Azәrbaycan respublikasinin konstitusiyasi



Yüklə 452,15 Kb.
Pdf görüntüsü
səhifə15/19
tarix24.02.2018
ölçüsü452,15 Kb.
#27565
1   ...   11   12   13   14   15   16   17   18   19

II.  Azәrbaycan  Respublikası  Ali  Mәhkәmәsinin  hakimlәrini  Azәrbaycan  Respublikası 

Prezidentinin tәqdimatı ilә Azәrbaycan Respublikasının Milli Mәclisi tәyin edir. 

III. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin qәrarları dәrc edilmәlidir. 

[27]

 

M a d d ә   1 3 2 .   Azәrbaycan Respublikasının apellyasiya mәhkәmәlәri



 

I.  Azәrbaycan  Respublikasının  apellyasiya  mәhkәmәlәri  qanunla  onların  sәlahiyyәtlәrinә 

aid edilmiş işlәr üzrә yuxarı instansiya mәhkәmәlәridir. 

II.  Azәrbaycan  Respublikasının  apellyasiya  mәhkәmәlәrinin  hakimlәrini  Azәrbaycan 

Respublikası Prezidentinin tәqdimatı ilә Azәrbaycan Respublikasının Milli Mәclisi tәyin edir. 

M a d d ә   1 3 3 .   Azәrbaycan Respublikasının Prokurorluğu



 

I.  Azәrbaycan  Respublikasının  Prokurorluğu  qanunla  nәzәrdә  tutulmuş  qaydada  vә 

hallarda qanunların icra vә tәtbiq olunmasına nәzarәt edir; qanunla nәzәrdә tutulmuş hallarda 

cinayәt  işlәri  başlayır  vә  istintaq  aparır;  mәhkәmәdә  dövlәt  ittihamını  müdafiә  edir; 

mәhkәmәdә iddia qaldırır; mәhkәmә qәrarlarından protest verir. 

II.  Azәrbaycan  Respublikasının  Prokurorluğu  әrazi  vә  ixtisaslaşdırılmış  prokurorların 

Azәrbaycan  Respublikası  Baş  prokuroruna  tabeliyinә  әsaslanan  vahid  mәrkәzlәşdirilmiş 

orqandır. 

III.  Azәrbaycan  Respublikasının  Baş  prokurorunu  Azәrbaycan  Respublikasının  Prezidenti 

Azәrbaycan Respublikası Milli Mәclisinin razılığı ilә vәzifәyә tәyin vә vәzifәdәn azad edir. 

IV.  Azәrbaycan  Respublikası  Baş  prokurorunun  müavinlәrini,  respublika  ixtisaslaşdırlmış 

prokurorluqlarına rәhbәrlik edәn prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu 

Azәrbaycan  Respublikası  Baş  prokurorunun  tәqdimatı  ilә  Azәrbaycan  Respublikasının 

Prezidenti vәzifәyә tәyin vә vәzifәdәn azad edir. 

V.  Әrazi  vә  ixtisaslaşdırılmış  prokurorları  Azәrbaycan  Respublikası  Prezidentinin  razılığı 

ilә Azәrbaycan Respublikasının Baş prokuroru vәzifәyә tәyin vә vәzifәdәn azad edir. 

V I I I   f ә s i l  

NAXÇIVAN MUXTAR RESPUBLİKASI 

M a d d ә   1 3 4 .   Naxçıvan Muxtar Respublikasının statusu



 

I. Naxçıvan Muxtar Respublikası Azәrbaycan Respublikasının tәrkibindә muxtar dövlәtdir. 

II. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilә müәyyәn edilir. 

III. Naxçıvan Muxtar Respublikası Azәrbaycan Respublikasının ayrılmaz tәrkib hissәsidir. 

IV.  Azәrbaycan  Respublikası  Konstitusiyası,  qanunları,  Azәrbaycan  Respublikası 

Prezidentinin  fәrmanları  vә  Azәrbaycan  Respublikası  Nazirlәr  Kabinetinin  qәrarları  Naxçıvan 

Muxtar Respublikasının әrazisindә mәcburidir. 

V.  Naxçıvan  Muxtar  Respublikası  Ali  Mәclisinin  qәbul  etdiyi  Naxçıvan  Muxtar 

Respublikasının  Konstitusiyası  vә  qanunları  müvafiq  olaraq  Azәrbaycan  Respublikasının 

Konstitusiyasına vә qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlәr Kabinetinin qәbul 

etdiyi  qәrarlar  Azәrbaycan  Respublikası  Konstitusiyasına,  qanunlarına,  Azәrbaycan 



Respublikası  Prezidentinin  fәrmanlarına,  Azәrbaycan  Respublikası  Nazirlәr  Kabinetinin 

qәrarlarına zidd olmamalıdır. 

VI.  Naxçıvan  Muxtar  Respublikasının  Konstitusiyası  Azәrbaycan  Respublikasının  Milli 

Mәclisinә  Azәrbaycan  Respublikasının  Prezidenti  tәrәfindәn  tәqdim  edilir  vә  Konstitusiya 

qanunu ilә tәsdiq edilir. 

M a d d ә   1 3 5 .   Naxçıvan Muxtar Respublikasında hakimiyyәtlәrin bölünmәsi



 

I.  Naxçıvan  Muxtar  Respublikasının  qanunvericilik  hakimiyyәtini  Naxçıvan  Muxtar 

Respublikasının  Ali  Mәclisi,  icra  hakimiyyәtini  Naxçıvan  Muxtar  Respublikasının  Nazirlәr 

Kabineti,  mәhkәmә  hakimiyyәtini  Naxçıvan  Muxtar  Respublikasının  mәhkәmәlәri  hәyata 

keçirir. 

II. Naxçıvan Muxtar Respublikasının Ali Mәclisi Azәrbaycan Respublikasının Konstitusiyası 

vә  qanunları  ilә  onun  sәlahiyyәtlәrinә  aid  edilәn  mәsәlәlәrin  hәllindә,  Naxçıvan  Muxtar 

Respublikasının  Nazirlәr  Kabineti  Azәrbaycan  Respublikasının  Konstitusiyası,  qanunları  vә 

Azәrbaycan  Respublikası  Prezidentinin  fәrmanları  ilә  onun  sәlahiyyәtlәrinә  aid  edilәn 

mәsәlәlәrin  hәllindә,  Naxçıvan  Muxtar  Respublikasının  mәhkәmәlәri  isә  Azәrbaycan 

Respublikası  Konstitusiyası  vә  qanunlar  ilә  onların  sәlahiyyәtlәrinә  aid  edilәn  mәsәlәlәrin 

hәllindә müstәqildirlәr. 

M a d d ә   1 3 6 .   Naxçıvan Muxtar Respublikasının ali vәzifәli şәxsi

 

Naxçıvan  Muxtar  Respublikasının  ali  vәzifәli  şәxsi  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Mәclisinin sәdridir. 

M a d d ә   1 3 7 .   Naxçıvan Muxtar Respublikasının Ali Mәclisi



 

I. Naxçıvan Muxtar Respublikasının Ali Mәclisi 45 üzvdәn ibarәtdir. 

II. Naxçıvan Muxtar Respublikası Ali Mәclisinin sәlahiyyәt müddәti 5 ildir. 

III.  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Mәclisi  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Mәclisinin sәdrinin vә onun müavinlәrini seçir, daimi vә digәr komissiyalar tәşkil edir. 

M a d d ә   1 3 8 .   Naxçıvan Muxtar Respublikası Ali Mәclisinin müәyyәn etdiyi 



ümumi qaydalar

 

I.  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Mәclisi  aşağıdakılara  dair  ümumi  qaydalar 

müәyyәn edir: 

1) Naxçıvan Muxtar Respublikasının Ali Mәclisinә seçkilәr; 

2) vergilәr; 

3) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamәtlәri; 

4) sosial tәminat; 

5) әtraf mühitin qorunması; 

6) turizm; 

7) sәhiyyә, elm, mәdәniyyәt. 




Yüklə 452,15 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə