II. Azәrbaycan Respublikasının Baş naziri, cinayәt başında yaxalanma hallarından başqa
tutula bilmәz, cinayәt mәsuliyyәtinә cәlb edilә bilmәz, onun barәsindә mәhkәmә qaydasında
inzibati tәnbeh tәdbirlәri tәtbiq edilә bilmәz, axtarışa mәruz qala bilmәz, şәxsi müayinә edilә
bilmәz.
III. Azәrbaycan Respublikasının Baş naziri cinayәt başında yaxalanarsa, tutula bilәr. Belә
olduqda onu tutan orqan bu barәdә dәrhal Azәrbaycan Respublikasının Baş prokuroruna xәbәr
vermәlidir.
IV. Azәrbaycan Respublikası Baş nazirinin toxunulmazlığına yalnız Azәrbaycan
Respublikası Baş prokurorunun tәqdimatına әsasәn Azәrbaycan Respublikasının Prezidenti
tәrәfindәn xitam verilә bilәr.
M a d d ә 1 2 4 . Yerlәrdә icra hakimiyyәti
I. Yerlәrdә icra hakimiyyәtini yerli icra hakimiyyәtlәrinin başçıları hәyata keçirirlәr.
II. İcra hakimiyyәti başçılarını Azәrbaycan Respublikasının Prezidenti vәzifәyә tәyin vә
vәzifәdәn azad edir.
III. Yerli icra hakimiyyәtlәrinin sәlahiyyәtlәrini Azәrbaycan Respublikasının Prezidenti
müәyyәn edir.
V I I f ә s i l
MӘHKӘMӘ HAKİMİYYӘTİ
M a d d ә 1 2 5 . Mәhkәmә hakimiyyәtinin hәyata keçirilmәsi
I. Azәrbaycan Respublikasında mәhkәmә hakimiyyәtini әdalәt mühakimәsi yolu ilә yalnız
mәhkәmәlәr hәyata keçirirlәr.
II. Mәhkәmә hakimiyyәtini Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsi,
Azәrbaycan Respublikasının Ali Mәhkәmәsi, Azәrbaycan Respublikasının apellyasiya
mәhkәmәlәri, Azәrbaycan Respublikasının ümumi mәhkәmәlәri vә digәr ixtisaslaşdırılmış
mәhkәmәlәri hәyata keçirirlәr.
III. Mәhkәmә hakimiyyәti Konstitusiya, mülki vә cinayәt mәhkәmә icraatı vasitәsi ilә vә
qanunla nәzәrdә tutulmuş digәr vasitәlәr ilә hәyata keçirilir.
IV. Cinayәt mәhkәmә icraatında Azәrbaycan Respublikasının Prokurorluğu vә müdafiә
tәrәfi iştirak edir.
V. Mәhkәmә quruluşu vә mәhkәmә icraatı qaydası qanunla müәyyәn olunur.
VI. Mәhkәmәlәrin sәlahiyyәtlәrinin dәyişdirilmәsi mәqsәdi ilә müәyyәn olunmamış hüquqi
üsulların tәtbiq edilmәsi vә fövqәladә mәhkәmәlәrin yaradılması qadağandır.
VII. Mәhkәmә icraatı hәqiqәtin müәyyәn edilmәsini tәmin etmәlidir.
[24]
M a d d ә 1 2 6 . Hakimliyә namizәdlәrә aid tәlәblәr
I. Yaşı 30-dan aşağı olmayan, seçkilәrdә iştirak etmәk hüququna malik olan, ali hüquq
tәhsilli vә hüquqşünas ixtisası üzrә 5 ildәn artıq işlәyәn Azәrbaycan Respublikası vәtәndaşları
hakim ola bilәrlәr.
II. Hakimlәr heç bir başqa seçkili vә tәyinatlı vәzifә tuta bilmәzlәr, elmi, pedaqoji vә
yaradıcılıq fәaliyyәtindәn başqa heç bir sahibkarlıq, kommersiya vә digәr ödәnişli fәaliyyәtlә
mәşğul ola bilmәzlәr, siyasi fәaliyyәtlә mәşğul ola bilmәz vә siyasi partiyalara üzv ola
bilmәzlәr, vәzifә maaşından, habelә elmi, pedaqoji vә yaradıcılıq fәaliyyәtinә görә aldığı
vәsaitdәn başqa mәvacib ala bilmәzlәr.
M a d d ә 1 2 7 . Hakimlәrin müstәqilliyi, әdalәt mühakimәsinin hәyata
keçirilmәsinin әsas prinsiplәri vә şәrtlәri
I. Hakimlәr müstәqildir, yalnız Azәrbaycan Respublikasının Konstitusiyasına vә
qanunlarına tabedirlәr vә sәlahiyyәtlәri müddәtindә dәyişilmәzdirlәr.
II. Hakimlәr işlәrә qәrәzsiz, әdalәtlә, tәrәflәrin hüquq bәrabәrliyinә, faktlara әsasәn vә
qanuna müvafiq baxırlar.
III. Hәr hansı bir şәxs tәrәfindәn vә hәr hansı bir sәbәbdәn bilavasitә, yaxud dolayı yolla
mәhkәmә icraatına mәhdudiyyәt qoyulması, qanunla zidd tәsir, hәdә vә müdaxilә edilmәsi
yolverilmәzdir.
IV. Әdalәt mühakimәsi vәtәndaşların qanun vә mәhkәmә qarşısında bәrabәrliyi әsasında
hәyata keçirilir.
V. Bütün mәhkәmәlәrdә işlәrin icraatı açıq aparılır.
İşә qapalı iclasda baxılmasına yalnız o halda icazә verilir ki, mәhkәmә açıq icraatın dövlәt,
peşә vә kommersiya sirrinin açılmasına sәbәb olacağını güman edir, ya da vәtәndaşların şәxsi
vә ya ailә hәyatının mәxfiliyini qorumaq zәrurәtini mövcudluğunu müәyyәn edir.
VI. Qanunda nәzәrdә tutulmuş hallar istisna olmaqla, cinayәt işlәrinin qiyabi mәhkәmә
icraatına yol verilmir.
VII. Mәhkәmә icraatı çәkişmә prinsipi әsasında hәyata keçirilir.
VIII. Mәhkәmә icraatının istәnilәn mәrhәlәsindә hәr kәsin müdafiә hüququ tәmin olunur.
IX. Әdalәt mәhkәmәsi tәqsirsizlik prezumpsiyasına әsaslanır.
X. Azәrbaycan Respublikasında mәhkәmә icraatı Azәrbaycan Respublikasının dövlәt
dilindә vә ya müvafiq yerin әhalisinin çoxluq tәşkil edәn hissәsinin dilindә aparılır. İşin
iştirakçısı olub mәhkәmә icraatının aparıldığı dili bilmәyәn şәxslәrin işin materialları ilә tam
tanış olmaq, mәhkәmәdә tәrcümәçi vasitәsi ilә iştirak etmәk vә mәhkәmәdә ana dilindә çıxış
etmәk hüququ tәmin edilir.
M a d d ә 1 2 8 . Hakimlәrin toxunulmazlığı
I. Hakimlәr toxunulmazdırlar.
II. Hakim cinayәt mәsuliyyәtinә yalnız qanunda nәzәrdә tutulan qaydada cәlb oluna bilәr.
III. Hakimlәrin sәlahiyyәtlәrinә yalnız qanunda nәzәrdә tutulmuş әsaslara vә qaydalara
müvafiq surәtdә xitam verilә bilәr.
IV. Hakimlәrin vәzifәdәn kәnarlaşdırılması tәşәbbüsünü hakimlәr cinayәt törәtdikdә
Azәrbaycan Respublikasının Prezidenti Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin rәyi
әsasında Azәrbaycan Respublikasının Milli Mәclisi qarşısında irәli sürә bilәr. Müvafiq rәyi
Azәrbaycan Respublikasının Ali Mәhkәmәsi Azәrbaycan Respublikası Prezidentinin
sorğusundan sonra 30 gün müddәtindә tәqdim etmәlidir.