Azәrbaycan respublikasinin konstitusiyasi



Yüklə 452,15 Kb.
Pdf görüntüsü
səhifə16/19
tarix24.02.2018
ölçüsü452,15 Kb.
#27565
1   ...   11   12   13   14   15   16   17   18   19

II.  Bu  maddәdә  göstәrilәn  mәsәlәlәrә  Dair  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Mәclisi 

qanunlar qәbul edir. 

M a d d ә   1 3 9 .   Naxçıvan Muxtar Respublikası Ali Mәclisinin hәll etdiyi 

mәsәlәlәr

 

I. Naxçıvan Muxtar Respublikasının Ali Mәclisi aşağıdakı mәsәlәlәri hәll edir: 

1) Naxçıvan Muxtar Respublikası Ali Mәclisinin işinin tәşkili; 

2) Naxçıvan Muxtar Respublikasının büdcәsinin tәsdiqi; 

3) Naxçıvan Muxtar Respublikasının iqtisadi vә sosial proqramlarının tәsdiqi; 

4) Naxçıvan Muxtar Respublikası Baş Nazirinin vәzifәyә tәyin vә vәzifәdәn azad edilmәsi; 

5) Naxçıvan Muxtar Respublikasının Nazirlәr Kabineti tәrkibinin tәsdiqi; 

6) Naxçıvan Muxtar Respublikasının Nazirlәr Kabinetinә etimad. 

II.  Bu  maddәdә  göstәrilәn  mәsәlәlәrә  dair  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Mәclisi 

qәrarlar qәbul edir. 

M a d d ә   1 4 0 .   Naxçıvan Muxtar Respublikasının Nazirlәr Kabineti

 

I.  Naxçıvan  Muxtar  Respublikasının  Nazirlәr  Kabinetinin  tәrkibini  Naxçıvan  Muxtar 

Respublikası Baş nazirinin tәklifi ilә Naxçıvan Muxtar Respublikasının Ali Mәclisi tәsdiq edir. 

II.  Naxçıvan  Muxtar  Respublikasının  Baş  nazirini  Azәrbaycan  Respublikası  Prezidentinin 

tәqdimatına әsasәn Naxçıvan Muxtar Respublikasının Ali Mәclisi tәyin edir. 

III. Naxçıvan Muxtar Respublikasının Nazirlәr Kabineti: 

- muxtar respublika büdcәsinin layihәsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali 

Mәclisinә tәqdim edir; 

- muxtar respublikanın büdcәsini icra edir; 

- muxtar respublikanın iqtisadi proqramlarının hәyata keçirilmәsini tәmin edir

- muxtar respublikanın sosial proqramlarının hәyata keçirilmәsini tәmin edir; 

-  Azәrbaycan  Respublikası  Prezidentinin  onun  sәlahiyyәtlәrinә  aid  etdiyi  digәr  mәsәlәlәri 

hәll edir. 

IV. Naxçıvan Muxtar Respublikasının Nazirlәr Kabineti qәrar vә sәrәncamlar qәbul edir. 

M a d d ә   1 4 1 .   Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyәti

 

Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyәtlәrinin başçılarını Naxçıvan Muxtar 

Respublikası  Ali  Mәclisi  sәdrinin  tәqdimatı  әsasında  Azәrbaycan  Respublikasının  Prezidenti 

tәyin edir. 

DÖRDÜNCÜ BÖLMӘ

 

YERLİ ÖZÜNÜİDARӘETMӘ

 

I X   f ә s i l  



BӘLӘDİYYӘLӘR 


M a d d ә   1 4 2 .   Yerlәrdә özünüidarәnin tәşkili

 

I. Yerli özünüidarәni bәlәdiyyәlәr hәyata keçirir. 

II. Bәlәdiyyәlәr seçkilәr әsasında yaradılır. 

III. Bәlәdiyyәlәrin statusunun әsasları bu Konstitusiya ilә, bәlәdiyyәlәrә seçkilәrin qaydaları 

isә qanunla müәyyәn edilir. 

M a d d ә   1 4 3 .   Bәlәdiyyәlәrin işinin tәşkili



 

I. Bәlәdiyyә öz fәaliyyәtini iclaslar, daimi vә başqa komissiyalar vasitәsi ilә hәyata keçirir. 

II. Bәlәdiyyәnin iclaslarını bәlәdiyyәnin sәdri çağırır. 

M a d d ә   1 4 4 .   Bәlәdiyyәlәrin sәlahiyyәtlәri



 

I. Bәlәdiyyәlәrin iclaslarında aşağıdakı mәsәlәlәr hәll edilir: 

1)  bәlәdiyyә  üzvlәrinin  sәlahiyyәtlәrinin  tanınması,  qanunla  müәyyәn  edilmiş  hallarda 

onların sәlahiyyәtlәrinin itirilmәsi vә sәlahiyyәtlәrinә xitam verilmәsi; 

2) bәlәdiyyәnin reqlamentinin tәsdiq edilmәsi; 

3) bәlәdiyyәnin sәdrinin vә onun müavinlәrinin, daimi vә başqa komissiyaların seçilmәsi; 

4) yerli vergilәrin vә ödәnişlәrin müәyyәn edilmәsi; 

5) yerli büdcәnin vә onun icrası haqqında hesabatların tәsdiq edilmәsi; 

6) bәlәdiyyә mülkiyyәtinә sahiblik, ondan istifadә vә onun barәsindә sәrәncam; 

7) yerli sosial müdafiә vә sosial inkişaf proqramlarının qәbul vә icra edilmәsi; 

8) yerli iqtisadi inkişaf proqramlarının qәbul vә icra edilmәsi; 

9) yerli ekoloji proqramların qәbul vә icra edilmәsi. 

II.  Bәlәdiyyәlәrә  qanunvericilik  vә  icra  hakimiyyәtlәri  tәrәfindәn  әlavә  sәlahiyyәtlәr  dә 

verilә bilәr . Bu sәlahiyyәtlәrin hәyata keçirilmәsi üçün bәlәdiyyә üzrә müvafiq zәruri maliyyә 

vәsaiti dә ayrılmalıdır. Belә sәlahiyyәtlәrin hәyata keçirilmәsinә müvafiq olaraq qanunvericilik 

vә icra hakimiyyәtlәri nәzarәt edirlәr. 

M a d d ә   1 4 5 .   Bәlәdiyyәlәrin qәrarları

 

I. Bәlәdiyyәnin iclaslarında baxılan mәsәlәlәrә dair qәrarlar qәbul edilir. 

II. Bәlәdiyyәnin qәrarları bәlәdiyyә üzvlәrinin sadә sәs çoxluğu ilә qәbul edilir. 

III. Yerli vergilәr vә ödәnişlәr ilә bağlı qәrarlar bәlәdiyyә üzvlәrinin üçdә iki sәs çoxluğu ilә 

qәbul edilir. 

M a d d ә   1 4 6 .   Bәlәdiyyәlәrin müstәqilliyinin tәminatı 



[28]

 

I.  Bәlәdiyyәlәr  öz  sәlahiyyәtlәrini  hәyata  keçirmәkdә  müstәqildirlәr,  bu  isә  bәlәdiyyә 

әrazisindә  yaşayan  vәtәndaşlar  qarşısında  onların  mәsuliyyәtini  istisna  etmir.  Bәlәdiyyә 

üzvlәrinin  seçilmәsi,  sәlahiyyәtlәrinin  dayandırılması  vә  ya  sәlahiyyәtlәrinә  xitam  verilmәsi, 

bәlәdiyyәlәrin vaxtından әvvәl buraxılması halları vә qaydası qanunla müәyyәn edilir.

 

II.  Bәlәdiyyәlәrin  öz  sәlahiyyәtlәrini  müstәqil  hәyata  keçirmәsi  Azәrbaycan  dövlәtinin 



suverenliyinә xәlәl gәtirә bilmәz.

 



III. Dövlәt bәlәdiyyәlәrin fәaliyyәtinә nәzarәt edir.

 

IV. Qanunla müәyyәn edilmiş hallarda vә qaydada bәlәdiyyәlәr öz fәaliyyәtlәri barәsindә 



Azәrbaycan Respublikasının Milli Mәclisinә hesabat tәqdim edirlәr. 

V.  Bәlәdiyyәlәrin  mәhkәmә  tәrәfindәn  müdafiәsinә,  dövlәt  orqanlarının  qәrarları 

nәticәsindә yaranan әlavә xәrclәrinin ödәnilmәsinә tәminat verilir. 

BEŞİNCİ BÖLMӘ



 

HÜQUQ VӘ QANUN

 

X   f ә s i l  



QANUNVERİCİLİK SİSTEMİ 

M a d d ә   1 4 7 .   Azәrbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvәsi



 

I.  Azәrbaycan  Respublikasının  Konstitusiyası  Azәrbaycan  Respublikasında  әn  yüksәk 

hüquqi qüvvәyә malikdir. 

II. Azәrbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvәyә malikdir. 

III. Azәrbaycan Respublikasının Konstitusiyası Azәrbaycan Respublikasının qanunvericilik 

sisteminin әsasıdır. 

M a d d ә   1 4 8 .   Azәrbaycan Respublikasının qanunvericilik sisteminә daxil 

olan aktlar

 

I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarәtdir: 

1) Konstitusiya; 

2) referendumla qәbul edilmiş aktlar; 

3) qanunlar; 

4) fәrmanlar; 

6) Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin qәrarları; 

6) mәrkәzi icra hakimiyyәti orqanlarının normativ aktları. 

II.  Azәrbaycan  Respublikasının  tәrәfdar  çıxdığı  beynәlxalq  müqavilәlәr  Azәrbaycan 

Respublikasının qanunvericilik sisteminin ayrılmaz tәrkib hissәsidir. 

III.  Naxçıvan  Muxtar  Respublikasında  hәm  dә  Naxçıvan  Muxtar  Respublikasının 

Konstitusiyası  vә  qanunları,  Naxçıvan  Muxtar  Respublikası  Nazirlәr  Kabinetinin  qәrarları 

hüquqi qüvvәyә malikdir. 

IV.  Naxçıvan  Muxtar  Respublikasının  qanunvericilik  sistemi  Azәrbaycan  Respublikasının 

qanunvericilik sisteminә uyğun olmalıdır. 

V. Öz sәlahiyyәtlәri daxilindә yerli icra hakimiyyәti orqanları qanunvericilik sisteminә daxil 

olan aktlara zidd gәlmәyәn normativ xarakterli aktlar qәbul edә bilәrlәr. 

M a d d ә   1 4 9 .   Normativ hüquqi aktlar



 

I. Normativ hüquqi aktlar hüquqa vә haqq-әdalәtә (bәrabәr mәnafelәrә bәrabәr münasibәtә) 

әsaslanmalıdır. 



Yüklə 452,15 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə