Azərbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ DÖVLƏt komiTƏSİNİn kollegiyasi



Yüklə 286,91 Kb.
səhifə41/152
tarix11.05.2022
ölçüsü286,91 Kb.
#86656
1   ...   37   38   39   40   41   42   43   44   ...   152
844-2015

Hazırlıq proseduru

Yaş şəkildə aparılan qəbul sınağı

24 saat suda saxlama

Quru şəkildə aparılan qəbul sınağı

7 gün ± 1 gün uyğun laboratoriya şəraitində

Növ sınağı

Əyilmə sınağına qədər 7 gün ± 1 gün uyğun laboratoriya səraitində, 24 saat suya daldırılmaqla.

 

7.3.2.1.2   Ölçmə vasitələri

7.3.2.1.2.1 Qüvvəni tətbiq edərkən sabit deformasiya dərəcəsi nümayiş etdirən (bu cihazı tətbiq etmək mümkün olmadıqda, sabit qüvvə dərəcəsi qəbul oluna bilər) və ölçmə dəqiqliyi və təkrarlanma dərəcəsi 3% və ya daha az olan Əyilmə anını ölçən cihaz (bax Şəkil A.18):

Eyni üfüqi müstəvidə yerləşdirilmiş və nümunənin enindən daha uzun olan iki paralel dayaq (biri bərkidilmiş). Hər bir dayağın üst tərəfi düz olmalı və eni 50 mm təşkil etməlidir. Dayaqların arasında təmiz məsafə 1,10 m olmalıdır. 



Dayaqlarla eyni uzunluqda olan, möhkəm bərkidilmiş, eni 230 mm təşkil edən və dayaqlara parallel və eyni məsafəli (ekvidistant) olan yük balansiri. Bu, mexanizmə çevik birləşmə ilə bağlanacaq.

Qalınlığa təqribən 10 mm olan fetr və ya yumşaq materialdan üç ədəd lent.



            7.3.2.1.3          Prosedur

Qofrun hündürlüyü 80 mm-dən çox olan lövhələr üçün dayaqlar arasındakı məsafə qofrun hündürlüyündən 15 dəfə çox olmaqla artırılmalıdır.

1,20 m-dən qısa olan lövhələr üçün dayaqlar arasındakı məsafə minimum 700 mm-dək azaldılmalı və ya qofrun hündürlüyündən 12 dəfə çox olmalıdır (hansının daha böyük olmasından asılı olaraq) və yük balansirinin eni bu məsafə ilə nisbətdə 1,10 m-dək azaldılmalıdır.

Nümunəni qofrlarla düz bucaq altında kəsişən dayaqların üzərinə qoyun və fetrdən və ya yumşaq materialdan olan lentlərin yerini dəyişməklə mərkəzə tətbiq olunmuş qüvvəni yastı balansirlə bərabər paylayın.    

Sinfi müəyyən edən qüvvənin 20% və 70%-i arasında qüvvə tətbiq etdikdə, mm ilə təyin edilən deformasiyanı ölçün.

Tətbiq edilən qüvvənin həddi elə olmalıdır ki, qırılma qüvvəsinin tətbiq olunmasından sonra 10 s və 45 s arasında baş versin.

F qırılma qüvvəsini qeydə alın.

            7.3.2.1.4          Nəticələrin ifadə edilməsi və şərhi

eninə aid edilən qırılma qüvvəsi aşağıdakı düsturla tapılır:

F=      x103

Ls məsafəsi 1100 mm götürüldükdə, 5.3.3.1 maddəsində Cədvəl 3 ilə müqayisədə qırılma qüvvəsi aşağıdakı kimi müəyyən olunur:

F=      x    103

burada,


Fs         qırılma sınağında enin hər metrinə düşən qırılma qüvvəsi (nyutonla);

F          qırılma sınağında enin hər metrinə olan qırılma qüvvəsi (nyutonla);

b          qırılma sınağında nümunənin dayaqlara parallel olan ölçüsü (millimetrlə);

ls          dayaqlar arasında təmiz məsafə (millimetrlə).

Yaş şəkildə sınaqdan keçirilmiş nümunələr üçün sınağın nəticələri qırılma qüvvəsi ilə əlaqədar Cədvəl 3-də (bax maddə 5.3.3.1) verilmiş spesifikasiyaya və deformasiya ilə əlaqədar 5.3.3.2 maddəsində verilmiş spesifikasiyaya uyğun olmalıdır.

Quru şəkildə sınaq edilmiş nümunələr üçün:

C Əlavəsində verilmiş metoddan istifadə edərək müvafiq yo qiymətini hesablayın, bu halda yo qiyməti Cədvəl 3-də (bax 5.3.3.1) verilmiş spesifikasiyaya uyğun olmalıdır və ya

C Əlavəsində verilmiş metoddan istifadə edərək xstd spesifikasiyaları üçün düzəliş edilmiş müvafiq variant hesablayın, bu halda quru halda aparılmış sınaq nəticələri düzəliş edilmiş qiymətə uyğun olmalıdır.


Yüklə 286,91 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə