II. Referendumla qәbul olunmuş aktlar yalnız dәrc edildikdә onların tәtbiqi vә icrası
vәtәndaşlar, qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti, hüquqi şәxslәr vә bәlәdiyyәlәr üçün
mәcburidir.
III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dәrc edilmiş qanunların tәtbiqi vә
icrası bütün vәtәndaşlar, qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti, hüquqi şәxslәr vә
bәlәdiyyәlәr üçün mәcburidir.
IV. Azәrbaycan Respublikası Prezidentinin fәrmanları Azәrbaycan Respublikasının
Konstitusiyasına vә qanunlarına zidd olmamalıdır. Yalnız dәrc edilmiş fәrmanların tәtbiqi vә
icrası bütün vәtәndaşlar, icra hakimiyyәti orqanları, hüquqi şәxslәr üçün mәcburidir.
V. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin qәrarları Azәrbaycan Respublikasının
Konstitusiyasına, qanunlarına vә Azәrbaycan Respublikası Prezidentinin fәrmanlarına zidd
olmamalıdır. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin qәrarları yalnız dәrc edildikdә
onların tәtbiqi vә icrası vәtәndaşlar, mәrkәzi vә yerli icra hakimiyyәti orqanları, hüquqi şәxslәr
üçün mәcburidir.
VI. Mәrkәzi icra hakimiyyәti orqanlarının aktları Azәrbaycan Respublikasının
Konstitusiyasına, qanunlarına, Azәrbaycan Respublikası Prezidentinin fәrmanlarına vә
Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin qәrarlarına zidd olmamalıdır.
VII. Fiziki vә hüquqi şәxslәrin hüquqi vәziyyәtini yaxşılaşdıran, hüquq mәsuliyyәtini
aradan qaldıran vә ya yüngüllәşdirәn normativ hüquqi aktların qüvvәsi geriyә şamil edilir.
Başqa normativ hüquqi aktların qüvvәsi geriyә şamil edilmir.
VIII. Normativ hüquqi aktlar dәrc edilmәlidir. Heç kәs dәrc edilmәyәn normativ hüquqi
aktın icrasına (ona riayәt olunmasına) mәcbur edilә bilmәz vә belә aktın icra olunmamasına
(ona riayәt olunmamasına) görә mәsuliyyәtә cәlb edilә bilmәz. Normativ hüquqi aktların dәrc
edilmәsi qaydası Konstitusiya qanunu ilә müәyyәn edilir.
[29]
M a d d ә 1 5 0 . Bәlәdiyyә aktları
I. Bәlәdiyyәlәrin qәbul etdiklәri aktlar hüquqa vә haqq-әdalәtә (bәrabәr mәnafelәrә bәrabәr
münasibәtә) әsaslanmalı, Azәrbaycan Respublikasının Konstitusiyasına, qanunlarına,
Azәrbaycan Respublikası Prezidentinin fәrmanlarına, Azәrbaycan Respublikası Nazirlәr
Kabinetinin qәrarlarına (Naxçıvan Muxtar Respublikasında isә hәm dә Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlәr
Kabinetinin qәrarlarına) zidd olmamalıdır.
II. Bәlәdiyyәlәrin qәbul etdiyi aktın icrası onun әrazisindә yaşayan vәtәndaşlar vә onun
әrazisindә yerlәşәn hüquqi şәxslәr üçün mәcburidir.
M a d d ә 1 5 1 . Beynәlxalq aktların hüquqi qüvvәsi
Azәrbaycan Respublikasının qanunvericilik sisteminә daxil olan normativ hüquqi aktlar ilә
(Azәrbaycan Respublikasının Konstitusiyası vә referendumla qәbul edilәn aktlar istisna
olmaqla) Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı dövlәtlәrarası müqavilәlәr arasında
ziddiyyәt yaranarsa, hәmin beynәlxalq müqavilәlәr tәtbiq edilir.
X I f ә s i l
AZӘRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINDA DӘYİŞİKLİKLӘR
M a d d ә 1 5 2 .
Azәrbaycan Respublikasının Konstitusiyasında dәyişikliklәrin
qәbul edilmәsi qaydası
Azәrbaycan Respublikası Konstitusiyasının mәtnindә dәyişikliklәr yalnız referendumla
qәbul edilә bilәr.
M a d d ә 1 5 3 . Azәrbaycan Respublikası Konstitusiyasının mәtnindә
dәyişikliklәrin tәklif edilmәsi qaydası
Azәrbaycan
Respublikası
Konstitusiyasının
mәtnindә
dәyişikliklәri
Azәrbaycan
Respublikasının Milli Mәclisi vә ya Azәrbaycan Respublikasının Prezidenti tәklif etdikdә, tәklif
olunan dәyişikliklәrә dair әvvәlcәdәn Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin
rәyi alınır.
M a d d ә 1 5 4 . Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin
sәlahiyyәtlәrinin mәhdudlaşdırılması
Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsi referendumla qәbul olunmuş
Azәrbaycan Respublikası Konstitusiyasının mәtnindә dәyişikliklәrә dair qәrar qәbul edә
bilmәz.
M a d d ә 1 5 5 .
Azәrbaycan Respublikasının Konstitusiyasında dәyişikliklәr
tәklif edilmәsi tәşәbbüsünün mәhdudlaşdırılması
Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci vә 21-ci maddәlәrindә dәyişikliklәr vә ya onların
lәğv edilmәsi haqqında, III-cü fәslindә nәzәrdә tutulmuş insan vә vәtәndaş hüquqları vә
azadlıqlarının lәğvi vә ya Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq
müqavilәlәrdә nәzәrdә tutulduğundan daha artıq dәrәcәdә mәhdudlaşdırılması haqqında
tәkliflәr referenduma çıxarıla bilmәz.
X I I f ә s i l
AZӘRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINA ӘLAVӘLӘR
M a d d ә 1 5 6 . Azәrbaycan Respublikasının Konstitusiyasına әlavәlәrin qәbul
edilmәsi qaydası
I. Azәrbaycan Respublikası Konstitusiyasına әlavәlәr Azәrbaycan Respublikasının Milli
Mәclisindә 95 sәs çoxluğu ilә Konstitusiya qanunları şәklindә qәbul edilir.
II. Azәrbaycan Respublikasının Konstitusiyasına әlavәlәr haqqında Konstitusiya qanunları
Azәrbaycan Respublikasının Milli Mәclisindә iki dәfә sәsә qoyulur. İkinci sәsvermә birinci
sәsvermәdәn 6 ay sonra keçirilir.
III. Azәrbaycan Respublikasının Konstitusiyasına әlavәlәr haqqında Konstitusiya qanunları
hәm birinci, hәm dә ikinci sәsvermәdәn sonra bu konstitusiyada qanunlar üçün nәzәrdә
tutulmuş qaydada Azәrbaycan Respublikası Prezidentinә imzalanmaq üçün tәqdim olunur.