Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə10/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   6   7   8   9   10   11   12   13   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
27
konfliktlər və bütünlükdə beynəlxalq əlaqələr yeni bir məzmunda Şərq-Qərb 
müstəvisində gündəmə çıxarılır. Bunu qarşıdurma yox, iqtisadi ambisiyalardan 
irəli  gələn  siyasi  ziddiyyətlər  toplusu  kimi  qiymətləndirmək  olar.  Ziddiyyətin 
kökündə, təbii ki, tərəqqiyə, təkamülə gətirib çıxaran inkişaf durur. Amma bəzi 
hallarda  bu  ziddiyyət  mahiyyətini  dəyişmədən  dərinləşərək  münasibətlərin 
gərginləşməsinə,  reqressə  gətirib  çıxaran  qarşudurmaya  çevrilir.  Tarixən  də 
belə  olub:  ziddiyyətlər  inkişafın  müəyyən  bir  mərhələsində  münaqişəyə  qo-
şulan tərəflərin çökməsinə, mədəniyyətlərin dağılmasına səbəb olub. Mövcud 
dünya  siyasətinin  psixoloji  analizi  belə  bir  tendensiyanın  yenidən  gündəmə 
gəldiyini xəbər verir.
Qərb-Şərq  ziddiyyəti  dərinləşərsə,  onun  Qərb-Şərq  qarşıdurmasına 
çevrilmək  ehtimalı  qaçılmazdır.  Bunda  maraqlı  qüvvələr  geniş  vüsət  alan 
ekstremizmə  qarşı  aparılan  mübarizələrin  səmərəsiz  olduğunu  dünya 
ictimaiyyətinin şüuruna yeritməyə çalışırlar. Guya ki biz onun qarşısını ala 
bilmirik, çünki bu, labüddür. Belə mövqenin insanların və cəmiyyətlərin şü-
uruna  yeridilməsi  müəyyən  düşünülmüş  siyasi  niyyətin  dəstəklənməsinə 
xidmət etdiyi üçün özlüyündə təhlükəli addımdır. Bu mövqenin özülündə 
Darvinin  təkamül  nəzəriyyəsinin  kobud  və  təhrif  olunmuş  mexaniki 
tətbiqini görmək olar: “Yaşamaq uğrunda mübarizə”. Yəni cəmiyyət təbiətin 
bir  hissəsi  kimi  qəbul  edildiyindən  təbiətin  qanunauyğunluqları  ona  da 
şamil  edilir.  Ona  görə  də  bir  çoxları  tərəfindən  normal  qəbul  edilən  və 
dəstəklənən  belə  vəziyyət  əslində  siyasi  psixologiyanın  patologiyası  kimi 
qiymətləndirilməlidir.
Təkamül  nəzəriyyəsi  inkişafa  doğru  aparır,  məhvə  doğru  yox!  Yəni 
həyat  güclülərin  yaşaması  mənasında  deyil,  sağlamların  daha  çox  olması 
mənasındadır.  Çünki  sağlamdan  sağlam  törəyir  və  həyat  inkişaf  edir.  Güc-
lünün  daha  da  qüdrətli,  güclü  olması  onun  əbədi  əzəmətinin  təminatçısı 
ola  bilməz!  Əksinə,  belə  qiymətləndirmə,  təəssüf  ki,  təkamül  nəzəriyyəsini 
təhrif  edir,  güclülərin  güclü  olması  uğrunda  mübarizə  tezisi  irəli  çıxır.  Bu 
da  bütünlükdə  bəşəriyyətin  sağlam  inkişafına  xidmət  etmir.  “Közərən 
münaqişə ocaqları”nın Yer kürəsində saxlanılması, dondurulması və müəyyən 
məqamlarda  körükləndirilməsi  həmin  ərazilərə  güc  mərkəzlərinə  istənilən 
məqamda müdaxilə etməyə, bu ərazilərdə iqtisadi, siyasi və hərbi prosesləri 
istədikləri  məcrada  inkişaf  etdirməyə  imkan  verir.  Belə  təhlükələrin  reallığı 
bizi  bir  sıra  addımlar  atmağa,  mövqeyimizi  açıq  büruzə  verməyə  məcbur 
edir.  Ona  görə  də  hesab  edirik  ki,  bu  gün  dünyanın  diqqətini  çəkən  İraq 
münaqişəsindən  Cənubi  Qafqaz  münaqişəsi  daha  qabarıq  və  aktualdır. 
Cənubi  Qafqaz  münaqişəsi  zahirən  lokal  görünməsinə  baxmayaraq,  onun 
kökləri Çinə, Yaponiyaya qədər uzanır, Avropa məkanına toxunur. Çünki bu-
radan tarixi İpək yolu keçir, böyük enerji ehtiyatları bu məkandan nəql olunur 
və buradan Avropaya daşınılması nəzərdə tutulan ciddi enerji layihələrinin 
həyata keçirilməsi müzakirə edilir. Münaqişənin bu bölgədə indiki vəziyyətdə 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
28 
dondurulması, həllinin yubadılması sonda dərinləşərək bütün sistemi iflic ha-
lına sala bilər.
Cənubi  Qafqazı  enerji  resurslarını  ötürən  dəhliz  kimi  nəzərdən  keçirsək, 
münaqişənin dərinləşməsinin bütünlükdə enerji nəqlində və Avropanın stabil 
enerji resursları ilə Şərqdən təmin edilməsində təhlükələrin yaranma ehtimalı-
nın kəskin surətdə artmasını müşahidə edəcəyik. Eyni zamanda, həmin ölkələr 
gözlənilməz siyasi gedişlərdən asılı vəziyyətə düşərək son nəticədə “yaşamaq 
uğrunda mübarizə”nin neqativ aspektləri ilə üzləşə bilərlər. Yəni enerji resurs-
larının bölüşdürülməsi uğrunda aparılan mübarizə tamamilə başqa müstəviyə 
keçərək  mahiyyət  və  məzmununu  dəyişə  bilər.  Azərbaycan  enerji  resurs-
larını sivil yolla ümumi enerji dəhlizinə birləşdirməklə öz inkişafı ilə bərabər 
bəşəriyyətin  də  inkişafına  çalışdığı  halda,  güc  mərkəzlərinin  dünyanın  siyasi 
qanunları  ilə  uzlaşmayan  addımları  və  siyasi  qərarları  isə  əksinə  hadisələrin 
arzuolunmaz istiqamətə yönəlməsinə səbəb ola bilər.
Türkiyə  ilə  Ermənistan  arasında  təcili  imzalanan  protokollar,  şübhəsiz  ki, 
Azərbaycan üçün gözlənilməz oldu. Planetdə münaqişələrin yüzlərlə olması-
na baxmayaraq, onların aqibətini həll etməyə çalışan güc mərkəzlərinin sayı 
həddən ziyadə azdır. Bu dövlətlər, təbii ki, problemlərin mahiyyətini araşdır-
maqda,  son  qərarı  verməkdə  obyektiv  və  subyektiv  çətinliklərlə  üzləşir,  bir 
çox hallarda münaqişəni törədənlə ondan əziyyət çəkən tərəf arasında fərqi 
aydınlaşdırmadan şablon və ya ədalətsiz qərarlar qəbul edirlər. Tərəfləri qar-
şılıqlı kompromislərə məcburi sövq etməklə münaqişələrin tarixi səbəblərini, 
aqressoru və münaqişənin qurbanına çevrilən tərəfi təyin etmədən konfliktin 
dondurulmasına çalışırlar. Beləliklə,  münaqişələrin  müvəqqəti  dayandırılması 
və atəşkəsin elan olunması bir sıra dövlətlər, güc mərkəzləri və beynəlxalq qu-
rumlar tərəfindən sülhün əldə edilməsi kimi təqdim edilir.
Şübhəsiz ki, xalqlar, dövlətlər arasında dostluq bəşəriyyətin və sülhün qa-
rantı kimi qiymətləndirilməli və inkişaf etdirilməlidir.  Lakin burada əsas meyar 
kimi bu əlaqə və münasibətlər toplusunun bütünlükdə vahid siyasi mexanizm 
şəklində sülhə istiqamətləndirilməsi, aqressora qarşı siyasi və iqtisadi təpkilər 
çələngindən ibarət olması vacibdir. Bu münasibətlər dünya xalqlarının sosial 
rifahına,  bütünlükdə  meqoiqtisadi  sistemlər  toplusunun  bəşəriyyətə  xidmət 
etməsinə yönlənməlidir. Amma biz müasir dünyanın siyasi müstəvisində bunun 
əvəzində bəşəriyyət üçün təhlükəli köhnə siyasi modellərin tətbiq edilməsinin, 
elə yarandığı gündən işğalçılıqla məşğul olan bir dövlətin məzlum və əzabkeş 
qiyafəsində xüsusi təmtəraqla nəvazişlənməsinin şahidi oluruq.
İki dövlət arasında imzalanmış protokolların icrası Qafqazda müəyyən güc 
mərkəzlərinin əbədi dəyənəyi rolunu oynayan aqressor dövlətin iqtisadiyya-
tının çiçəklənməsinə, onun işğalçı ordusunun daha da güclü olmasına xidmət 
edəcəkdir. Yarandığı gündən ərazilərini qonşularının hesabına genişləndirən 
və  dövlət  gerbinə  Ağrı  dağını  həkk  edən  Ermənistanın  sərhədlərin  açı-
la  biləcəyi  halda  Türkiyədən  yararlanacağı,  iqtisadi  şansların  hesabına 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə