Azәrbaycan respublikasinin konstitusiyasi



Yüklə 452,15 Kb.
Pdf görüntüsü
səhifə10/19
tarix24.02.2018
ölçüsü452,15 Kb.
#27565
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

II.  And içdiyi  gündәn  Azәrbaycan  Respublikasının Prezidenti  öz  sәlahiyyәtlәrinin  icrasına 

başlamış sayılır. 

M a d d ә   1 0 4 .   Azәrbaycan Respublikası Prezidentinin öz sәlahiyyәtlәrini 

daimi icra edә bilmәmәsi

 

I.  Azәrbaycan  Respublikasının  Prezidenti  istefa  verdikdә,  sәhhәtinә  görә  öz 

sәlahiyyәtlәrinin  icra  etmәk  qabiliyyәtini  tamamilә  itirdikdә,  bu  Konstitusiya  ilә  nәzәrdә 

tutulmuş  hallarda  vә  qaydada  vәzifәsindәn  kәnarlaşdırıldıqda  vaxtından  әvvәl  vәzifәdәn 

getmiş sayılır. 

II.  Azәrbaycan  Respublikasının  Prezidenti  istefa  verdikdә  onun  istefa  әrizәsi  Azәrbaycan 

Respublikasının  Konstitusiya  Mәhkәmәsinә  tәqdim  olunur.  Azәrbaycan  Respublikasının 

Konstitusiya  Mәhkәmәsi  istefa  әrizәsini  Azәrbaycan  Respublikası  Prezidentinin  özünün 

verdiyinә  әmin  olduğu  tәqdirdә  Azәrbaycan  Respublikası  Prezidentinin  istefasının  qәbul 

olunması  haqqında  qәrar  qәbul  edir.  Hәmin  andan  Azәrbaycan  Respublikasının  Prezidenti 

istefa verdiyinә görә vәzifәdәn getmiş sayılır. 

III.  Azәrbaycan  Respublikası  Prezidentinin  sәhhәtinә  görә  öz  sәlahiyyәtlәrini  icra  etmәk 

qabiliyyәtini  tamamilә  itirdiyi  barәdә  mәlumat  verildikdә  Azәrbaycan  Respublikasının  Milli 

Mәclisi  bu  faktın  aydınlaşdırılması  üçün  Azәrbaycan  Respublikasının  Konstitusiya 

Mәhkәmәsinә  müraciәt  edir.  Azәrbaycan  Respublikasının  Konstitusiya  Mәhkәmәsi  bu  barәdә 

qәrarı hakimlәrin 6 sәs çoxluğu ilә qәbul edir. Әgәr Azәrbaycan Respublikasının Konstitusiya 

Mәhkәmәsi bu faktı tәsdiq etmәzsә, mәsәlә bununla bitmiş sayılır. 

M a d d ә   1 0 5 .   Azәrbaycan Respublikası Prezidenti vәzifәdәn getdikdә onun 



sәlahiyyәtlәrinin icrası

 

I. Azәrbaycan Respublikasının Prezidenti vaxtından әvvәl vәzifәdәn getdikdә üç ay әrzindә 

növbәdәnkәnar Azәrbaycan Respublikasının Prezidenti seçkilәri keçirilir. Bu halda Azәrbaycan 

Respublikasının  yeni  Prezidenti  seçilәnәdәk  Azәrbaycan  Respublikasının  Prezidenti 

sәlahiyyәtlәrini Azәrbaycan Respublikasının Baş naziri icra edir. 

II.  Bu  müddәt  әrzindә  Azәrbaycan  Respublikası  Prezidentinin  sәlahiyyәtlәrini  icra  edәn 

Azәrbaycan  Respublikasının  Baş  naziri  istefa  verdikdә,  sәhhәtinә  görә  öz  sәlahiyyәtlәrini  icra 

etmәk qabiliyyәtini tamamilә itirdikdә Azәrbaycan Respublikası Prezidentinin sәlahiyyәtlәrini 

Azәrbaycan Respublikası Milli Mәclisinin sәdri icra edir. 

III.  Bu  maddәnin  II  hissәsindә  göstәrilәn  sәbәblәrә  görә  Azәrbaycan  Respublikası 

Prezidentinin  sәlahiyyәtlәrini  Azәrbaycan  Respublikası  Milli  Mәclisi  sәdrinin  icra  etmәsi 

mümkün  olmadıqda  Azәrbaycan  Respublikasının  Milli  Mәclisi  Azәrbaycan  Respublikası 

Prezidentinin sәlahiyyәtlәrinin başqa vәzifәli şәxs tәrәfindәn icrası haqqında qәrar qәbul edir. 

M a d d ә   1 0 6 .   Azәrbaycan Respublikası Prezidentinin toxunulmazlığı



 

Azәrbaycan  Respublikasının  Prezidenti  toxunulmazlıq  hüququna  malikdir.  Azәrbaycan 

Respublikası Prezidentinin şәrәf vә lәyaqәti qanunla qorunur. 



M a d d ә   1 0 7 .   Azәrbaycan Respublikası Prezidentinin vәzifәdәn 

kәnarlaşdırılması

 

I.  Azәrbaycan  Respublikası  Prezidentinin  vәzifәdәn  kәnarlaşdırılması  tәşәbbüsü 

Azәrbaycan  Respublikasının  Prezidenti  ağır  cinayәt  törәtdikdә  Azәrbaycan  Respublikası 

Konstitusiya Mәhkәmәsinin tәşәbbüsü ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin 30 gün 

müddәtindә  verilәn  rәyi  әsasında  Azәrbaycan  Respublikasının  Milli  Mәclisi  qarşısında  irәli 

sürülә bilәr. 

II.  Azәrbaycan  Respublikası  Milli  Mәclisinin  deputatlarının  95  sәs  çoxluğu  ilә  qәbul 

olunmuş qәrar әsasında Azәrbaycan Respublikasının Prezidenti vәzifәdәn kәnarlaşdırıla bilәr. 

Bu  qәrarı  Azәrbaycan  Respublikası  Konstitusiya  Mәhkәmәsinin  sәdri  imzalayır.  Azәrbaycan 

Respublikasının  Konstitusiya  Mәhkәmәsi  hәmin  qәrarın  imzalanmasına  bir  hәftә  әrzindә 

tәrәfdar çıxmazsa, qәrar qüvvәyә minmir. 

III.  Azәrbaycan  Respublikası  Prezidentinin  vәzifәdәn  kәnarlaşdırılması  haqqında  qәrar 

Azәrbaycan  Respublikası  Konstitusiya  Mәhkәmәsinin  Azәrbaycan  Respublikasının  Milli 

Mәclisinә  müraciәt  etdiyi  gündәn  başlayaraq  2  ay  әrzindә  qәbul  olunmalıdır.  Bu  müddәtә 

göstәrilәn qәrar qәbul edilmәsә, Azәrbaycan Respublikasının Prezidentinә qarşı irәli sürülmüş 

ittiham rәdd edilmiş sayılır. 

M a d d ә   1 0 8 .   Azәrbaycan Respublikası Prezidentinin tәminatı

 

I.  Azәrbaycan  Respublikasının  Prezidenti  vә  onun  ailәsi  dövlәt  hesabına  tәmin  edilir. 

Azәrbaycan  Respublikası  Prezidentinin  vә  onun  ailәsinin  tәhlükәsizliyini  xüsusi  mühafizә 

xidmәtlәri tәmin edir. 

II.  Әvvәllәr  Azәrbaycan  Respublikasının  Prezidenti  seçilmiş  şәxsin  tәminatı  qaydaları 

Konstitusiya qanunu ilә müәyyәn edilir. 



[22]

 

M a d d ә   1 0 9 .   Azәrbaycan Respublikası Prezidentinin sәlahiyyәtlәri 



[23]

 

Azәrbaycan Respublikasının Prezidenti: 

1) Azәrbaycan Respublikasının Milli Mәclisinә seçkilәri tәyin edir; 

2) Azәrbaycan Respublikasının dövlәt büdcәsini Azәrbaycan Respublikası Milli Mәclisinin 

tәsdiqinә tәqdim edir; 

3) dövlәt iqtisadi vә sosial proqramlarını tәsdiq edir; 

4)  Azәrbaycan  Respublikası  Milli  Mәclisinin  razılığı  ilә  Azәrbaycan  Respublikasının  Baş 

nazirini vәzifәyә tәyin edir; Azәrbaycan Respublikasının Baş nazirini vәzifәdәn azad edir; 

5) Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin üzvlәrini vәzifәyә tәyin vә vәzifәdәn azad 

edir; zәruri hallarda Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin iclaslarına sәdrlik edir

6) Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin istefası haqqında qәrar qәbul edir; 

7) Azәrbaycan Respublikasının dövlәt büdcәsindә icra hakimiyyәti üçün nәzәrdә tutulmuş 

xәrclәr çәrçivәsindә mәrkәzi vә yerli icra hakimiyyәti orqanları yaradır; 

8)  Azәrbaycan  Respublikası  Nazirlәr  Kabinetinin  vә  Naxçıvan  Muxtar  Respublikası 

Nazirlәr  Kabinetinin  qәrar  vә  sәrәncamlarını,  mәrkәzi  vә  yerli  icra  hakimiyyәti  orqanlarının 

aktlarını lәğv edir; 




Yüklə 452,15 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə