Azәrbaycan respublikasinin konstitusiyasi



Yüklə 452,15 Kb.
Pdf görüntüsü
səhifə17/19
tarix24.02.2018
ölçüsü452,15 Kb.
#27565
1   ...   11   12   13   14   15   16   17   18   19

II.  Referendumla  qәbul  olunmuş  aktlar  yalnız  dәrc  edildikdә  onların  tәtbiqi  vә  icrası 

vәtәndaşlar, qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti, hüquqi şәxslәr vә bәlәdiyyәlәr üçün 

mәcburidir. 

III.  Qanunlar  Konstitusiyaya  zidd  olmamalıdır.  Yalnız  dәrc  edilmiş  qanunların  tәtbiqi  vә 

icrası  bütün  vәtәndaşlar,  qanunvericilik,  icra  vә  mәhkәmә  hakimiyyәti,  hüquqi  şәxslәr  vә 

bәlәdiyyәlәr üçün mәcburidir. 

IV.  Azәrbaycan  Respublikası  Prezidentinin  fәrmanları  Azәrbaycan  Respublikasının 

Konstitusiyasına  vә  qanunlarına  zidd  olmamalıdır.  Yalnız  dәrc  edilmiş  fәrmanların  tәtbiqi  vә 

icrası bütün vәtәndaşlar, icra hakimiyyәti orqanları, hüquqi şәxslәr üçün mәcburidir. 

V.  Azәrbaycan  Respublikası  Nazirlәr  Kabinetinin  qәrarları  Azәrbaycan  Respublikasının 

Konstitusiyasına,  qanunlarına  vә  Azәrbaycan  Respublikası  Prezidentinin  fәrmanlarına  zidd 

olmamalıdır.  Azәrbaycan  Respublikası  Nazirlәr  Kabinetinin  qәrarları  yalnız  dәrc  edildikdә 

onların tәtbiqi vә icrası vәtәndaşlar, mәrkәzi vә yerli icra hakimiyyәti orqanları, hüquqi şәxslәr 

üçün mәcburidir. 

VI.  Mәrkәzi  icra  hakimiyyәti  orqanlarının  aktları  Azәrbaycan  Respublikasının 

Konstitusiyasına,  qanunlarına,  Azәrbaycan  Respublikası  Prezidentinin  fәrmanlarına  vә 

Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin qәrarlarına zidd olmamalıdır. 

VII.  Fiziki  vә  hüquqi  şәxslәrin  hüquqi  vәziyyәtini  yaxşılaşdıran,  hüquq  mәsuliyyәtini 

aradan  qaldıran  vә  ya  yüngüllәşdirәn  normativ  hüquqi  aktların  qüvvәsi  geriyә  şamil  edilir. 

Başqa normativ hüquqi aktların qüvvәsi geriyә şamil edilmir. 

VIII.  Normativ  hüquqi  aktlar  dәrc  edilmәlidir.  Heç  kәs  dәrc  edilmәyәn  normativ  hüquqi 

aktın  icrasına  (ona  riayәt  olunmasına)  mәcbur  edilә  bilmәz  vә  belә  aktın  icra  olunmamasına 

(ona riayәt olunmamasına) görә mәsuliyyәtә cәlb edilә bilmәz. Normativ hüquqi aktların dәrc 

edilmәsi qaydası Konstitusiya qanunu ilә müәyyәn edilir. 



[29]

 

M a d d ә   1 5 0 .   Bәlәdiyyә aktları



 

I. Bәlәdiyyәlәrin qәbul etdiklәri aktlar hüquqa vә haqq-әdalәtә (bәrabәr mәnafelәrә bәrabәr 

münasibәtә)  әsaslanmalı,  Azәrbaycan  Respublikasının  Konstitusiyasına,  qanunlarına, 

Azәrbaycan  Respublikası  Prezidentinin  fәrmanlarına,  Azәrbaycan  Respublikası  Nazirlәr 

Kabinetinin  qәrarlarına  (Naxçıvan  Muxtar  Respublikasında  isә  hәm  dә  Naxçıvan  Muxtar 

Respublikasının  Konstitusiyasına,  qanunlarına,  Naxçıvan  Muxtar  Respublikası  Nazirlәr 

Kabinetinin qәrarlarına) zidd olmamalıdır. 

II.  Bәlәdiyyәlәrin  qәbul  etdiyi  aktın  icrası  onun  әrazisindә  yaşayan  vәtәndaşlar  vә  onun 

әrazisindә yerlәşәn hüquqi şәxslәr üçün mәcburidir. 

M a d d ә   1 5 1 .   Beynәlxalq aktların hüquqi qüvvәsi



 

Azәrbaycan Respublikasının qanunvericilik sisteminә daxil olan normativ hüquqi aktlar ilә 

(Azәrbaycan  Respublikasının  Konstitusiyası  vә  referendumla  qәbul  edilәn  aktlar  istisna 

olmaqla)  Azәrbaycan  Respublikasının  tәrәfdar  çıxdığı  dövlәtlәrarası  müqavilәlәr  arasında 

ziddiyyәt yaranarsa, hәmin beynәlxalq müqavilәlәr tәtbiq edilir. 

X I   f ә s i l  



AZӘRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINDA DӘYİŞİKLİKLӘR 


M a d d ә   1 5 2 .   Azәrbaycan Respublikasının Konstitusiyasında dәyişikliklәrin 

qәbul edilmәsi qaydası

 

Azәrbaycan  Respublikası  Konstitusiyasının  mәtnindә  dәyişikliklәr  yalnız  referendumla 

qәbul edilә bilәr. 

M a d d ә   1 5 3 .   Azәrbaycan Respublikası Konstitusiyasının mәtnindә 



dәyişikliklәrin tәklif edilmәsi qaydası

 

Azәrbaycan 

Respublikası 

Konstitusiyasının 

mәtnindә 

dәyişikliklәri 

Azәrbaycan 

Respublikasının Milli Mәclisi vә ya Azәrbaycan Respublikasının Prezidenti tәklif etdikdә, tәklif 

olunan  dәyişikliklәrә  dair  әvvәlcәdәn  Azәrbaycan  Respublikası  Konstitusiya  Mәhkәmәsinin 

rәyi alınır. 

M a d d ә   1 5 4 .   Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin 

sәlahiyyәtlәrinin mәhdudlaşdırılması

 

Azәrbaycan  Respublikasının  Konstitusiya  Mәhkәmәsi  referendumla  qәbul  olunmuş 

Azәrbaycan  Respublikası  Konstitusiyasının  mәtnindә  dәyişikliklәrә  dair  qәrar  qәbul  edә 

bilmәz. 


M a d d ә   1 5 5 .   Azәrbaycan Respublikasının Konstitusiyasında dәyişikliklәr 

tәklif edilmәsi tәşәbbüsünün mәhdudlaşdırılması

 

Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci vә 21-ci maddәlәrindә dәyişikliklәr vә ya onların 

lәğv  edilmәsi  haqqında,  III-cü  fәslindә  nәzәrdә  tutulmuş  insan  vә  vәtәndaş  hüquqları  vә 

azadlıqlarının  lәğvi  vә  ya  Azәrbaycan  Respublikasının  tәrәfdar  çıxdığı  beynәlxalq 

müqavilәlәrdә  nәzәrdә  tutulduğundan  daha  artıq  dәrәcәdә  mәhdudlaşdırılması  haqqında 

tәkliflәr referenduma çıxarıla bilmәz. 

X I I   f ә s i l  

AZӘRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINA ӘLAVӘLӘR 

M a d d ә   1 5 6 .   Azәrbaycan Respublikasının Konstitusiyasına әlavәlәrin qәbul 



edilmәsi qaydası

 

I.  Azәrbaycan  Respublikası  Konstitusiyasına  әlavәlәr  Azәrbaycan  Respublikasının  Milli 

Mәclisindә 95 sәs çoxluğu ilә Konstitusiya qanunları şәklindә qәbul edilir. 

II.  Azәrbaycan  Respublikasının  Konstitusiyasına  әlavәlәr  haqqında  Konstitusiya  qanunları 

Azәrbaycan  Respublikasının  Milli  Mәclisindә  iki  dәfә  sәsә  qoyulur.  İkinci  sәsvermә  birinci 

sәsvermәdәn 6 ay sonra keçirilir. 

III. Azәrbaycan Respublikasının Konstitusiyasına әlavәlәr haqqında Konstitusiya qanunları 

hәm  birinci,  hәm  dә  ikinci  sәsvermәdәn  sonra  bu  konstitusiyada  qanunlar  üçün  nәzәrdә 

tutulmuş qaydada Azәrbaycan Respublikası Prezidentinә imzalanmaq üçün tәqdim olunur. 



Yüklə 452,15 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə