Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə7/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   2   3   4   5   6   7   8   9   10   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
21
ölkə ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı. Əslində, onların bu 
məsələyə heç bir aidiyyəti yox idi. Nə üçün burada Almaniya, İngiltərə iştirak 
etmirdi?  Nə  üçün  Avropanın  digər  ölkələri  bu  məsələdən  kənarda  qaldılar? 
Niyə bu proseslərə Şərq ölkələrinin təmsilçiləri və ya bu tipli münaqişələrdən 
əziyyət  çəkən  dövlətlər  qatılmadı?  Üç  həmsədr  ölkənin  təmsilçiləri  işğalçıya 
mənəvi və siyasi arxa kimi çıxış etdilər. Son nəticədə yenə də bölgədə yüz illik 
münaqişələrin ilhamvericisi və aparıcı qüvvəsi kimi çıxış edən Ermənistan müka-
fatlandırildı. Çünki ermənilər xristian, azərbaycanlılar isə müsəlman olduqlarına 
görə münaqişə dini çalara malik idi [4, s.155] və buna görə də Ermənistana xris-
tian birliyinin dəstəyi göstərilirdi. Burada istər Qərb, istərsə də Rusiya mövcud 
münaqişəni deyil, əslində özləri üçün olduqca mühüm həyati məna kəsb edən 
geosiyasi problemi həll etməyə cəhd edirdilər. Türkdilli dövlət olan Azərbaycan 
Xəzər  dənizi  hövzəsindəki  və  türkdilli  Orta  Asiya  respublikalarındakı  zəngin 
neft və qaz ehtiyatlarının açarı kimi həm də öz ərazisindən boru kəmərlərini 
Türkiyə vasitəsilə Avropaya çıxarırıdı. Bu isə yeni nəhəng geosiyasi məkanın - 
“Türk etnolinqvistik zonasının” [4, s.164-165] yaranması demək idi ki, buna nə 
Rusiya və İran, nə də ki ABŞ və Avropa İttifaqı razı ola bilərdi. Deməli, geosiyasi 
maraqların təmin edilməsində vasitə və yeni geosiyasi məkanın yaranmasına 
maneə ola biləcək “bufer zonaya” - Ermənistana sevgi də buradan qaynaqla-
nır və bu alətdən tarixin müxtəlif dövrlərində zaman-zaman istifadə edilmiş-
dir. Hərçənd ki, ABŞ və Avropa İttifaqı ölkələri bu məsələdə özləri bir-birlərini 
rəqib kimi nəzərdən keçirirlər. Məhz bu baxımdan Azərbaycanın müstəqil, ba-
lanslaşdırılmış siyasəti onun bu təhlükələrdən az itkilərlə çıxmasına və dünya 
düzənində əhəmiyyətli siyasi aktora çevrilməsinə imkan verir.
  Təsadüfi  deyil  ki,  Ermənistan  Prezidenti  Türkiyəyə  səfəri  ərəfəsində  bu 
dövlətin  ərazisində  vaxtilə  Ermənistan  dövlətinin  yerləşdiyini  bəyan  etdi.  Bir 
dövlət  başçısının  başqa  bir  dövlətə  qarşı  belə  bir  bəyanat  verməsi,  işğalçılıq 
niyyətini açıq və çəkinmədən bildirməsi təsdiq edir ki, Ermənistan separatçı plan 
həyata keçirir. Dünya birliyi tarixdən ibrət dərsi alaraq Ermənistan rəhbərliyinin 
bu aqressiv siyasətinin qarşısını vaxtında almalı, işğalçı dövlətə layiq olduğu si-
yasi qiyməti verməlidir. Əks halda, nəinki Qafqaz, bütünlükdə Avropanın və dün-
yanın ağır faciələrə sürüklənmək şansları getdikcə arta bilər.
 
Müasir sülhün savaş problemləri
Günün  reallığı  ondan  ibarətdir  ki,  Azərbaycan  Avropa  ailəsinin  tam, 
bərabərhüquqlu  bir  üzvü  kimi  Avropada,  ümumiyyətlə,  dünyanın  siya-
si  müstəvisində  baş  verən  proseslərə  köklü  dərəcədə  müdaxilə  edə  biləcək 
dövlətə  çevrilib.  Lakin  Azərbaycanın  dünya  siyasətinə,  dünya  iqtisadiyya-
tına verə biləcəyi bu töhfənin daha da geniş olmasına, bu fəallığın səmərəli 
bəhrəsini bütün xalqlarla, dünya birliyi ilə səxavətlə bölüşməsinə ciddi maneə 
olan ağrılı bir problem indiyədək öz həllini tapmamışdır. Azərbaycan Respubli-


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
22 
kasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-
iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirəsində xüsusi olaraq vur-
ğuladı  ki,  bölgənin  əsas  problemi  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsidir, Azərbaycan torpaqlarının işğal altında olmasıdır: “Bu məsələni 
kənarda qoyub hansısa başqa məsələni həll etmək, məncə, həm siyasi, həm də 
mənəvi cəhətdən düzgün deyildir”. Həqiqətən də, Azərbaycanı bir dövlət kimi 
daima  sistemli  təzyiqlər  altında  saxlayan  və  siyasi-iqtisadi  dirçəlişində  ciddi 
əngəllər yaradan ağrılı məqam Azərbaycan ərazilərinin işğalı ilə bağlıdır. Bu gün 
problem xüsusilə aktuallıq kəsb edir. Çünki baş verən qloballaşma prosesləri, 
ağır iqtisadi böhran dünyada artıq siyasi coğrafiyaların dəyişilməsi tendensi-
yalarının güclənməsinə gətirib çıxarıb. Yəni dünyanın müəyyən güc mərkəzləri 
hərbi və siyasi münaqişələrin müzakirəsi zamanı ədalətli çıxış yollarının bütün 
variantlarını  nəzərdən  keçirmədən  müəyyən  dairələrin  beynəlxalq  hüququn 
normaları ilə ziddiyyət təşkil edən siyasi-iqtisadi maraqlarının təmin edilməsinə 
üstünlük verirlər. Bəzi hallarda isə, ümumiyyətlə, münaqişənin həllinə qoşulan 
tərəflərdə, yumşaq desək, obyektiv informasiya qıtlığı, reallıqları və təhlükələri 
yetərincə qiymətləndirə bilinməməsi münaqişələrin həllindən daha çox onların 
dərinləşməsinə rəvac verir.
Qafqazda sülh problemini araşdırıb müəyyən qənaətə gəlməmişdən öncə 
dünyanın ümumi siyasi mənzərəsini ötəri də olsa nəzərdən keçirək. 1914-cü ilə 
kimi müharibələr lokal xarakter daşıyırdı və Avropanın bir hissəsində vüsət alan-
da o biri hissəsində səngiyirdi. Ümumiyyətlə, XX əsr bütünlükdə müharibələrin 
miqyaslarının qloballaşması ilə xarakterizə olunur. Birinci Dünya müharibəsinə 
33, ikincisinə isə 72 dövlət qatıldı. Ölənlərin sayı birinci müharibədə 10 mil-
yon, ikincisində isə 50 milyondan (bəzi mənbələrə əsasən 70 milyondan) artıq 
oldu. İkinci Dünya müharibəsində həlak olanların sayı Yer üzündə bugünədək 
baş verən bütün 902 müharibədə və 1615 hərbi münaqişədə, o cümlədən Bi-
rinci Dünya müharibəsində həlak olanların sayından artıqdır. Ötən əsrin hərbi 
müstəvisində baş verən müharibələrin və onların ardınca davam edən siyasi 
proseslərin tarixini vərəqləyəndə bu gün bəzi məsələləri aydınlaşdırmaq asan-
laşır. Belə ki, indi planetimizdə cərəyan edən hadisələrlə ötən əsrdə dünyanın si-
yasi coğrafiyasının dəyişilməsini qarşısına məqsəd qoyan böyük müharibələrin 
cəhdləri  arasında  müəyyən  oxşarlıqları  aydın  sezmək  olur.  Həmin  dövrün 
qüdrətli dövlətləri bu və ya digər şəkildə - ya açıq işğalçı müharibələrlə, ya da 
ki  müxtəlif  pərdələnmiş  siyası  şüarlar  altında  -  dünyanın  siyasi  coğrafiyasını 
dəyişməyə cəhdlər göstərirdilər.
Digər vacib bir məsələ Yer kürəsində ehtimal olunan ərzaq qıtlığı ilə bağlı-
dır. Ekspertlərin təhlili onu göstərir ki, dünya əhalisinin sayı on milyarda yaxın-
laşarsa, Yer sakinlərinin üçdə birini ciddi aclıq təhlükələri gözləyir. Planetimizdə 
bir milyarda yaxın insan artıq aclıqdan əziyyət çəkir. Enerji resurslarının nəqli 
və onların təhlükəsizliyinin təmin edilməsindəki problemlər də dünyada gedən 
hərbi və siyasi proseslərə, o cümlədən müxtəlif tipli münaqişələrə təsir edir. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə