәrbaycan Respublikasının әrazisindә
qüvvәdә olan qanunlar vә başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan
hissәdә öz qüvvәsini saxlayır.
9. Bu Konstitusiya qüvvәyә minәnәdәk fәaliyyәt göstәrәn Azәrbaycan Respublikasının
mәhkәmәlәri әdalәt mühakimәsini Konstitusiyada müәyyәn edilәn sәlahiyyәtlәrә vә
prinsiplәrә uyğun hәyata keçirir.
10. Bu Konstitusiya qüvvәyә mindiyi gündәn bir il әrzindә hakimlәrin statusu, mәhkәmә
quruluşu vә mәhkәmә islahatı ilә әlaqәdar Azәrbaycan Respublikasının bu Konstitusiyaya
uyğun olan qanunvericiliyi qәbul edilmәlidir vә Azәrbaycan Respublikası mәhkәmәlәrinin
hakimlәri yenidәn tәyin edilmәlidir. Hәmin qanunvericilik qәbul edilәnәdәk hakimlәrin
vәzifәyә tәyin vә vәzifәdәn azad edilmәsi bu Konstitusiya qüvvәyә minәnәdәk qüvvәdә olan
qanunvericilik әsasında hәyata keçirilir.
11. Bu Konstitusiya qüvvәyә mindiyi gündәn bir il müddәtindә Azәrbaycan
Respublikasının Konstitusiya Mәhkәmәsi haqqında Azәrbaycan Respublikasının Qanunu qәbul
edilmәli vә Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsi yaradılmalıdır. Azәrbaycan
Respublikasının Konstitusiya Mәhkәmәsi yaradılanadәk bu Konstitusiyada nәzәrdә tutulmuş
Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin sәlahiyyәtlәri hәyata keçirilmir. Bu
Konstitusiyanın 130-cu maddәsinin III hissәsinin 7-ci bәndindә nәzәrdә tutulmuş mәsәlәni
Azәrbaycan Respublikasının Ali Mәhkәmәsi hәll edir.
12. Azәrbaycan Respublikasının Ali Arbitraj Mәhkәmәsi bu Konstitusiyanın qüvvәyә
mindiyi gündәn Azәrbaycan Respublikasının İqtisad Mәhkәmәsi adlanır vә qüvvәdә olan
qanunvericiliklә müәyyәn olunmuş sәlahiyyәtlәri hәyata keçirir.
12 noyabr 1995-ci il.
№ 00.
KONSTİTUSİYAYA EDİLMİŞ DӘYİŞİKLİK VӘ ӘLAVӘLӘRİN SİYAHISI
1.
21 iyun 2002-ci il tarixli Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin
Qәrarı
(«Azәrbaycan» qәzeti 22 iyun 2002-ci il, № 140); Azәrbaycan Respublikası Mәrkәzi
Seçki Komissiyasının 29 avqust 2002-ci il tarixli 99/372 nömrәli Qәrarı («Azәrbaycan» qәzeti
19 iyun 2002-ci il, № 216)
2.
1 avqust 2003-cü il tarixli Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin
Qәrarı
(«Azәrbaycan» qәzeti, 03 avqust 2002-ci il, № 176 Azәrbaycan Respublikası
Konstitusiya
Mәhkәmәsinin Mәlumatı 3/2003)
3.
21 iyun 2005-ci il tarixli Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin
Qәrarı
(«Azәrbaycan» qәzeti, 22 oktyabr 2002-ci il, № 245 Azәrbaycan Respublikası
Konstitusiya Mәhkәmәsinin Mәlumatı 1/2006)
4.
13 dekabr 2005-ci il tarixli 7-IIIKQD nömrәli Azәrbaycan Respublikası Konstitusiya
Qanunu
(“Azәrbaycan” qәzeti 15 dekabr 2005-ci il, № 290, Azәrbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddә 1078)
5.
24 dekabr 2008-ci il tarixli Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin
Qәrarı
(«Azәrbaycan» qәzeti 25 dekabr 2008-ci il, № 288); 30 mart 2009-cu il tarixli 19/86
nömrәli
Azәrbaycan
Respublikası
Mәrkәzi
Seçki
(Referendum)
Komissiyasının