II. Bu maddәdә göstәrilәn mәsәlәlәrә Dair Naxçıvan Muxtar Respublikasının Ali Mәclisi
qanunlar qәbul edir.
M a d d ә 1 3 9 . Naxçıvan Muxtar Respublikası Ali Mәclisinin hәll etdiyi
mәsәlәlәr
I. Naxçıvan Muxtar Respublikasının Ali Mәclisi aşağıdakı mәsәlәlәri hәll edir:
1) Naxçıvan Muxtar Respublikası Ali Mәclisinin işinin tәşkili;
2) Naxçıvan Muxtar Respublikasının büdcәsinin tәsdiqi;
3) Naxçıvan Muxtar Respublikasının iqtisadi vә sosial proqramlarının tәsdiqi;
4) Naxçıvan Muxtar Respublikası Baş Nazirinin vәzifәyә tәyin vә vәzifәdәn azad edilmәsi;
5) Naxçıvan Muxtar Respublikasının Nazirlәr Kabineti tәrkibinin tәsdiqi;
6) Naxçıvan Muxtar Respublikasının Nazirlәr Kabinetinә etimad.
II. Bu maddәdә göstәrilәn mәsәlәlәrә dair Naxçıvan Muxtar Respublikasının Ali Mәclisi
qәrarlar qәbul edir.
M a d d ә 1 4 0 . Naxçıvan Muxtar Respublikasının Nazirlәr Kabineti
I. Naxçıvan Muxtar Respublikasının Nazirlәr Kabinetinin tәrkibini Naxçıvan Muxtar
Respublikası Baş nazirinin tәklifi ilә Naxçıvan Muxtar Respublikasının Ali Mәclisi tәsdiq edir.
II. Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azәrbaycan Respublikası Prezidentinin
tәqdimatına әsasәn Naxçıvan Muxtar Respublikasının Ali Mәclisi tәyin edir.
III. Naxçıvan Muxtar Respublikasının Nazirlәr Kabineti:
- muxtar respublika büdcәsinin layihәsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali
Mәclisinә tәqdim edir;
- muxtar respublikanın büdcәsini icra edir;
- muxtar respublikanın iqtisadi proqramlarının hәyata keçirilmәsini tәmin edir;
- muxtar respublikanın sosial proqramlarının hәyata keçirilmәsini tәmin edir;
- Azәrbaycan Respublikası Prezidentinin onun sәlahiyyәtlәrinә aid etdiyi digәr mәsәlәlәri
hәll edir.
IV. Naxçıvan Muxtar Respublikasının Nazirlәr Kabineti qәrar vә sәrәncamlar qәbul edir.
M a d d ә 1 4 1 . Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyәti
Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyәtlәrinin başçılarını Naxçıvan Muxtar
Respublikası Ali Mәclisi sәdrinin tәqdimatı әsasında Azәrbaycan Respublikasının Prezidenti
tәyin edir.
DÖRDÜNCÜ BÖLMӘ
YERLİ ÖZÜNÜİDARӘETMӘ
I X f ә s i l
BӘLӘDİYYӘLӘR
M a d d ә 1 4 2 .
Yerlәrdә özünüidarәnin tәşkili
I. Yerli özünüidarәni bәlәdiyyәlәr hәyata keçirir.
II. Bәlәdiyyәlәr seçkilәr әsasında yaradılır.
III. Bәlәdiyyәlәrin statusunun әsasları bu Konstitusiya ilә, bәlәdiyyәlәrә seçkilәrin qaydaları
isә qanunla müәyyәn edilir.
M a d d ә 1 4 3 . Bәlәdiyyәlәrin işinin tәşkili
I. Bәlәdiyyә öz fәaliyyәtini iclaslar, daimi vә başqa komissiyalar vasitәsi ilә hәyata keçirir.
II. Bәlәdiyyәnin iclaslarını bәlәdiyyәnin sәdri çağırır.
M a d d ә 1 4 4 . Bәlәdiyyәlәrin sәlahiyyәtlәri
I. Bәlәdiyyәlәrin iclaslarında aşağıdakı mәsәlәlәr hәll edilir:
1) bәlәdiyyә üzvlәrinin sәlahiyyәtlәrinin tanınması, qanunla müәyyәn edilmiş hallarda
onların sәlahiyyәtlәrinin itirilmәsi vә sәlahiyyәtlәrinә xitam verilmәsi;
2) bәlәdiyyәnin reqlamentinin tәsdiq edilmәsi;
3) bәlәdiyyәnin sәdrinin vә onun müavinlәrinin, daimi vә başqa komissiyaların seçilmәsi;
4) yerli vergilәrin vә ödәnişlәrin müәyyәn edilmәsi;
5) yerli büdcәnin vә onun icrası haqqında hesabatların tәsdiq edilmәsi;
6) bәlәdiyyә mülkiyyәtinә sahiblik, ondan istifadә vә onun barәsindә sәrәncam;
7) yerli sosial müdafiә vә sosial inkişaf proqramlarının qәbul vә icra edilmәsi;
8) yerli iqtisadi inkişaf proqramlarının qәbul vә icra edilmәsi;
9) yerli ekoloji proqramların qәbul vә icra edilmәsi.
II. Bәlәdiyyәlәrә qanunvericilik vә icra hakimiyyәtlәri tәrәfindәn әlavә sәlahiyyәtlәr dә
verilә bilәr . Bu sәlahiyyәtlәrin hәyata keçirilmәsi üçün bәlәdiyyә üzrә müvafiq zәruri maliyyә
vәsaiti dә ayrılmalıdır. Belә sәlahiyyәtlәrin hәyata keçirilmәsinә müvafiq olaraq qanunvericilik
vә icra hakimiyyәtlәri nәzarәt edirlәr.
M a d d ә 1 4 5 . Bәlәdiyyәlәrin qәrarları
I. Bәlәdiyyәnin iclaslarında baxılan mәsәlәlәrә dair qәrarlar qәbul edilir.
II. Bәlәdiyyәnin qәrarları bәlәdiyyә üzvlәrinin sadә sәs çoxluğu ilә qәbul edilir.
III. Yerli vergilәr vә ödәnişlәr ilә bağlı qәrarlar bәlәdiyyә üzvlәrinin üçdә iki sәs çoxluğu ilә
qәbul edilir.
M a d d ә 1 4 6 . Bәlәdiyyәlәrin müstәqilliyinin tәminatı
[28]
I. Bәlәdiyyәlәr öz sәlahiyyәtlәrini hәyata keçirmәkdә müstәqildirlәr, bu isә bәlәdiyyә
әrazisindә yaşayan vәtәndaşlar qarşısında onların mәsuliyyәtini istisna etmir. Bәlәdiyyә
üzvlәrinin seçilmәsi, sәlahiyyәtlәrinin dayandırılması vә ya sәlahiyyәtlәrinә xitam verilmәsi,
bәlәdiyyәlәrin vaxtından әvvәl buraxılması halları vә qaydası qanunla müәyyәn edilir.
II. Bәlәdiyyәlәrin öz sәlahiyyәtlәrini müstәqil hәyata keçirmәsi Azәrbaycan dövlәtinin
suverenliyinә xәlәl gәtirә bilmәz.
III. Dövlәt bәlәdiyyәlәrin fәaliyyәtinә nәzarәt edir.
IV. Qanunla müәyyәn edilmiş hallarda vә qaydada bәlәdiyyәlәr öz fәaliyyәtlәri barәsindә
Azәrbaycan Respublikasının Milli Mәclisinә hesabat tәqdim edirlәr.
V. Bәlәdiyyәlәrin mәhkәmә tәrәfindәn müdafiәsinә, dövlәt orqanlarının qәrarları
nәticәsindә yaranan әlavә xәrclәrinin ödәnilmәsinә tәminat verilir.
BEŞİNCİ BÖLMӘ
HÜQUQ VӘ QANUN
X f ә s i l
QANUNVERİCİLİK SİSTEMİ
M a d d ә 1 4 7 . Azәrbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvәsi
I. Azәrbaycan Respublikasının Konstitusiyası Azәrbaycan Respublikasında әn yüksәk
hüquqi qüvvәyә malikdir.
II. Azәrbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvәyә malikdir.
III. Azәrbaycan Respublikasının Konstitusiyası Azәrbaycan Respublikasının qanunvericilik
sisteminin әsasıdır.
M a d d ә 1 4 8 . Azәrbaycan Respublikasının qanunvericilik sisteminә daxil
olan aktlar
I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarәtdir:
1) Konstitusiya;
2) referendumla qәbul edilmiş aktlar;
3) qanunlar;
4) fәrmanlar;
6) Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin qәrarları;
6) mәrkәzi icra hakimiyyәti orqanlarının normativ aktları.
II. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәr Azәrbaycan
Respublikasının qanunvericilik sisteminin ayrılmaz tәrkib hissәsidir.
III. Naxçıvan Muxtar Respublikasında hәm dә Naxçıvan Muxtar Respublikasının
Konstitusiyası vә qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlәr Kabinetinin qәrarları
hüquqi qüvvәyә malikdir.
IV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azәrbaycan Respublikasının
qanunvericilik sisteminә uyğun olmalıdır.
V. Öz sәlahiyyәtlәri daxilindә yerli icra hakimiyyәti orqanları qanunvericilik sisteminә daxil
olan aktlara zidd gәlmәyәn normativ xarakterli aktlar qәbul edә bilәrlәr.
M a d d ә 1 4 9 . Normativ hüquqi aktlar
I. Normativ hüquqi aktlar hüquqa vә haqq-әdalәtә (bәrabәr mәnafelәrә bәrabәr münasibәtә)
әsaslanmalıdır.